Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
5-03-2023, 16:43
Türkiyənin zəlzələ bölgəsində seçkilərin təşkili üçün problem yoxdur


Türkiyənin zəlzələ bölgəsində seçkilərin təşkili üçün problem yoxdur

Türkiyənin zəlzələ bölgəsində seçkilərin təşkili ilə bağlı rəsmi açıqlama verilib. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, zəlzələ bölgəsində seçki keçirilməsi üçün heç bir əngəl yoxdur. "Komissiyanın heyəti zəlzələ bölgəsində seçkinin təşkili üçün maneə yaradacaq hər hansı problemin olmadığını təsbit edib", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Türkiyədə zəlzələ ilə bağlı seçkilərin ertələnməsi bir müddət müzakirə olunsa da, son məlumatlara əsasən, seçkilərin 14 mayda keçirilməsi planlaşdırılır.
5-03-2023, 16:40
Azərbaycan XİN-dən erməni təxribatına reaksiya


Azərbaycan XİN-dən erməni təxribatına reaksiya

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib. Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə, 5 mart tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar vardır. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub. Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".
5-03-2023, 16:38
Yunanıstanda etiraz aksiyaları başlayıb


Yunanıstanda etiraz aksiyaları başlayıb

Yunanıstanda kütləvi etiraz aksiyalarına start verilib. Qatar qəzasına görə mitinqin keçirildiyi paytaxt Afinada iğtişaşlar başlayıb. Bildirilib ki, polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Qeyd edək ki, ötən həftə Yunanıstanda baş vermiş qatar qəzasında 50-yə yaxın sərnişin həlak olmuş, nazir istefa vermişdi.
5-03-2023, 16:36
Bakıda idman paradı təşkil olundu


Bakıda idman paradı təşkil olundu

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda idman paradı təşkil olunub. Paradda Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, federasiyaların təmsilçiləri, idman səfirləri və həvəskarlar iştirak ediblər. İdman paradının minlərlə iştirakçısı Dənizkənarı Milli Parkda - “Şeytan çarxı”nın (Bakının gözü) qarşısından “Dinamo" parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı Olimpiya çempionu Elnur Məmmədli aparıb. Yürüş başa çatdıqdan sonra təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklərini çatdırıb. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. İdman səfirlərinin (Aynur İmanova, Hacı Əliyev, Maksim Medvedev, Tofiq Musayev, Elnur Məmmədli, İlham Zəkiyev, Aliyə Paşayeva) təqdimatından sonra Paralimpiya çempionu İlham Zəkiyev idmançılar adından çıxış edərək əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Tədbirin bədii hissəsində karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev “Qəhrəman əsgər” mahnısını oxuyub. Ardınca brek-dans, kapoeyra, akrobatika gimnastikası növləri üzrə milli komandanın üzvlərinin nümunəvi çıxışları olub.
5-03-2023, 16:34
Qarabağda atışma baş verib - İtkilər var


Qarabağda atışma baş verib - İtkilər var

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. "Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib. Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanıb.
5-03-2023, 16:30
Xarkovun Kupyansk şəhəri atəşə tutuldu


Xarkovun Kupyansk şəhəri atəşə tutuldu

Rusiya qüvvələri tərəfindən Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, martın 4-də axşam saatlarında başlayan hücum zamanı Kupyanskda 5 yaşayış binası dağılıb, yanğınlar başlayıb. Həmçinin 65 yaşlı yerli sakin yaşayış binasına düşən mərmi nəticəsində həlak olub. Martın 5-də səhər saatlarında Kupyanskın təkrar atəşə tutulması nəticəsində şəhərdə nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib. Mərmi dəmiryol vağzalının binasına düşüb. Dnepropetrovsk vilayətində parlayış səsləri eşidilməsi barədə də məlumatlar var.
5-03-2023, 16:28
Ukrayna və Rusiyaya silah tədarük etmirik - Serbiya prezidenti


Ukrayna və Rusiyaya silah tədarük etmirik - Serbiya prezidenti

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etdiyini bildirib. Vuçiç Serbiyanın silah-sursatın üçüncü tərəfə ötürülməsindən qorunmaq üçün əlavə tədbirlər gördüyünü açıqlayıb. "Hər bir müqavilədə ölkənin istehsal etdiyi silahların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulub", - deyə o söyləyib. Vuçiç xatırladıb ki, ölkəsi əvvəllər münaqişə zonalarına silah çatdırılmasında ittiham olunub.
5-03-2023, 16:25
Xankəndində erməni təxribatının qarşısı alındı


Xankəndində erməni təxribatının qarşısı alındı

Azərbaycanın Xankəndi şəhəri ətrafında silah səslərinin eşidildiyi bildirilir. Bu barədə Ermənistan mediası məlumat yayıb. Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Ordusunun antiterror əməliyyatına başlaması ilə bağlı müxtəlif iddialar səsləndirilir. “Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah-sursatın daşınması barədə siqnallar alıb. Növbəti analoji siqnal alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Azərbaycan hərbçiləri yoldan keçən erməni avtomobilini saxlamağa çalışıblar və həmin avtomobilin sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Azərbaycana qarşı təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan məhv edilib. Leytenant David Ovsepyan isə yaralanıb.
5-03-2023, 16:23
Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər


Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər

Martın 6-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, gündüz saatlarında Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
5-03-2023, 16:16
Yollarda görmə məsafəsi məhdudlaşacaq


Yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Martın 6-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, gecə və səhər saatlarında bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!