Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
6-06-2023, 17:56
Heç kim təkbaşına qərar verə bilməz - CHP sözçüsü


Heç kim təkbaşına qərar verə bilməz - CHP sözçüsü

Türkiyədə son prezident seçkilərində qələbə qazana bilməməsindən sonra müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi məsələsi hələ də müzakirə olunur. Bu dəfə istefa məsələsinə CHP-nin sözçüsü Faik Öztrak münasibət bildirib. "CHP bir çadır partiyası deyil, yüzillik bir partiyadır. Heç kim təkbaşına qərar verə bilməz", - deyə o qeyd edib. Məsələyə daha əvvəl Kılıçdaroğlunun özü də münasibətini açıqlamışdı.
6-06-2023, 17:47
II və III ixtisas qrupları üzrə imtahan nəticələri elan edildi


II və III ixtisas qrupları üzrə imtahan nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur. III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur. Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 10 iyun saat 10:00-dan 12 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb və 2023-cü il iyunun 20-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.
6-06-2023, 17:23
Bolqarıstan yeni baş nazirini seçdi


Bolqarıstan yeni baş nazirini seçdi

Nikolay Denkov Bolqarıstanın yeni baş naziri seçilib. Bu barədə parlamentdə səsvermə keçirilib. Belə ki, 132 deputat lehinə, 69-u isə əleyhinə səs verib. Qeyd edək ki, Nikolay Denkov "Dəyişikliklərə davam edirik" siyasi partiyasını təmsil edir.
6-06-2023, 16:20
Aİ-nin xüsusi nümayəndəsi Paşinyanla görüşdü


Aİ-nin xüsusi nümayəndəsi Paşinyanla görüşdü

İrəvanda səfərdə olan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin Brüssel və Kişineu görüşlərinin nəticələrini müzakirə ediblər. Söhbət zamanı Qarabağa, Laçın dəhlizi ətrafındakı son vəziyyətə də toxunulub.
6-06-2023, 15:55
Rusiya həm bəndə, həm də bütün Kaxovka SES-ə nəzarət edir - Zelenski


Rusiya həm bəndə, həm də bütün Kaxovka SES-ə nəzarət edir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovkadakı bəndin Ukrayna tərəfindən partladılması ilə bağlı iddialarını təkzib edib. O, Kremlin sözçüsü Dmitri Peskovun bu barədə iddiasına münasibət bildirib. “Artıq 1 ildən çoxdur ki, Rusiya həm bəndə, həm də bütün Kaxovka SES-ə nəzarət edir. Onu kənardan top atəşinə tutmaqla partlatmaq fiziki cəhətdən qeyri-realdır. Minalanma var idi. Bənd Rusiya işğalçıları tərəfindən minalanmış və onlar tərəfindən partladılmışdır”, - deyə Zelenski qeyd edib.
6-06-2023, 15:30
Əli Əsədov azad edilmiş ərazilərlə bağlı qərarı təsdiqlədi


Əli Əsədov azad edilmiş ərazilərlə bağlı qərarı təsdiqlədi

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə bu qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etməlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir. Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir. Maliyyə yardımı riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində ödənilir. Maliyyə yardımının ödənilməsi üçün sahibkar hər ay bitdikdən sonra növbəti ayın 5-dək bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə təqdim edir. Dövlət Vergi Xidməti təqdim edilmiş sənədlərdə və məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıq müəyyən etdikdə, həmin çatışmazlıq qeyd edilməklə, onun 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün sahibkarlara məlumatların təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində elektron qaydada bildiriş göndərir. Çatışmazlıq 5 (beş) iş günündən gec olmayaraq bu aradan qaldırılmadıqda, Dövlət Vergi Xidməti tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal sahibkarın yenidən müraciət etməsinə mane olmur. Məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda, maliyyə yardımının verilməsindən imtina edilir və bu barədə Dövlət Vergi Xidməti tərəfindən əsaslandırılmış qərar qəbul olunmaqla, 3 (üç) iş günü müddətində elektron qaydada sahibkara göndərilir. Bu qərar sahibkarın yenidən müraciət etməsinə mane olmur. Sahibkar tərəfindən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə, həmin müraciətlər məlumatların təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alınır. Dövlət Vergi Xidməti təqdim olunmuş məlumatlar əsasında müraciətlərə hər ay bitdikdən sonra növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir. Kommunal xidmətlər göstərən dövlət müəssisələri ‒ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respub- likasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edirlər. Maliyyə yardımının ödənilməsi üçün müraciət edən sahibkarlara maliyyə yardımı aşağıdakı qaydada ödənilir:
- Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı bu Qaydaya uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir. Bu Qaydaya uyğun olaraq maliyyə yardımı almış sahibkarların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
6-06-2023, 15:14
Hava şəraiti ilə əlaqədar imtahan saatları dəyişdi


Hava şəraiti ilə əlaqədar imtahan saatları dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Bu barədə DİM-dən məlumat verilib. "İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir", - məlumatda qeyd olunub.
6-06-2023, 14:27
Mirzoyan avstraliyalı həmkarıyla telefon danışığı apardı


Mirzoyan avstraliyalı həmkarıyla telefon danışığı apardı

Ermənistan və Avstriya xarici işlər nazirləri Ararat Mirzoyan ilə Aleksandr Şallenberq arasında telefon danışığı olub. Həmkarlar ikitərəfli əməkdaşlığın gündəliyini, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığını, regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. "Ermənistanın xarici işlər naziri avstriyalı həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində baş verən son hadisələri təqdim edib, Ermənistan tərəfinin danışıqların əsas məsələlərinə, xüsusən də sərhədlərin demarkasiyasına dair aydın ifadə olunmuş öhdəliyə əsaslanan mövqeyini vurğulayıb", - deyə məlumatda qeyd olunub. Mövcud problemlərin, o cümlədən humanitar problemlərin həllinin, Laçın dəhlizinin ətrafındakı vəziyyət və Qarabağla bağlı hərtərəfli həllinin zəruriliyi ifadə edilib.
6-06-2023, 12:46
MDB ölkələri arasında yeni saziş imzalanacaq


MDB ölkələri arasında yeni saziş imzalanacaq

MDB ölkələri arasında yeni saziş imzalanacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistana səfəri çərçivəsində Rus-Tacik (Slavyan) Universitetində çıxışı zamanı bildirib. "MDB hökumət başçıları bu ay xidmət ticarəti haqqında saziş imzalamağı planlaşdırır", - nazir qeyd edib. Onun sözlərinə görə, yeni saziş təşkilata daxil olan ölkələrdə ticarətin liberallaşdırılmasını daha da irəli aparacaq.
6-06-2023, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi rayonlarda arabir güclü olacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!