Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
13-03-2023, 14:34
Səhiyyə Nazirliyinin səlahiyyəti genişləndirildi


Səhiyyə Nazirliyinin səlahiyyəti genişləndirildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib. İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.
13-03-2023, 14:32
Belarus prezidenti iranlı həmkarı ilə görüşdü


Belarus prezidenti iranlı həmkarı ilə görüşdü

İranda səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Tehranda bu ölkədən olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb.

13-03-2023, 14:29
Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər - Nazir


Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər - Nazir

“Ali təhsil müəssisələrinə qəbul sistemində problem var və bunun üzərində işlənilməlidir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. Onun sözlərinə görə, ilk problem ixtisas seçimi ilə bağlıdır: “Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər. Bu gün bəzi abituriyentlər ixtisası yazırlar, əgər birinə düşmürsə, o birinə düşür. Bu da ixtisaslaşmada problem yaradır. Bununla bağlı statistika yüksəkdir”.
13-03-2023, 14:27
Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaq


Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaq

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanuna əsasən, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək.
13-03-2023, 14:23
İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - Nazir


İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - Nazir

Biz bir çox idmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. "İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla da Azərbaycan bayrağının xaricdə yüksəldilməsinə daha çox nail ola bilərik. Bu gün artıq dünya standartlarında idman həvəskar istiqamət kimi yox, peşakar iş kimi görülür. Bizdə də belə olmaldır”,- deyə nazir çıxışında vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!