Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
13-03-2023, 15:05
Səudiyyə Ərəbistanında İsrail rəsmilərinə giriş vizası verilmədi


Səudiyyə Ərəbistanında İsrail rəsmilərinə giriş vizası verilmədi

BMT-nin Dünya Turizm Təşkilatı konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası verməyib. Bununla bağlı "Bloomberg" nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində Dünya Turizm Təşkilatının 18 ölkədə 32 turistik kəndi əhatə edən iki günlük konfransı keçirilir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasında 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpasına dair razılaşmanın İsraillə Səudiyyə Ərəbistanı arasında “normallaşma imkanlarına” mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.
13-03-2023, 15:00
Putin Paşinyanla telefon danışığı aparıb


Putin Paşinyanla telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli danışıqların icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar və sülh müqaviləsinin hazırlanması müzakirə edilib. Putin bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini vurğulayıb.
13-03-2023, 14:58
Suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır - Azərsu


Suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır - Azərsu

Bakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır. Bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib. “Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Kürdən Bakıya gündəlik 900 litr su gəlir. Biz digər mənbələr hesabına - Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik. Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçirilir. Bu, fəaliyyətə deyil, təbiətə bağlı məsələdir”, - qurum rəsmisi bildirib. E.Məmmədov qeyd edib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər.
13-03-2023, 14:55
Ali təhsildə dövlət imtahanının ləğvi yeni məsələ deyil - Nazir


Ali təhsildə dövlət imtahanının ləğvi yeni məsələ deyil - Nazir

Ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil. Bunu açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. "Yeni təhsil standartına görə, gələn il imtahan olmayacaq. Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.
13-03-2023, 14:52
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11°-dək isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin 14-də gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə ara bir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
13-03-2023, 14:50
Nazir distant təhsillə bağlı açıqlama verdi


Nazir distant təhsillə bağlı açıqlama verdi

Birdən-birə distant təhsilə keçmək narazılığa səbəb ola bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib. Nazir qeyd edib ki, keyfiyyət cəhətdən distant təhsilə keçmək ciddi problemlər yarada bilər. “İşə qəbulda görürük ki, pedoqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik? Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməyilik", - deyə E.Əmrullayev vurğulayıb.
13-03-2023, 14:48
Türkiyədə seçkilərin başlanacağı tarix məlum oldu


Türkiyədə seçkilərin başlanacağı tarix məlum oldu

Türkiyədə seçki prosesinin başlanacağı tarix məlum olub. Bu barədə ölkənin Ali Seçki Komissiyasının sədri Ahmet Yener açıqlama verib. Onun sözlərinə görə, prosesə 18 martdan start veriləcək: "Seçki təqviminin başlanğıc tarixi 18 mart 2023-cü il tarixidir". Qeyd edək ki, seçki 14 mayda keçiriləcək.
13-03-2023, 14:45
TƏBİB-ə bir sıra səlahiyyətlər verildi


TƏBİB-ə bir sıra səlahiyyətlər verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) bir sıra səlahiyyətləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib. Bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını müəyyən edən qurumlar sırasına TƏBİB əlavə olunub, İTSDA siyahıdan çıxarılıb. Bundan sonra hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifləri əsasında Nazirlər Kabineti müəyyən edəcək. “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”na əsasən, indiyə qədər qol-nəqliyyat hadisələri nəticəsində dəymiş zərərin İqtisadiyyat Nazirliyi tərəfindən qiymətləndirilməsi və hesablanması üçün məlumatların təqdim edilməsi ilə bağlı verilən sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, İcbari Sığorta Bürosu tələb olunan göstəriciləri aidiyyəti üzrə müvafiq formaya uyğun olaraq hər ilin noyabr ayı ərzində Nazirliyə təqdim etməli idilər. Bu siyahıda da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əvəzlənib. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nə dəyişiklik edilib. Həmin siyahıya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də əlavə edilib. Həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID sertifikatlarının və xarici sertifikatların etibarlılığını yoxlamaq üçün sertifikatlarda göstərilən məlumatlara, həmçinin müşayiətedici sənədlərdəki məlumatlara (təqdimatı lazım olduqda) daxil olmaq hüququna malik olacaq.
13-03-2023, 14:40
Nazirin idmançılarla bağlı təklifinə deputatdan narazılıq


Nazirin idmançılarla bağlı təklifinə deputatdan narazılıq

Elm və təhsil naziri Emin Əmrullayev idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Amma bildirim ki, Azərbaycan reallığında bunu etsəniz, neqativ halların qarşısını ala bilməyəcəksiniz. Bu barədə deputat Ceyhun Məmmədov "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. “Azərbaycan reallığında bunu etmək düzgün olmayacaq. Bildirim ki, hər il onlarla şəxs övladlarının ali məktəblərə qəbul olması ilə bağlı rektorlarla görüşməyimi istəyir. Amma mən bunu etməmişəm, etmərəm də. İndi sizin təklifinizlə həmin şəxslər üçün daha da şərait yaradılacaq”,- deyə deputat bildirib.
13-03-2023, 14:37
Tanınmayan diplomlarla bağlı problemi həll etməliyik - Deputat


Tanınmayan diplomlarla bağlı problemi həll etməliyik - Deputat

Bu gün biz sual verməliyik ki, təhsildən nə istəyirik? Amma ilk növbədə təhsilimizi sağlamlaşdırmalıyıq. Bu barədə deputat Musa Qasımlı "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. “Bu gün valideynlər tələbələrin xaricdə təhsil alması üçün sponsora çevrilir. Amma həmin tələbələr təhsillərini bitirdikdən sonra ölkəyə qayıdanda onların diplomları tanınmır. Beləliklə, nazirliyin işləri məhkəmələrdə qalır. Bu da yaxşı hal deyil. Bununla bağlı problemi həll etməliyik”, - deputat bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!