16-06-2023, 16:44
Rusiyanın 6 şəhəri Ermənistanla qardaşlaşırRusiyanın Uray, Sestroretsk və Zlatoust şəhərləri Ermənistanın Mehri, Gorus və Qacaran şəhərləri ilə qardaşlaşacaq. Qafanda belə müqavilələrin bağlanması niyyəti haqqında protokol imzalanıb. Protokola əsasən, şəhər administrasiyaları yol xəritələri və fəaliyyət planları hazırlayacaq. Birgə mədəni və iqtisadi layihələrin icrası da buna daxildir.
16-06-2023, 16:33
Gürcüstanın sabiq prezidenti aktiv siyasətə qayıdır
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aktiv siyasətə qayıtdığını açıqlayıb. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. O, bu gündən etibarən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. Saakaşvili bildirib ki, o, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. “Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, - sabiq dövlər başçısı qeyd edib. Xatırladaq ki, Saakaşvili 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidəki evində həbs edilib. O, dəfələrlə aclıq aksiyası keçirib. Sabiq lider səhhətində ağır problemlər yarandıqdan sonra siyasətdən getdiyini bildirib.
16-06-2023, 16:21
Rusiya sabitliyi pozmaq üçün Zaporojeni partlatmaq niyyətindədir - ZelenskiRusiya Ukraynada sabitliyi pozmaq üçün Zaporojye atom elektrik stansiyasını partlatmaq niyyətindədir. Bunu Amerikanın NBC News telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski Rusiyanın dünyanın Kiyevə təzyiq göstərməsində maraqlı olduğunu qeyd edib: "Bununla da Rusiya “münaqişənin dayandırılmasını gözləyir". "Qərbin texnikasını hissə-hissə Ukraynaya verməsi yalnız müharibənin müddətini uzadır. Hazırda tərəfdaşlarımızın balansında olan hərbi texnika bizə kütləvi şəkildə təhvil verilsə, qalib gəlmək ehtimalımız daha yüksəkdir", - deyə prezident bildirib.
16-06-2023, 16:19
İran səfiri Zəncandakı iş adamlarıyla görüşdüİranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani Zəncan əyalətində iş adamları ilə görüşüb. O, regionun mədəni və sivilizasiya baxımından ortaq ölkələrlə işgüzar əməkdaşlığını genişləndirməyə çalışdığını qeyd edib. Səfir bildirib ki, İranın Ermənistanla keçən il ticarəti 500 milyon dollardan az olub və bu il 7 dəfə artmalıdır. "Ermənistanda kommersiya ofisi açmaqla daimi bazarlar yaratmaq, kənd təsərrüfatı və sənaye məhsullarını təqdim etmək mümkündür. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu, 200 milyon əhalisi olan bazara qapı deməkdir", - o əlavə edib.
16-06-2023, 14:58
Laçın sərhəd-buraxılış məntəqəsi erməniləri narahat edir - XİNLaçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur. 15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.
16-06-2023, 14:50
Zakir Həsənov erməni təxribatının qarşısını almaqla bağlı göstərişlər verdiMüdafiə naziri Zakir Həsənov orduya Ermənistan tərəfindən törədilə biləcək təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olmaq barədə göstərişlər verib. Bu barədə nazir MN-də keçirilən kollegiya iclasında bildirib. Qeyd olunub ki, Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
16-06-2023, 14:17
Ukraynanın NATO-ya daxil olması mümkün deyil - StoltenberqMüharibə zamanı Ukraynanın NATO-ya daxil olması mümkün deyil, alyans ölkələri və Kiyev də bunu başa düşür. Bunu NATO-nun baş katibi Yens Stoltenberq "France 5" telekanalına müsahibəsində deyib. "Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olacağı ilə razılaşır, lakin alyans dövlətlərindən heç biri, hətta Ukrayna belə, müharibə zamanı ölkənin təşkilata daxil olmasını gözləmir. Bütün müttəfiqlər bir mövzuda həmfikirdir ki, alyansın qapıları açıqdır. Biz bunu Finlandiya və İsveçi inteqrasiya etməklə nümayiş etdirmişik”, - Stoltenberq bildirib. O, həmçinin alyansa üzv ölkələrin Vilnüsdə iyulun 11-12-də keçiriləcək sammitində müzakirə ediləcək Ukrayna üçün təhlükəsizlik təminatlarına toxunub. "Biz vəziyyətin təkrarlanmaması üçün çoxsaylı müzakirələr aparırıq. Biz əmin olmaq istəyirik ki, müharibə bitərsə, Rusiyanın yeni hücumlarına qədər qısa fasilə olmayacaq. Ukrayna qarşısında öhdəliklərimiz yerinə yetirilməlidir", - NATO Baş katibi vurğulayıb.
16-06-2023, 13:26
Rusiya və BƏƏ liderləri görüşdüRusiya prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Sankt-Peterburqda danışıqlara başlayıb. Bu barədə TASS məlumat yayıb. Putin bildirib ki, Rusiya üçün BƏƏ çox yaxşı tərəfdaşdır. Rusiya Federasiyasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Ukrayna münaqişəsi zamanı humanitar məsələlərin həllində göstərdiyi köməyə görə təşəkkür edib. BƏƏ prezidenti də öz növbəsində Putinə ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib və ölkəsinin Ukraynada nizamlanmaya hər cür kömək və kömək etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, BƏƏ bu il Rusiyadan 1 milyon turist qəbul etməyi gözləyir.
16-06-2023, 13:05
Taksilərlə bağlı qanun ilk oxunuşda qəbul edildiAzərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın. Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
16-06-2023, 12:53
Sabahın hava proqnozuİyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.