Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
11-03-2023, 23:37
Gürcüstanda yenidən iğtişaşlar baş qaldırır


Gürcüstanda yenidən iğtişaşlar baş qaldırır

Gürcüstan parlamentinin binası qarşısında Müdafiə Məcəlləsinə edilən dəyişikliklərə qarşı etiraz aksiyası keçirilir. Aksiya liberal hesab edilən "Girçi" partiyası tərəfindən təşkil olunub. Aksiyaçılar Gürcüstanda hərbi xidmətin məcburi olmasına etirazlarını bildirir. Müxalifət nümayəndələri hərbi xidmətin könüllü əsaslarla olmasını tələb edir. Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “Müdafiə Məcəlləsi” fevralın 6-da parlament komitəsinə təqdim edilib. Yeni qanun layihəsi din xadimlərinin də məcburi hərbi xidmətə cəlb edilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, din xadimləri qeyri-hərbi, alternativ əmək xidmətinə çağırılacaq. Bundan əvvəl Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya qanun layihəsini geri götürdüyünü elan edib. Ardınca Gürcüstan parlamentində layihə ikinci oxunuşda rədd edilib.
11-03-2023, 23:34
Fransada 1 milyon insan etirazçı kimi toplanacaq


Fransada 1 milyon insan etirazçı kimi toplanacaq

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı ümummilli mitinq və yürüşlər keçirilir. Fransa polisi ölkə ərazisində keçirilməsi planlaşdırılan 230 nümayişdə 800 min -1 milyon insanın iştirak edəcəyini, təkcə Parisdə 100 min etirazçının toplanacağını bildirib. Qeyd olunun ki, bugünkü etiraz həftə ərzində ikinci, ilin əvvəlindən bəri isə yeddinci aksiyadır. Bundan əvvəlki aksiya martın 7-də keçirilib və ölkə üzrə 1 milyondan çox şəxs iştirak edib. Bu gün Parisdə yürüşün başlamasından iki saat sonra etirazçılar polislə toqquşub. Hüquq-müharizə orqanları aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. BFMTV-nin bu gün dərc etdiyi rəy sorğusu göstərir ki, fransızların 63%-i pensiya qanunu əleyhinə etirazları bəyənir.
11-03-2023, 23:27
İran Rusiyadan Su-35 döyüş təyyarələri aldı


İran Rusiyadan Su-35 döyüş təyyarələri aldı

İran Rusiyadan Su-35 döyüş təyyarələrinin satınalma prosedurlarını tamamlayıb. Məlumatı İranın BMT-dəki Daimi Nümayəndəliyi təsdiqləyib. Bildirilib ki, 1988-ci ildə baş verən İran-İraq müharibəsindən sonra İran bəzi ölkələrə döyüş təyyarələri almaq üçün müraciət göndərib və Rusiya bu müraciətə müsbət cavab verib. Qeyd olunub ki, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına cəhdlər edilib və nəhayət, döyüş təyyarələrinin satınalma prosedurları yekunlaşıb. Ölkə mətbuatında yer alan xəbərə görə, İran ilk mərhələdə Rusiyadan 24 döyüş təyyarəsi alacaq.
11-03-2023, 23:07
Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib


Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır. İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.
Şübhəsiz ki, qayıdış prosesi üzrə siyasi müstəvidə aparılmalı prosesin mühüm bir hissəsini Ermənistan hökuməti ilə dialoq təşkil etməlidir. Ermənistan tərəfinin bizə qarşı törətdiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir.
Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məramla İcmamız Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana məktub göndərərək, onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırıb. İcma məktubunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırır. Məktubda, həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanır.
Məktubda azərbaycanlıların öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.
İcma məktubunda qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə dialoqa hər zaman hazır olduğunu qeyd etməklə bərabər, vurğulayır ki, azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir.
Ədalət və barışıq naminə biz insan haqları və reinteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır.
İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək.
11-03-2023, 17:46
Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi yaradılacaq


Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi yaradılacaq

Türkiyənin Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq. Bu barədə Azərbaycan Sahibkarlar Federasiyasının Türkiyə təmsilçisi Asif Qurban deyib. Onun sözlərinə görə, layihə Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyi ilə reallaşacaq. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.
11-03-2023, 17:44
İranın ölkəmizdəki səfiri XİN-ə çağırıldı


İranın ölkəmizdəki səfiri XİN-ə çağırıldı

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda qeyd olunub. "Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub”, - rəsmi məlumatda deyilir.
11-03-2023, 17:41
İran Zəngilan istiqamətində təxribat törətdi


İran Zəngilan istiqamətində təxribat törətdi

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. "Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub", - deyə birgə məlumatda qeyd olunub.
11-03-2023, 17:36
İlham Əliyev təşkilat komitəsinin yaradılmasıyla bağlı sərəncam imzaladı


İlham Əliyev təşkilat komitəsinin yaradılmasıyla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, idman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MİNEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. 2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanmış və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə edib. Sərəncamla Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri:
Azərbaycan Respublikasının gənclər və idman naziri
Təşkilat Komitəsinin üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının Baş katibi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Bakı Konqres Mərkəzinin direktoru.
Sərəncamla Təşkilat Komitəsinə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
11-03-2023, 17:30
Gimnastika üzrə təmsilçimiz çempion oldu


Gimnastika üzrə təmsilçimiz çempion oldu

Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan təmsilçisi Nikita Simonov çempion olub. 27 yaşlı idmançı halqalarla ən yaxşı nəticəyə imza atıb. Təsnifatda hamını qabaqlayan Simonov finalda da parlaq göstərici ilə diqqət çəkib. O, 14.633 xal toplayaraq Dünya Kubokunun qalibi olub. İranlı Mahdi Ahmad Kohani 14.500 xalla ikinci, avstriyalı Vinzenz Hek isə 14.433 xalla üçüncü yeri tutub. Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kubokuna martın 12-də yekun vurulacaq.
11-03-2023, 17:27
Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq - Akar


Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq - Akar

“Biz Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq, bunu qarşı tərəfə çatdırmışıq”. Bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib. O bildirib ki, Yunanıstanla konstruktiv müzakirələr davam edir: “Yunanıstanda qatar qəzası oldu. Başsağlığı verdik. Biz xoş qonşuluq münasibətlərinə uyğun olaraq problemlərin sülh yolu həllinin tərəfdarıyıq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!