2-03-2023, 18:26
G20 sammitində yekun bəyənnamə imzalanmadıG20 ölkələrinin xarici işlər nazirlərinin Hindistanda keçirilən sammitində Ukraynadakı müharibə ilə bağlı mübahisələrə görə birgə yekun bəyannamə imzalanmayıb. Dövlətlərin əksəriyyəti Rusiyanın işğalçı müharibəsini bir daha qətiyyətlə pisləyib və qoşunların Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Lakin Rusiya və Çinin xarici işlər nazirləri bu məqamla razılaşmayıb. Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar iclasın sonunda jurnalistlərə bildirib ki, bəzi ölkələrin qütbləşmiş baxışları səbəbindən birgə yekun bəyannamə qəbul edilməyib.
2-03-2023, 18:22
Mina probleminə BMT çərçivəsində baxılmalıdır - PrezidentAzərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımız mina partlaması səbəbindən həlak olub və ya yaralanıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edərkən bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.
2-03-2023, 18:17
Ceyhun Bayramov Küveytin XİN başçısı ilə görüşübMartın 2-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb. Görüşdə Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Nazir Ceyhun Bayramov BMT, QH, İƏT çərçivəsində ölkələr arasında qarşılıqlı dəstəyi məmnuniyyətlə qeyd edib. Görüş zamanı habelə “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” çərçivəsində fəaliyyət müzakirə olunub. Küveyt naziri Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətli sədrliyinə görə minnətdarlıq ifadə edib. Əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edən nazir, iki ölkə arasında mütəmadi olaraq keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2-03-2023, 18:14
Ceyhun Bayramov Fələstinin XİN rəhbəri ilə görüşübAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən bildirilib. Görüş zamanı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub. Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafına daha böyük təkan verəcəyinə dair inam ifadə olunub. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində göstərilən qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu, bu xüsusda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Nazir Riyad Əl-Maliki Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmət, həmrəylik və dostluğa əsaslanan münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, habelə siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Nazir Riyad Əl-Maliki, Azərbaycanın QH-ya sədrliyinin Hərəkatın inkişafına mühüm töhfələr verdiyini, onun daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.
2-03-2023, 18:11
Paşinyan ailəsi ilə birlikdə Almaniyaya səfər edibErmənistanın baş naziri Nikol Paşinyanı daşıyan təyyarə Almaniyanın paytaxtı Berlinə eniş edib. Bu barədə "Sputnik Armenia" yazıb. Bildirilib ki, Paşinyanı həyat yoldaşı Anna Akopyanla yanaşı, ortancıl qızı da müşayiət edir.
2-03-2023, 18:08
İranın Azərbaycandakı səfiri Rusiya səfiri ilə görüşübİranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiya səfiri Mixail Boçarnikovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Diplomatlar Cənubi Qafqaz regionunda baş verən son hadisələri, "3+3" təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dəhlizini müzakirə ediblər.
2-03-2023, 18:03
Zəlzələ Türkiyə ixracatına 1,5 milyard dollarlıq ziyan vurubTürkiyənin fevral ayında ixracatı 6,4 faiz azalaraq 18 milyard 638 milyon dollar olub. Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Türkiyə ötən ay 30.8 milyard dollarlıq məhsul idxal edib (əvvəlki illə müqayisədə 10.6% artıb). Nazirliyin məlumatına görə, zəlzələ fevral ayında Türkiyənin ixracatında 1,5 milyard dollarlıq azalmaya səbəb olub. Qeyd edilib ki, Türkiyənin fevral ayında ən çox məhsul idxal etdiyi ölkələr Rusiya Federasiyası (4 milyard 133 milyon dollar), İsveçrə (3 milyard 646 milyon dollar) və Çin (3 milyard 101 milyon dollar) olub.
2-03-2023, 17:59
Belarus və İran arasında saziş imzalanacaqBelarus və İran tezliklə beynəlxalq avtomobil yükdaşımaları üçün icazələrə ehtiyac duyulmayan prosedurun yaradılması haqqında saziş imzalayacaqlar. Bu barədə ölkənin nəqliyyat və rabitə naziri Aleksey Avramenko danışıb. "Belarus və İran nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirir. Yüklərin beynəlxalq avtomobil daşımalarının sadələşdirilmiş prosedurunu müəyyən edən sənəd imzalamağa yüksək səviyyədə hazırıq. Bu, logistika şirkətlərinə Belarus-İran marşrutu üzrə yeni daşıma sxemləri qurarkən avtomobil nəqliyyatının potensialından daha çox istifadə etməyə imkan verəcək. İcazəyə ehtiyac duyulmayan sistemlə bağlı 4 ölkə üçün planlarımız var. İranla danışıqlar apardıq. Düşünürəm ki, yaxın iki həftə ərzində saziş imzalanacaq. İran tərəfi də bu işi tamamlayır” - deyə Aleksey Avramenko bildirib.
2-03-2023, 16:55
Almaniya XİN-dən Rusiyaya çağırışAlmaniyanın xarici işlər naziri Annalena Berbok Hindistandakı G20 sammitində Rusiya XİN başçısı Sergey Lavrovu müharibəni bitirməyə çağırıb. Berbok Moskvanın yürütdüyü siyasəti tənqid edib. Rusiya G20-nin işini iflic edir. Biz çoxtərəfliliyə, çoxtərəfli münasibətlərə inanırıq. Bu müharibəyə son qoyun, beynəlxalq asayişi pozmağı dayandırın", - Berbok deyib. Qeyd edək ki, G20 sammiti Hindistanın Yeni Dehli şəhərində keçirilir.
2-03-2023, 16:52
Podolyak Rusiyanın itkilərinə münasibətini şərh edibUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın öz itkilərinə münasibətini şərh edib. Müşavir bu barədə tviter səhifəsində yazıb. "Rusiyanın "hərbi taktikaları": Rusiya ölüləri saymaz, yaralıları buraxıb gedər, təzminat ödəməmək üçün meyitləri yandırar. Rusiya Federasiyası üçün insanlar ən ucuz pul vahididir", - o qeyd edib. "Rusiyalılar üçün də bu barədə heç bir problem yoxdur. Onların təhdidi hiss etməsi və doğru sualları verməyə başlaması üçün gündə 5000 ölü olmalıdır?", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 715 hərbçisini itirib, bununla da Moskvanın müharibə başlayandan bəri ümumi itkilərinin sayı 150 605 nəfərə çatıb.