UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
25-03-2023, 14:28
Prezident yunanlı həmkarını təbrik etdi


Prezident yunanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulunu təbrik edib. Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.
25-03-2023, 14:11
Cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik - Zelenski


Cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik - Zelenski

Ukrayna ordusu silah çatışmazlığı səbəbindən əks-hücuma keçməyə hazır deyil. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. “Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski vurğulayıb. Prezident qeyd edib ki, hazırda Ukrayna ordusunda ciddi silah-sursat çatışmazlığı yaşanır.
25-03-2023, 14:05
İran Naxçıvana sərhədində hərbi təlimə start verir


İran Naxçıvana sərhədində hərbi təlimə start verir

İran Naxçıvan sərhədi yaxınlığında yeni hərbi təlim keçirməyə hazırlaşır. Bu barədə SEPAH-a yaxın "Telegram" kanalında məlumat yayılıb. Bölgəyə 300-dən çox hərbi texnika və tankın göndərildiyi bildirilib.
25-03-2023, 10:26
Güneylilər böyük aksiyaya çıxır


Güneylilər bu gün böyük aksiyaya çıxır


Brüsseldə Lüksemburq meydanında bir-iki saat öncədən yığışaraq, saat 14:00-dan yürüşə başlayacaq, bayrağımızın altında “Azadlıq, Ədalət, Milli Hökumət” şüarlarımızı səsləndirəcəyik.

Bu sözləri “Azadlıq və Ədalət” yürüşünün logistika komitəsinin rəhbəri Mahmud Bilgin deyib.
O, bu gün – 25 martda Belçikada baş tutacaq yürüşün proqramını açıqlayıb:
“Aksiyada əsas şüarımızla yanaşı, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Azərbaycan öz yolunu tapıbdır, səltənəti-vilayəti atıbdır” kimi şüarlar ilə hərəkət edəcəyik. Fars rejiminin təxribatını önləmək üçün müəyyən təhlükəsizlik işləri görülüb. Şuman meydanında bir çadırımız olacaq. Səhnədə sözçülər, yürüş komitəsinin başçıları və qonaqlar çıxış edəcək. Rus zülmünə məruz qalan ukraynalılardan da dəvət olunan insanlar var. Onları da dinləməyə imkan yaradılıb. Ərəb, türkmən, qaşqay, bəluclara da bu imkan tanınıb. Sonra Güllü Muradova milli bütövlük himnimizi səsləndirəcək, “Azərbaycan sənsən mənim” mahnısı ifa olunacaq. Bu, Güney Azərbaycanda önəmli məsələdir və bu mahnı oxunananda hamımız ayağa qalxarıq. Odur ki, bu mahnını proqramımızın bir parçası etmişik”.
Komitə rəhbərinin sözlərinə görə, tədbirin sonunda qətnamə qəbul olunacaq:
“Qətnamədə İran-fars molla rejiminin Azərbaycan türkləri və qeyri-fars millətlərinə qarşı assimilyasiya siyasəti yürütməsi ilə əlaqədar olaraq, bütün etniklərin İranda bərabər haqqa sahib olması tələb ediləcək. Qadınlara qarşı zülmə, qızlarımızın zəhərlənməsinə görə fars molla rejiminin boykot olunmasını dünya ictimaiyyətindən istəyəcəyik. SEPAH-ın terror qüvvəsi kimi tanınmasını da tələb edəcəyik. İran-fars rejiminin Azərbaycan Respublikasına qarşı bu qədər hədə-qorxu gəlməsi və silahlı hərbi əməliyyat keçirmək təxribatlarına qarşı Azərbaycanımızın yanında olduğumuzu elan edəcəyik. Prezidentimizə Güney Azərbaycanın haqlarını müdafiə etdiyinə görə təşəkkürümüzü bildirəcəyik. Yekunda qətnaməmizdə İranda yaşayan qeyri-fars millətlərin və 40 milyon Güney Azərbaycan türkünün haqqının əzilməsi yer alacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!