Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-03-2023, 16:50
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
2-03-2023, 16:48
Lavrov G20-dəki çıxışının böyük qismini Qərbin tənqidinə həsr edib


Lavrov G20-dəki çıxışının böyük qismini Qərbin tənqidinə həsr edib

Rusiya XİN başçısı Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən G20 sammitində çıxış edib. Nazir çıxışının əsas hissəsini Qərbin tənqidinə həsr edib. "Bir sıra Qərb nümayəndə heyətləri iqtisadiyyatdakı uğursuzluqlarına görə məsuliyyəti Rusiya Federasiyasının üzərinə atmaq istəyir. Rusiya “Şimal axını”nda törədilən təxribatın tez və doğru şəkildə araşdırılmasında israrlıdır. Rusiya Federasiyası inkişaf etməkdə olan ölkələrin BVF, Dünya Bankı və ÜTT-də rolunun artırılmasının tərəfdarıdır. Qərb Rusiya Federasiyasının kənd təsərrüfatı məhsullarının ixracı üçün maneələr yaradır", - deyə Lavrov söyləyib. "Rusiya BRİCS, ŞƏT, Aİİ çərçivəsində müstəqil ödəniş sistemləri formalaşdırmaq və milli valyutalarda hesablaşmaları genişləndirmək iqtidarındadır", - xarici işlər naziri əlavə edib.
2-03-2023, 15:48
Qərb Rusiyaya “kritik mallar”ın ixracını dayandırmağa çağırdı


Qərb Rusiyaya “kritik mallar”ın ixracını dayandırmağa çağırdı

Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya "kritik mallar"ın ixracını dayandırmağa çağırıb. Bu barədə "Financial Times" (FT) qəzeti yazıb. Nəşr bildirir ki, Qərb BƏƏ-nin tədarük etdiyi elektronika məhsullarının Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə oluna biləcəyindən ehtiyat edir. Məlumata görə, Birləşmiş Ştatlar, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya rəsmiləri son həftələrdə BƏƏ-yə səfər edib və ölkə rəsmilərinə sanksiyaları pozmamaq üçün təzyiq göstəriblər. Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildə BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı yeddi dəfədən çox artaraq təxminən 283 milyon dollara çatıb.
2-03-2023, 15:42
İraq prezidentindən dünyaya çağırış


İraq prezidentindən dünyaya çağırış

“Tədbirin təşkili və dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”. Bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən İraq Prezidenti Əbdüllətif Camal bildirib. O vurğulayıb ki, İraq qlobal pandemiya böhranından çıxmağa davam edir, infrastruktur, sosial ehtiyaclar, iqtisadi şaxələndirmə və kollektiv tədbirlər vasitəsi ilə bu işləri görməyə davam edir:“İraq hökuməti iqlim dəyişikliyi, ərzaq çatışmazlığı və su resurslarının qıtlığı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirir. Bütün bunlar bizim sosial stabilliyimizə təsir göstərir. Hazırda təhlükəsizliyin təmininə xüsusi diqqət yetiririk. Xüsusi dəstək vasitəsi ilə ölkədə kənd təsərrüfatına və suyun effektiv idarə edilməsinə vəsait qoymalıdır. İqlim dəyişikliyi ilə bağlı riskləri azaltmaq istiqamətində işlər görməliyik”. Əbdüllətif Camal qeyd edib ki, ölkəsi müharibədən, dağıntılardan əziyyət çəkib, indi isə fərqli bir ölkədir: “Biz bu acınacaqlı təcrübədən, silahlı münaqişələrdən sonra anlayırıq ki, ancaq dialoqla sülh quruculuğu mümkündür. Biz konstruktiv dialoqla zorakı ekstremizmin aradan qaldırılmasına çalışırıq. İraq regional tərəfdaşlıqda da müsbət rolunu davam etdirməyə hazırdır. Biz regional təhlükəsizliyə və enerji təhlükəsizliyinə töhfə verməyə hazırıq”. O vurğulayıb ki, yeni İraq qonşuları ilə qarşılıqlı hörmət, diplomatiya, ortaq çağırışları, sərhəd təhlükəsizliyi, eyni zamanda, transsərhəd su resursları, su mənbələrinin adekvat optimallaşdırılması ilə münasibətlər qurmağa davam edir: “Yüksək neft qiymətlərini nəzərə alaraq, İraqda hazırda adekvat səhiyyə, su və təhlükəsizliyi, institusional sahələrdə işlər görülməlidir. İctimai infrastrukturun qurulması da məqsədlərdən biridir. Ətraf mühiti qorumaq və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlər görülməli, İraqın irsinin növbəti nəsillərə çatdırmaq üçün addımlar atılmalıdır”.
2-03-2023, 15:35
Füzulidə insan sümükləri aşkarlanıb


Füzulidə insan sümükləri aşkarlanıb

Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
2-03-2023, 14:03
Lavrov Çinin XİN rəhbəri ilə görüşüb


Lavrov Çinin XİN rəhbəri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin XİN başçısı Çin Qanla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat verib. Qeyd olunub ki, görüş Hindistanın paytaxtı Yeni Dehli şəhərində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər. Bu, Çinin yeni təyin olunmuş xarici işlər naziri Çin Qanla Lavrovun ilk görüşü olub.
2-03-2023, 13:53
Britaniya qüvvələri İranın daşıdığı raketləri ələ keçirib


