"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
31-05-2023, 12:49
“Son Zəng” tədbirinin tarixi bəlli oldu


“Son Zəng” tədbirinin tarixi bəlli oldu[/size]

“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı hər il olduğu kimi nazirliyin müvafiq tapşırıqları olacaq: "2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qrumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaqdır".
31-05-2023, 12:26
Siyasi elita Putinə və onun sözlərinə şübhəylə yanaşır - Podolyak


Siyasi elita Putinə və onun sözlərinə şübhəylə yanaşır - Podolyak

"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə dövründə, mayın 30-da Moskvaya edilən PUA hücumuna "güzgü cavabı" ilə hədələmək üçün demək olar ki, bütün silahlı vasitələrindən istifadə etdi". Bunu "1+1" telekanalının efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Bəs “güzgü cavab” nədir? Onlar öz şoularından başqa, demək olar ki, bütün alətlərdən artıq istifadə ediblər. Deyirlər ki, indi görəcəyimiz güclü tədbirlər var, hələ başlamamışıq. Yaxşı, başa düşürsən ki, 15 aydan çox müharibədən sonra 400 mindən çox canlı qüvvə itirərək “hələ başlamamışıq” demək Rusiyanın artan qeyri-adekvatlığından xəbər verir", - o söyləyib. Müşavir onu da bildirib ki, siyasi elita Putinə və onun sözlərinə şübhə ilə yanaşır.
31-05-2023, 11:45
ABŞ Prezidenti İlham Əliyevə məktub ünvanladı


ABŞ Prezidenti İlham Əliyevə məktub ünvanladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir. Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik.

Hörmətlə,
Cozef R.Bayden
Amerika Birləşmiş Ştatlarının Prezidenti”.
31-05-2023, 11:32
ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçiririk - Prezident


ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçiririk - Prezident

Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edərkən deyib. ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkələrimizin genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-ın TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
31-05-2023, 11:22
ABŞ Bakı və İrəvanının məsələni danışıqlar yoluyla həll edəcəklərinə ümid edir


ABŞ Bakı və İrəvanının məsələni danışıqlar yoluyla həll edəcəklərinə ümid edir

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Metyu Miller Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları barədə mətbuata bəyanatla çıxış edib. Bəyanat Departamentin rəsmi saytında dərc olunub. "Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq - həm ictimai, həm də xüsusi - sülh, imkan və ümid yarada bilər. ABŞ davamlı və layiqli sülh sazişi imzalamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır", - deyə o bildirib.
31-05-2023, 11:05
Qarabağ məsələsinin təfərrüatlarını indi öyrənirik - Paşinyan


Qarabağ məsələsinin təfərrüatlarını indi öyrənirik - Paşinyan

"Ermənistanda demokratiyanın olmaması ona gətirib çıxardı ki, biz Qarabağ məsələsinin təfərrüatlarını yalnız indi öyrənirik". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda deyib. Paşinyan bildirib ki, bu, onun üzləşməli olduğu ən böyük problem idi. "Biz Qarabağ məsələsi ilə bağlı bütün həqiqəti bilmirdik və indi bu barədə yeni məlumatlar alırıq. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Eyni zamanda, demokratiyanın ölkənin təhlükəsizliyini təmin etməyə qadir olub-olmadığını sübut etmək lazımdır, lakin buna inam var", - Paşinyan əlavə edib. Ermənistan Baş naziri mətbuat və internet azadlığına da toxunaraq, bunu nailiyyət deyil, adi vəziyyət adlandırıb. "Demokratiyaya sadiqliyi 2021-ci il növbədənkənar seçkilər də nümayiş etdirdi", - Paşinyan yekunlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!