Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
25-03-2023, 23:12
Ermənilərin Füzuli rayonunda səngər qazmalarının qarşısı alındı


Ermənilərin Füzuli rayonunda səngər qazmalarının qarşısı alındı

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
25-03-2023, 23:10
Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıb


Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıb

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
25-03-2023, 17:18
Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıb


Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıb

Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
25-03-2023, 15:01
İki yolumuz var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək - Arutyunyan


İki yolumuz var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək - Arutyunyan

Erməni separatçılarının başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvada "işgüzar" səfərdə olub. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Bildirilib ki, Arutyunyan bir neçə gün əvvəl geri qayıdıb. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, baş separatçı Moskvadan qayıtdıqdan sonra yaxın ətrafına bildirib ki, onların iki yolu var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək və lazım gələrsə, ölmək...Arayik istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçkilərin" olmayacağını bildirib. Bundan əlavə, erməni mənbələri qeyd edib ki, Arayik yeni müharibəyə hazırlaşmaq və silahlanmaq barədə göstəriş verib.
25-03-2023, 14:58
SEPAH-ın Naxçıvanla sərhədə yığdığı silah-sursatın yeri bəlli oldu


SEPAH-ın Naxçıvanla sərhədə yığdığı silah-sursatın yeri bəlli oldu

SEPAH-ın Naxçıvanla sərhədə yığdığı silah-sursat və canlı qüvvənin yeri müəyyənləşib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edilib. Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını bəyan edib.
25-03-2023, 14:55
Ölkəmiz bu müharibəyə tab gətirə bilməz - Qaribaşvili


Ölkəmiz bu müharibəyə tab gətirə bilməz - Qaribaşvili

Bu gün çox ciddi təhdidlər və müharibə çağırışları mövcuddur. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. Baş nazir bildirib ki, bəzi qüvvələr Gürcüstanı müharibəyə cəlb etmək istəyir. O, avropalı siyasətçiləri sərt tənqid edərək, ölkəsinin yeni müharibə istəmədiyini söyləyib. "Gürcüstanın müharibəyə cəlb olunması üçüncü dünya müharibəsinə səbəb ola bilər və ölkəmiz bu müharibəyə tab gətirə bilməz”, - deyə Baş nazir vurğulayıb.
25-03-2023, 14:40
Sabahın havası


Sabahın havası

Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
25-03-2023, 14:37
ABŞ F-16 qırıcıları ilə İran hərbi bazalarına zərbələr endirdi


ABŞ F-16 qırıcıları ilə İran hərbi bazalarına zərbələr endirdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları İranın Suriyada yerləşən hərbi bazalarına zərbələr endirib. Bu barədə xarici mətbuat məlumat yayıb. Hücumun detalları və itkilər barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.
25-03-2023, 14:34
Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək


Astanadan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək

“Fly Arystan” aviaşirkəti Astanadan Bakıya birbaşa uçuşlar həyata keçirəcək. Astana-Bakı marşrutu iyunun 2-dən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Xatırladaq ki, AZAL martın 17-dən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri Almatıya müntəzəm uçuşları bərpa edib.
25-03-2023, 14:31
İranla münaqişəyə can atmırıq, amma.. - Bayden


İranla münaqişəyə can atmırıq, amma.. - Bayden

ABŞ Prezidenti Co Bayden ölkəsinin Suriyada yerləşən hərbi bazasının İranın dəstəklədiyi qüvvələr tərəfindən raket hücumuna məruz qalmasına münasibət bildirib. Bayden ABŞ-ın İranla hərbi münaqişəyə girmək istəmədiyini söyləyib. “İranla münaqişəyə can atmırıq. Lakin vətəndaşlarımızın müdafiəsi üçün qətiyyətlə addım atmağa hazırıq”, - deyə prezident vurğulayıb. Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!