Britaniya qüvvələri İranın daşıdığı raketləri ələ keçirib

Britaniya Hərbi Dəniz Qüvvələri keçən ay Oman körfəzində İranın qaçaqmalçılıq yolu ilə daşıdığı silah və sursatları ələ keçirib. Bu barədə bu gün Böyük Britaniyanın Kral Donanması məlumat yayıb. Qeyd olunur ki, aşkarlanan gəmi İranın ərazi sularına üz tutmağa cəhd edib, lakin onun qarşısı alınıb. Gəmidən tank əleyhinə raketlər tapılıb. Britaniya silahların ələ keçirilməsi barədə BMT-yə məlumat verib.
1-03-2023, 23:47
İrandan gələn təhdidlər bütün dünya üçün problem yaradır - ABŞ


İrandan gələn təhdidlər bütün dünya üçün problem yaradır - ABŞ

İrandan gələn təhdidlər təkcə Yaxın Şərqə deyil, həm də bütün dünya üçün problem yaradır. Bunu ABŞ müdafiə nazirinin köməkçisi Dana Stroll məlumat verib. Stroll Tehran və Moskva arasında hərbi əməkdaşlığın genişlənməsinə və xüsusən də İranın Rusiya ordusuna kamikadze pilotsuz uçuş aparatları tədarük etməsinə diqqət çəkib. Pentaqon rəhbərinin köməkçisi “İran və Rusiyanın məkrli əməkdaşlığına qarşı mübarizə aparmaq üçün qlobal koalisiya yaratmağa” çağırıb. “İranın Ukraynada öyrəndiyi və təkmilləşdirdiyi taktika, üsul və prosedurların bir gün Yaxın Şərqdəki tərəfdaşlarımıza qarşı istifadə olunacağını güman etmək ağlabatandır”, - o deyib.
1-03-2023, 23:42
İlham Əliyev özbəkistanlı həmkarını qəbul edib


İlham Əliyev özbəkistanlı həmkarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Şavkat Miromonoviç, xoş gəlmisiniz. Vaxt tapıb Azərbaycana səfər etdiyiniz üçün sağ olun. Birlikdə mühüm beynəlxalq tədbirdə iştirak edəcəyik, lakin həm də görüşmək, söhbət etmək və bizim əvvəlki görüşlərimiz zamanı da razılığa gəldiyimiz kimi, verdiyimiz tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün yaxşı imkandır.
Prezident Şavkat Mirziyoyev: Komandalarımıza.
Prezident İlham Əliyev: Düşünürəm ki, komandalar yaxşı işləyir. Onlar tez-tez görüşürlər, bu yaxınlarda yenə Özbəkistanda mühüm görüş olub. Həmçinin telefonla çox fəal ünsiyyətdə olurlar. Beləliklə, bütün istiqamətlər üzrə çox fəal qarşılıqlı fəaliyyət aparılır. Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var. Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta, düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir. Çünki elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir. Mən Sizə bu münasibətə görə çox təşəkkür edirəm. Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik. Bir daha xoş gəlmisiniz. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Bizə çox doğma, yaxın və dost ölkə Azərbaycanda olmaq mənim üçün çox xoşdur. Həqiqətən, biz hazırlaşırdıq və bu gün ilk dəqiqədən bu cür qonaqpərvərliyi hiss edirik. Biz sanki öz evimizdəyik. Buna görə çox sağ olun. Əslində, Siz qeyd etdiyiniz kimi, bizim mütəmadi görüşlərimiz strateji tərəfdaşlığımıza tamamilə yeni məzmun gətirib. Son illər biz Sizinlə ikitərəfli münasibətlərimizdə böyük sıçrayış etmişik. Artıq Sizin dediyiniz kimi, bizim komandalar da başqa cür işləyir. Real nəticələr var və yəqin ki, bizim hər bir görüşümüz münasibətlərimizə, razılaşmalarımıza impuls verir. Düşünürəm ki, bizim ciddi nəzarət edəcəyimiz komandalarımız hər şeyi vaxtında yerinə yetirəcək. Siz artıq komandalarımızın intensiv görüşlərini qeyd etdiniz. Ötən ilin dekabrında bizim Baş nazirin mavini Xocayevlə görüşlər olub. Bu yaxınlarda mən Mikayıl Cabbarovu qəbul etmişəm. Biz çox uzun müddət danışdıq və bütün məsələləri müzakirə etdik. Bu, bizim münasibətlərimizin nəticəsidir ki, regionlar görüşür və belə işgüzar forumun keçirilməsi çox şeydən xəbər verir. Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var. Xüsusən regionların forumunu və biznes şurasının toplantısını qeyd etmək istəyirəm. Bu tədbirlərdə çoxlu sahibkar iştirak etdi. Mən qardaşlaşmış şəhərlərin - Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokandın rəhbərləri ilə danışmışam. Onlara dedim: biz görüşdük, sabah isə qardaşım İlham Heydər oğlu ilə görüşəcəyəm və onunla bunları danışacağıq. Onlar dedilər: Əmin ola bilərsiniz ki, müzakirə etdiyimiz bütün məsələlər yerinə yetiriləcək və həll olunacaq. Tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq. Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək. Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb. Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var.
Prezident İlham Əliyev: Sağ olun.
Görüşdə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Şavkat Mirziyoyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının bu il 100 illiyinin qeyd edildiyini vurğulayıb, bu xüsusda Özbəkistanda da tədbirlərin keçiriləcəyini bildirib.
1-03-2023, 21:25
İrandakı səfirliyimizə olan hücum cəzalandırılmalıdır - XİN


İrandakı səfirliyimizə olan hücum cəzalandırılmalıdır - XİN

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı, Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün gündəliyi üzrə işlər, eləcə də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə xain terror hücumundan irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən xain hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi, onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib. “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov, diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb. Nazir terror hücumunun təfərrüatlarının və video çəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!