Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
7-03-2023, 13:53
Ermənistan qızılca xəstələrinin sayı sürətlə artır


Ermənistan qızılca xəstələrinin sayı sürətlə artır

Ermənistanda qızılcaya yoluxanların sayı 29-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib,7 nəfər artıq evə buraxılıb.
7-03-2023, 13:50
Əfqanıstan qonşu dövlətlərlə Daşkənddə toplandı


Əfqanıstan qonşu dövlətlərlə Daşkənddə toplandı

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində Əfqanıstanın qonşu dövlətlərinin xüsusi nümayəndələrinin ilk iclası öz işinə başlayıb. İclası Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatulla İrqaşev açıb. Bildirilib ki, tədbirdə İran, Çin, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri Əfqanıstandakı mövcud vəziyyəti, o cümlədən humanitar aspektləri müzakirə edəcək, ölkədəki vəziyyətin nizamlanması və tərəflərin qarşılıqlı fəaliyyətinə dair məsələlərə toxunacaqlar. Həmçinin uzunmüddətli sülh və sabitlik yaradılması da müzakirə mövzularındandır. İclas zamanı iştirakçılar Əfqanıstanın qonşu dövlətlərinin xüsusi nümayəndələrinin ikinci görüşünün yeri və vaxtını müəyyənləşdirəcək, həmçinin Əfqanıstanın qonşu dövlətlərinin xarici işlər nazirlərinin Daşkənddə keçiriləcək 4-cü görüşünün vaxtı ilə bağlı fikir mübadiləsi aparacaqlar.
6-03-2023, 22:02
Ceyhun Bayramov BMT-nin Beşinci Konfransında çıxış etdi


Ceyhun Bayramov BMT-nin Beşinci Konfransında çıxış etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) ölkəmizin pandemiya ilə mübarizə sahəsində fəaliyyətindən danışıb. Ceyhun Bayramov çıxışı zamanı ilk öncə Türkiyə və Suriyada zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Daha sonra, tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edilib. Bu mötəbər konfransın dünyada hal-hazırda mövcud olan az inkişaf etmiş 46 ölkənin və bu ölkələrdə yaşayan 1.1 milyard əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarlar qəbul edəcəyinə inam ifadə olunub. Nazir Ceyhun Bayramov 10 ildən bir keçirilən bu konfransın yalnız həmrəylik deyil, eyni zamanda inkişaf tərəfdaşlarının az inkişaf etmiş ölkələrin ehtiyaclarının təmin edilməsi üzrə öhdəliklərinin bir daha təsdiq edilməsi və bu sahədə 2022-2031-ci illər üzrə Doha Fəaliyyət Planının icrası üçün vacib tədbir olduğunu diqqətə çatdırıb. Bu 46 ölkədən 39-un Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı üzvləri olduqları xatırlanıb. Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz dogma torpaqlarından didərgin düşməsinə, minlərlə insanın həlak olmasına, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. Azərbaycan Respublikası tərəfindən 130-a yaxın ölkəyə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb. Azərbaycanın İstanbul Fəaliyyət Planı və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində praktiki töhfələri qeyd olunub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təqaüd proqramları barədə məlumat verilib, 21 ən az inkişaf etmiş ölkənin diplomatları üçün təlimlər keçirildiyi vurğulanıb. COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Pandemiya ilə əlaqədar Azərbaycanın 80 ölkəyə maddi və humanitar dəstək göstərdiyi, 14 ölkəyə 1 milyon doza vaksin təklif etdiyi bildirilib. 2 may 2023-cü il tarixində Qoşulmama Hərəkatının “COVID-19”-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşü zamanı ölkələrin pandemiyalar zamanı həmrəylik nümayiş etdirməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın Zirvə görüşü zamanı Afrika, habelə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım üzrə fond yaradılması təşəbbüsü ilə çıxış etdiyi, bu fondların hərəsinə 1 milyon ABŞ dollar vəsait ayrıldığı çıxış zamanı qeyd edilib, Azərbaycanın bu təşəbbüslərinə dəstəyin zəruriliyi diqqətə çatdırılıb.
6-03-2023, 21:59
Seçkilər mayın 14-ü baş tutacaq - Ərdoğan


Seçkilər mayın 14-ü baş tutacaq - Ərdoğan

Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib. O qeyd edib ki, seçkilərlə bağlı qərar martın 10-da qəbul ediləcək. Ərdoğan bildirib ki, zəlzələ bölgəsində olan vətəndaşların səs verə bilməsi üçün prosedurlar hazırlanacaq, bununla bağlı prezidentin sərəncamı olacaq.
6-03-2023, 21:55
Aİ-yə üzv olan ölkələrin nazirləri Ukraynaya görə toplanacaq


Aİ-yə üzv olan ölkələrin nazirləri Ukraynaya görə toplanacaq

Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri martın 7-8-də qeyri-rəsmi görüş keçirəcək. Bu barədə İsveçin Aİ-dəki nümayəndəliyi məlumat yayıb. Görüş Stokholmda baş tutacaq. İclasın ilk sessiyası Aİ-nin Ukraynaya hərbi dəstəyinə həsr ediləcək. Toplantıda Ukraynadakı vəziyyətlə bağlı məlumat verəcək əməliyyat qüvvələrinin komandirləri, eləcə də Ukrayna nümayəndəsi iştirak edəcək.
6-03-2023, 21:51
Astarada meşə sahəsində yanğın baş verib


Astarada meşə sahəsində yanğın baş verib

Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb həmin kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılmasıdır. O qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
6-03-2023, 21:48
Türkiyədə zəlzələ qurbanlarının sayı 46 mini keçib


Türkiyədə zəlzələ qurbanlarının sayı 46 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 mini keçib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Dövlət başçısı bildirib ki, təbii fəlakət zamanı 46 104 nəfər həlak olub. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.
6-03-2023, 21:45
Ermənistan münasibətlərin qurulmasında maraqlı deyil - XİN


Ermənistan münasibətlərin qurulmasında maraqlı deyil - XİN

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransında iştirakı çərçivəsində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Botçvey ilə görüşüb. Görüşün əvvəlində C.Bayramov qanalı həmkarını bu ölkənin milli günü münasibətilə təbrik edib və dost Qana xalqına tərəqqi, sülh və əmin-amanlıq arzu edib. Daha sonra tərəflər ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparıb və gələcək potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. C.Bayramov BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən biri qismində Qanadan olan həmkarını post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, eləcə də regionda hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb. Bildirilib ki, Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart tarixində baş vermiş insident bir daha göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil. Görüşdə o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Hərəkatın təsisçi dövlətlərindən biri kimi Qananın QH-nin fəaliyyətində aktiv iştirakı vurğulanaraq, müqabil tərəf bir neçə gün əvvəl Bakıda baş tutmuş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü və onun nəticələri barədə məlumatlandırılıb. Tərəflər görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
6-03-2023, 21:39
Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər


Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər

Martın 7-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında rütubətli və əsasən küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
6-03-2023, 21:37
NATO Xankəndindəki insidentlə bağlı narahatlığını ifadə etdi


NATO Xankəndindəki insidentlə bağlı narahatlığını ifadə etdi

NATO martın 5-də Xankəndi yaxınlığında baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib. Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina özünün "Twitter" hesabında yazıb. “Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən çox narahatıq. Bu insident həll edilməmiş məsələlərin danışıqlar masası arxasında həllinin vacibliyini nümayiş etdirir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - NATO rəsmisi bildirib. Xatırladaq ki, ötən gün Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!