18-06-2023, 16:02
Serbiya Kosova ilə danışıq şərtini açıqladıSerbiyanın Kosova ilə danışıqlara getmə şərti açıqlanıb. Bu barədə Serbiya lideri Aleksandr Vuçiç bildirib. O, saxlanılan serblər azad edilməyənə qədər Kosova ilə danışıqların olmayacağını deyib: “Kosova ilə danışıqlara getməyin şərtləri var. İlk olaraq, saxlanılan serblər azad edilməyənə qədər Priştina ilə danışıqlar aparmayacağam”.
18-06-2023, 15:43
Şamaxıda ilk Hava Şarı Festivalı keçirilirBu gün Şamaxı rayonunda ilk Hava Şarları Festivalı (Balloon Festival) başlayıb. İyunun 18-də isə rayonun Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanan hava şarları qalxıb. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edib. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edib. Qeyd edək ki, havaya qalxacaq şarlar maraqlı dizaynları ilə fərqlənir.
18-06-2023, 15:15
Ərdoğan Şuşada Baş Konsulluq açmağa hazırdırTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ikinci xarici rəsmi səfərini Azərbaycana edib. İyunun 13-14-də baş tutan səfər bir çox məqamla yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş turan səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin yeni hökumətinin əsas üzvləri, ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğan və digər şəxslər müşayiət edib. Səfər zamanı Türkiyə Prezidenti iki ölkə arasında əlaqələr, yeni imkanlar, Zəngəzur dəhlizi, Şuşada Baş Konsulluğun açılması məsələlərinə toxunub. Maraqlıdır, Türkiyə liderinin Azərbaycana səfərində səsləndirdiyi mesajların siyasi əhəmiyyətini necə qiymətləndirmək olar? Məsələ ilə bağlı danışan türkiyəli ekspert İmbat Muğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri və verdiyi mesajlar tarixi əhəmiyyət daşıyır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək olduğunun sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada həsədlə izlənildiyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bununla bizim ayrılmaz bir millət olduğumuzu bir daha bütün dünyaya bəyan etdi. O, eyni zamanda bu münasibətləri daha da inkişaf etdirmək əzmində olduqlarını da bildirdi. Ərdoğanın Azərbaycana səfəri zamanı digər diqqət çəkən məqam Şuşada Baş Konsulluğun açılması üçün çalışıldığını deməsidir. Prezident bildirdi ki, istənilən vaxt Şuşada Baş Konsulluq açmağa hazırdır. Şuşada Baş Konsulluğumuz açılsa, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq. Digər tərəfdən Maarif Fondumuz Azərbaycan hakimiyyətinin dəstəyi ilə təhsil sahəsində fəaliyyətini davam etdirir. Gələn il yeni təhsil şəhərciyini də açmağı planlaşdırırıq. Ərdoğan və İlham Əliyev dünyaya birlik mesajı verdiyi bir vaxtda, Zəngəzur məsələsinin tez həll edilməli olduğunu və Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu da bildirdilər. Bütün tərəflərə məlumdur ki, bu dəhlizin açılışı bütün ölkələr üçün yeni imkanlar açacaq”, - deyə ekspert bildirib.
18-06-2023, 14:17
65 xəstə erməni öz vətənlərinə təxliyə olunubBeynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. “Bu ay biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, 65 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq”, - deyə o bildirib.
18-06-2023, 13:56
SABAH qruplarının test imtahanı keçirildiBu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda 2978 tələbənin iştirakı gözlənilirdi. İmtahanın idarəolunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən 1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.
18-06-2023, 13:40
Vardanyan Ukrayna tərəfindən axtarışdadırRusiyanın sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçıların “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.
18-06-2023, 12:38
Ərdoğan SOCAR-a mükafat verdiHaliç Konqress Mərkəzində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da iştirakıyla TİM-in Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib. Bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10 sıraya daxil olan şirkətlər təltif edilib. SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq müvafiq mükafatı qazanmaq şansı əldə edib. “SOCAR” ilk 10-luq içərisində 3-cü yerə layiq görülüb. Hər il təşkil olunan bu tədbirlər planı, TİM missiyasının bir hissəsidir. 1993-cü ildə qurulan Türkiyə İxracatçılar Məclisinin (TİM) əsas missiyası, Türkiyənin xarici ticarət həcmini artırmaq, xarici ticarətin inkişafını təmin etmək, ticari tərəfdaş ölkələr ilə ikili ticarət, sosial və mədəni əlaqələri inkişaf etdirmək, dövlət ilə ixracatçılar arasında ünsiyyətin davamlılığını təmin etməkdir. Qurum, 27 sektor, 61 ixracatçı birliyi ilə 100 mindən çox ixracatçını təmsil edir. “SOCAR”-ın Vitse-Prezidenti Süleyman Qasımov qeyd edib ki, SOCAR-ın törəmə müəssisəsi olan “Petkim”in Türkiyənin top ixracatçı müəssisəsi arasında yer alması qürurvericidir. Azərbaycanla yanaşı qardaş Türkiyənin ixracatına verdiyimiz töhfələrin xüsusi dəyərləndirilməsi, gələcək fəaliyyətimizdəki uğurları müəyyən edir. Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin qərarıyla qurulan TİM, 2009-cu ildən etibarən yeni qanunvericilik əsasında fəaliyyətini davam etdirir. Ötən il TİM “2021-ci il İxracat Çempionları” siyahısına “SOCAR Türkiyə” 8-ci yerə layiq görülüb. Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb. Ötən ilki mükafatlandırma mərasimində SOCAR adına mükafatı Türkiyə Respublikasınınh Prezidenti cənab Rəcəb Tayyib Erdoğan Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova təqdim edib.
18-06-2023, 12:12
Sabahın hava proqnozuİyunun 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
18-06-2023, 11:20
Hindistanda kəskin isti 100-ə yaxın insanın ölümünə səbəb olduHindistanın Uttar-Pradeş və Bihar ştatlarında son günlərdəki kəskin istilər nəticəsində 98 nəfər ölüb. Bu barədə “India Today” telekanalı xəbər verir. Bildirilib ki, Uttar-Pradeş ştatının Balliya rayonunda iyunun 15-17-də 400 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 54-ü ölüb. Ştatın səhiyyə müdiri Jayant Kumar ölənlərin əksəriyyətinin yaşının 60-dan yuxarı olduğunu deyib: “Hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, kəskin istilər onların vəziyyətini ağırlaşdırıb”. Qeyd edək ki, oxşar vəziyyət ötən gün qonşu Bihar ştatında da müşahidə olunub. Nəticədə 44 nəfər ölüb. Ştatda istilər səbəbindən məktəblər iyunun 24-dək bağlanıb.
18-06-2023, 10:49
Səudiyyə Ərəbistanı İranda səfirliyini açırSəudiyyə Ərəbistanının İrandakı diplomatik təmsilçiliklərinin açılacağı tarix məlum olub. Bu barədə xarici mətbuat məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu Qurban bayramından sonra açılacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl İbin Fərhan Əl Səud Tehranda səfərdədir. O, iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.