Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
15-06-2023, 12:00
Rusiya ABŞ-la START sazişiylə bağlı təmaslar aparıb - Ryabkov


Rusiya ABŞ-la START sazişiylə bağlı təmaslar aparıb - Ryabkov

"Rusiya Federasiyası və ABŞ son həftələrdə yeni START sazişi ilə bağlı birbaşa təmaslar aparıblar". Bu barədə Rusiya XİN başçsının müavini Sergey Ryabkov məlumat verib. "Rusiya və ABŞ-ın START ilə bağlı mövqeləri hələ də uyğun gəlmir. Rusiyanın START-a qayıdışı o halda mümkündür ki, ABŞ Moskvaya qarşı düşmənçilik xəttindən əl çəksin. Rusiya Federasiyası və ABŞ təmaslar zamanı START ilə müəyyən edilmiş kəmiyyət məhdudiyyətlərinə riayət etmək əzmində olduqlarını təsdiq etdilər. Rusiya və ABŞ əsas strateji qüvvələrin təlimləri barədə bildiriş mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Yerüstü ballistik raketlərin buraxılışı ilə bağlı da bildiriş mübadiləsini davam etdirəcək", - deyə o qeyd edib.
15-06-2023, 11:03
Heydər Əliyevin gənc tərəfdarları – milli qurtuluşun fədailəri!


Heydər Əliyevin gənc tərəfdarları – milli qurtuluşun fədailəri!

Bu gün Milli Qurtuluş Günüdür!

Yaxın keçmişimiz qızıl səhifələrindən olan bu günə gələn yola Milli Ordunun ehtiyatda olan Baş Leytenantı Müştəba Əliyev işıq salır.
Onu da qeyd edək ki, M.Əliyev Azərbaycanın ən gərgin ictimai-siyasi dövrünü əhatə edən həmin vaxtlarda Heydər Əliyev ideyalarını müdafiə edən azsaylı gənclərdən olub. Müştəba Əliyev həmin dövrü belə xatırlayır:
Böyük dövlət adamı Heydər Əliyevin SSRİ- Siyasi Bürosunda istefa verdikdən sonra onun doğma vətəninə qayıtması Azərbaycanda başlanan Azadlıq hərəkatına qoşulması o vaxtki qul təfəkkürlü rəhbərləri narahat edirdi. Gənclik isə iki hissəyə ayrılmışdı.
1) Azərbaycanı müstəqilliyə yalnız meydan eyforiyasında olan təcürbəsiz siyasətçilərin aparacağına inan gənclik.
2) Azərbaycanı müstəqilliyə Heydər Əliyevin aparacağına inan gənclik.
Etiraf etmək lazımdır ki, Heydər Əliyevə inan gəncliyin siyasi lideri o dövrdə 19 yaşlı gənc və çılğın siyasətçi hazırda Milli Məclisdə təmsil olunan millət vəkili Sadiq Qurbanov idi. Onun siyasi fəaliyyətinin ən fəal dövrü məhz ümmumilli lider Heydər Əliyevə qarşı süni şəkildə yönəldilmiş yaş senzi mitinqlərin təşkil olunmasından başlayır. Mən də bir gənc kimi həmin mintiqlərin təşkil olunmasında iştirak etmişəm. 1992-ci ilin yaz aylarında təşkil olunan ilk mintiqlərdə təxminən iki yüzə yaxın adam iştirak edirdi, bunların böyük əksəriyyətini Sadiq Qurbanovun BDU-dən başqa təhsil ocaqlarında və əhalinin müxtəlif təbəqələrindən cəlb etdiyi tələbələr idi. Yaxşı xatırlayıram mintinqdə bir neçə ziyalının çıxışından sonra gənclər adından çıxış etmək üçün söz BDU-nin tələbəsi Sadiq Qurbanova verildi.
Təxminən 10 dəqiqəlik çıxışını o zaman Heydər Əliyevə yönəlik süni maniələrdən danışdı. Respulikamızdakı ictimai-siyasi vəziyyətin ağır olmasından, xalqımızın və dövlətimizin nicat yolunun yalnız Heydər Əliyev olduğundan söylədi. Heydər Əliyevin müdafiəsinə həsr edilmiş ilk mitinq həm də yaddaşımdan heç bir zaman çıxmayacaq iz buraxdı. Belə ki, tribunada Heydər Əliyevə həsr olunmuş plakatın bir tərəfini mitinqin sonunadək mən saxladım. Mitinqdən sonra Sadiq Qurbanov gəncləri N.Nərimanov metrostansiyası yanında Elektrotexnika İnstitutuna toplaşmağı məsləhət bildi. Biz gənclər hər gün Elektrotexnika İnstitutunda yığışmaqla S. Qurbanovdan məsləhətlər almağa başladıq.

