Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
16-03-2023, 14:43
İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir


İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir

İsrail Ukraynaya dron əleyhinə sistemlərin satışına icazə verib. Dron əleyhinə sistemlər hazırlayan iki İsrail şirkəti - "Elbit" və "Rafael" üçün lisenziyalar təsdiqlənib. Qeyd olunub ki, İsrailin bu lisenziyaları təsdiqləməsinin səbəblərindən biri də sistemlərin İran dronlarına qarşı necə işlədiyini görməkdir. "Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfədir ki, İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir", - deyə əlavə olunub.
16-03-2023, 14:41
Erməni nazir tapşırıq verdi: "Artsax” sözünü işlətməyin


Erməni nazir tapşırıq verdi: "Artsax” sözünü işlətməyin

Ermənistanın müdafiə naziri Suren Papikyan ötən gün gizli əmrlə Müdafiə Nazirliyinin bölmələrinin komanda heyətinə tapşırıq verib. Bu barədə "Hraparak" qəzeti yazıb. Bildirilir ki, nazir hərbçilərə “Artsax” ifadəsini işlətməyi qadağan edib. Bölmələrə göndərilən gizli əmrdə qeyd olunub ki, "Artsax” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır.
16-03-2023, 14:38
Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşdü


Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.

16-03-2023, 14:36
Makron pensiya yaşının artırılmasıyla bağlı nazirlərlə görüşüb


Makron pensiya yaşının artırılmasıyla bağlı nazirlərlə görüşüb

Fransa prezidenti Emmanuel Makron martın 15-də Yelisey sarayında baş nazir Elizabet Born və pensiya yaşının artırılmasında maraqlı olan digər nazirlərlə görüşüb. İclasda pensiya islahatından imtina edildiyi təqdirdə parlamentin aşağı palatasının buraxılmasının mümkünlüyü müzakirə olunub. Bildirilib ki, martın 16-da Makron palatadakı səsvermədə şəxsən iştirak etmək niyyətindədir. Məlumata görə, kabinet islahatın parlamentdə səsvermə olmadan təsdiqlənməsinə imkan verən konstitusiya müddəasına da müraciət edə bilər. Fransa hakimiyyəti Milli Assambleyanın uğursuz səsvermə nəticəsində buraxılması ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Ölkə hökuməti hələ də pensiya yaşının artırılmasına dəstək verə biləcək deputatlar axtarır. Martın 16-da bu məsələ ilə bağlı məsləhətləşmələrin davam edəcəyi gözlənilir. Fransa baş naziri Elizabet Born da mövzu ilə bağlı danışıb: "Heç nə qərar verilməyib, biz səsvermə üçün çalışmağa davam edirik". Qeyd edək ki, Fransa hökuməti 2030-cu ilə qədər pensiya yaşını 62-dən 64-ə qaldırmağı planlaşdırır. 2023-cü ilin sentyabrından pensiya yaşının mərhələli şəkildə artırılması planlaşdırılır. Fransa Senatı qanun layihəsini martın 12-də təsdiqləyib. Onun qəbulu üçün sənəd deputatlar tərəfindən dəstəklənməlidir. Sosioloqların fikrincə, fransızların 67%-i islahatların əleyhinədir. Pensiya islahatı ölkədə etirazlara səbəb olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 11-də ölkə boyu keçirilən 7-ci ümummilli etiraz aksiyasında 368 min nəfər iştirak edib, onlardan 48 mini Parisdə toplaşıb. Etirazçılarla polis arasında toqquşma yaşanıb.
16-03-2023, 14:33
Bakıya aldığı sənədlə bağlı cavab təkliflərini təqdim edəcəyik - Paşinyan


Bakıya aldığı sənədlə bağlı cavab təkliflərini təqdim edəcəyik - Paşinyan

"Ermənistan yaxın vaxtlarda Bakıya bu yaxınlarda aldığı sənədlə bağlı öz cavab təkliflərini təqdim edəcək". Bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "İrəvan sülhün bərqərar olmasına sadiqdir", - deyə Paşinyan əlavə edib. Qeyd edək ki, bundan əvvəl Ermənistan baş naziri Azərbaycandan sülh müqaviləsinin mətni ilə bağlı cavab aldıqlarını açıqlamışdı.
16-03-2023, 14:29
Azərbaycanda qaz ixracı 13% artıb


Azərbaycanda qaz ixracı 13% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb. Bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb. Nazirin sözlərinə görə, Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib. P. Şahbazov bildirib ki, bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. Nazir qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 miyard kubmetr qazla təchiz edib.
16-03-2023, 14:24
Suriya prezidenti Ərdoğanla mümkün görüşü barədə danışdı


Suriya prezidenti Ərdoğanla mümkün görüşü barədə danışdı

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb. O, "RİA Novosti"yə müsahibəsində Türkiyə hərbçiləri ölkəsini tərk etdikdən sonra Ərdoğanla görüşəcəyini bildirib. Onun fikrincə, bu cür danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır: "Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin Suriya ərazisindən qoşunlarının tam çıxarılması halında olacaq. Suriyada müharibə başlamazdan əvvəl vəziyyət necə idi? Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır”, - Bəşər Əsəd söyləyib. Suriya prezidenti həmçinin Suriya ilə Türkiyə arasında münaqişənin həlli məsələsində vasitəçi kimi fəaliyyət göstərdiyi üçün Rusiyaya güvəndiyini bildirib: “Bu məqsədlə Rusiya Suriya ilə birgə işləyir, Cenevrə, Astana və digər formatlarda məsələni həll etməyə çalışır. Bütün bu formatların bir məqsədi var - Suriyada sabitliyi bərpa etmək”. Əsəd vurğulayıb ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalı və yalnız terrorla mübarizə ilə məhdudlaşmamalıdır. “Terrorizmlə mübarizə bu günün mövzusudur, lakin müvəqqətidir. Rusiyanın hər hansı bir ölkədə hərbi mövcudluğu müvəqqəti heç nəyə əsaslanmamalıdır. Söhbət beynəlxalq balansdan gedir və Rusiyanın Suriyada olması Aralıq dənizində yerləşən bir ölkə kimi dünyada güc balansı ilə bağlı bir məna daşıyır”.
16-03-2023, 14:21
Türkiyədə sel qurbanlarının sayı 15-ə çatdı


Türkiyədə sel qurbanlarının sayı 15-ə çatdı

Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb. Şanlıurfada ölən daha bir nəfərin meyiti tapılıb. Ümumilikdə, Adıyaman və Şanlıurfada seldə ölənlərin sayı 15 nəfər çatıb.
16-03-2023, 14:19
Türk dövlətlərinin XİN başçıları Ankarada toplandı


Türk dövlətlərinin XİN başçıları Ankarada toplandı

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. İclas TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək fövqəladə zirvə toplantısı çərçivəsində təşkil olunub. İclası Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu açıq elan edib. O, Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.
16-03-2023, 14:14
Suriya işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıdı


Suriya işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıdı

Suriya işğal olunan Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıyıb. Bunu Suriya prezidenti Bəşər Əsəd açıqlayıb. "Rəsmi Dəməşq Rusiyanı yeni sərhədinlərdə tanıyır", - deyə o bildirib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!