İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
14-03-2023, 16:47
Paşinyan XİN başçılarının üçtərəfli görüşünə hazır olduqlarını bildirdi


Paşinyan XİN başçılarının üçtərəfli görüşünə hazır olduqlarını bildirdi

Biz Ermənistan-Rusiya-Azərbaycan XİN başçılarının üçtərəfli görüşünə hazırıq. Bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib. Qeyd edək ki, bundan əvvəl o, Ermənistan XİN başçısı Ararat Mirzoyanın Rusiyaya tezliklə səfər edəcəyini bildirmişdi.
14-03-2023, 16:43
Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Rusiyadır - Paşinyan


Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Rusiyadır - Paşinyan

"Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Rusiyadır, lakin İrəvan da onlarla daim əlaqə saxlayır". Bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Rusiya qarant olub, çünki 44 günlük müharibədən sonra Ermənistan bu rolu oynaya bilməzdi. Baş nazir bildirib ki, lakin özü şəxsən Arayik Arutyunyanla (separatçıların rəhbəri-red) gündəlik əlaqə saxlayır, bütün məsələlər açıq şəkildə müzakirə olunur.
14-03-2023, 16:40
Formatı genişləndirək və Almaniyanı, ABŞ-ı dəvət edək - Paşinyan


Formatı genişləndirək və Almaniyanı, ABŞ-ı dəvət edək - Paşinyan

"Fransanın mövqeyi Azərbaycanı qane etmirsə, o zaman formatı genişləndirək və Almaniyanı, ABŞ-ı dəvət edək". Bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan deyib. "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq fikrində deyil. Rusiya və Ukrayna arasında baş verən hadisələr Ermənistan üçün həm risklər, həm də imkanlar ehtiva edir, vəziyyət statik deyil. Bir tərəfdən, ötən il Ermənistanın Aİİ-nin digər ölkələri ilə ticarəti böyük həcmə çatıb. Bu, Ermənistan iqtisadiyyatı üçün fürsətdir. Amma digər tərəfdən, Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməyə cəhd edib-etməməsi ilə bağlı Qərbdə narahatlıq var. Bu, təhlükəlidir", - deyə o bildirib. Baş nazir Ermənistan və Azərbaycan liderlərinin görüşü ilə bağlı heç bir razılaşma olmadığını söyləyib: "İrəvan Brüssel formatı da daxil olmaqla işi davam etdirməyə razıdır, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsindən başlamaq lazımdır. Praqa danışıqları Brüsseldəki danışıqlardan daha effektiv olub. Əgər Azərbaycan Fransanın Praqa formatında olması ilə razı deyilsə, o zaman format genişləndirilə bilər. Məsələn, Almaniya, ABŞ-ı dəvət edilə bilər".
14-03-2023, 16:36
Paşinyan korrupsiya ilə bağlı vəziyyətə toxunub


Paşinyan korrupsiya ilə bağlı vəziyyətə toxunub

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində korrupsiya ilə bağlı vəziyyətdən danışıb. O, bu gün keçirdiyi mətbuat konfransında bu haqda söz açıb. "Ermənistanda sistematik korrupsiya yoxdur. Mövcud korrupsiya işlərinə baxılır", - deyə söyləyən Paşinyan bildirib ki, onların içində baş nazirin özünün təyin etdiyi şəxsləri də görür. Paşinyan səs-küylü işlərdə hakimiyyət nümayəndələrinin də həbs olunduğunu xatırladıb: "Buna görə də toxunulmazlar yoxdur".
14-03-2023, 16:33
Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsinə münasibət bildirdi


Paşinyan Qarabağ ermənilərinin Bakıya gəlməsinə münasibət bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ ermənilərinə Bakıda danışıqların davam etdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. O, bu gün keçirdiyi mətbuat konfransında bu barədə danışıb. "Artıq təşəbbüsə yekun cavab verilib. Qeyd olunub ki, danışıqlar eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, eyni yerdə aparılmalıdır", - deyə Ermənistan baş naziri söyləyib. Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Bundan öncə ilk görüş Xocalıda baş tutub.
14-03-2023, 16:29
İranda çərşənbələr zamanı 15 nəfər ölüb


İranda çərşənbələr zamanı 15 nəfər ölüb

İranda Novruz çərşənbələri zamanı 15 nəfər ölüb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda, 1-i Urmiyada, 1-i isə Qəzvində qeydə alınıb. Bundan əlavə, çərşənbələrdə 357 nəfərin yaralandığı bildirilib.
14-03-2023, 16:26
Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışdı


Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışdı

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışıb. Bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında söz açıb. "Azərbaycanla imzalanacaq sülh müqaviləsi üçün zaminə ehtiyac var. Sülh müqaviləsinin zaminə ehtiyac var deyəndə, müqavilələrin yerinə yetirilməsi üçün təminatların olmasını nəzərdə tuturuq. Ola bilsin ki, hansısa mərhələdə bu məsələnin həlli olacaq və təklif irəli sürüləcək. Bizim üçün vacib olan zamin institutu deyil, zəmanət institutudur", - deyə Paşinyan bildirib.
14-03-2023, 16:24
KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir - Paşinyan


KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir - Paşinyan

"Dünən Rusiya prezidenti ilə söhbətimiz Qarabağda eskalasiya mövzusuna həsr olunmuşdu. Putinə dedim ki, Rusiya sülhməramlılarının nəzarət zonasında problemlər var". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Paşinyan çıxışı zamanı KTMT ilə bağlı məsələyə də aydınlıq gətirib. "2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Cavab verdim ki, bu qorxular yersizdir, amma Ermənistanda mövcud olan başqa qorxular da var və bu, KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, istər-istəməz KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir", - deyə Ermənistan baş naziri vurğulayıb.
14-03-2023, 16:19
Paşinyan eskalasiya təhlükəsindən danışdı


Paşinyan eskalasiya təhlükəsindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan yeni eskalasiya təhlükəsindən danışıb. Bu barədə o, keçirdiyi mətbuat konfransında söz açıb. "Eskalasiya təhlükəsi realdır. Məhz mümkün eskalasiyanın qarşısını almaq, vəziyyəti izləmək üçün İrəvan avropalı müşahidəçilərdən ibarət missiya göndərməyi xahiş edib. Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir", - deyə Baş nazir bildirib.
14-03-2023, 16:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!