Sadiq Qurbanovun ətrafına yığışan gənclərə ilk məsləhəti o oldu ki, növbəti mitinqlərə çoxlu sayda insanları, ilk növbədə isə Heydər Əliyevi sevən fəal tələbə gəncləri cəlb etmək lazımdır ki, tədbirlərdə daha çox insanlar iştirak etsinlər. Biz də təhsil aldığımız ali məktəbdə və ətrafımızda olan gənclərlə apardığımız iş nətəcəsində növbəti mitinqlərdə ora yığılan iştirakçıların sayı dəfələrlə artmaqla geniş bir kütlə halını aldı.
Onu da qeyd edim ki, həmin vaxtı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Yaqub Məmmədov icra edirdi. Yaş senzi haqqında qanunu isə Ayaz Mütəllibov qəbul etmişdi. Bundan sonra 14 may 1992-ci il tarixində bir günlük hakimiyyətə qayıdan Ayaz Mütəllibov və ya sonradan hakmiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün də Heydər Əliyevə qarşı münasibəti dəyişmədi. Nəticədə Azərbaycanın müstəqilliyinin Heydər Əliyevin siyasətində görən gənclər daha da siyasi fəaliyyətdə fəal olmağa başladılar. Tam əminliklə deyə bilərəm ki, yaş senzinə qarşı mitinqlərin təşkili, tələbə gənclərin cəlb olunması, iştirakçıların sayının tədbirdən-tədbirə çoxalması birbaşa Sadiq Qurbanovun müstəsna xidmətinin nəticəsi idi.
Həmin vaxtları gənclərin mitinqlərə cəlb etmək çox çətin vəzəfə idi. Ayaz Mütəllibov, Yaqub Məmmədov nə də AXC-Müsavat hökuməti Heydər Əliyevə həsr olunmuş mitinqlərin keçirilməsinə icazə vermirdi və fəal iştirakçıları cəzalandırır, onları həbs edir və oxuduqları ali məktəblərdən qovurdular. Belə bir halda məhz Sadiq Qurbanovun başına gəldi. Ümummilli lider H. Əliyevin təbliğatını apardığına, mitinqlərin təşkilindəki fəallığına görə BDU-nin rəhbərliyi tərəfində daim təzyiqlərə məruz qalırdı. O isə bütün bunlara dözərək, öz əqidəsindən heç bir zaman dönmədi. Sonrakı mərhələdə isə YAP Gənclər Birliyinin və fəal gənclərdən ibarət Gənclər Şurasının yaranması ideyasını Sadiq Qurbanov irəli sürdü. Bunun üçün Respublikamızın ali məktəblərimizin tələbələrinin və digər gənclərimizin iştirakı ilə bir neçə dəfə yığıncaqlar keçirildi. Bu yığıncaqların keçirilməsi belə böyük əks səda doğurdu. Yaxşı yadımdadır ki, yığıncaqların birində AXC-Müsavat üzlərindən olan iki nəfər tələbə içəri daxil oldu və YAP Gənclər Birliyinin yaranmasını Sovet komsomol təşkilatına bənzətdi və belə bir təşkilatın hansı səbəbdən yaranması ideyasına açıqlıq gətirilməsini istədilər. Onda Sadiq Qurbanov onlara geniş izahat verdi. Onlar S.Qurbanovun arqumentləri qarşısında aciz qaldılar. Onların fikri əslində Gənclər Təşkilatının iclası pozmaq və bu təşkilatın yaranmasını ləngitmək idi. Hər iki gənci mən yaxından tanıyırdım. Paradoksal olsa da sonralar o gənclərin biri hökumətdə yüksək vəzifə tutdu.

Dəfələrlə keçirilən yığıncaqlardan sonra YAP Nizamnaməsinə uyğun olaraq YAP Gənclər Təşkilatının yaranması qərara alındı. Nəticədə 26 may 1993-cü il tarixdə Elektrotexnika İnstitutunun akt zalında Respublikamızın ali məktəblərinin və YAP-ın gənc fəallarının iştirakı ilə yığıncaq işinə başladı. Akt zalı tam dolduğundan tədbirdə iştirak etmək istəyən onlarla tələbə İnstitutun qarşısında və koridorlarda qaldı. Nəticədə yığıncaq başladı və yığıncağın sədri Sadiq Qurbanov və yığıncağın katibi isə mən seçildim. YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov da yığıncaqda iştirak edirdi. 2 saatadək davam edən iclasdan sonra 35 nəfərdən ibarət Mərkəzi Şura və 11 nəfərdən ibarət İdarə Heyəti seçildi. Açıq səsvermə ilə Qurbanov YAP Gənclər Birliyinin sədri seçildi. Həmin yığıncağın protokolu yazıldı. YAP Gənclər Birliyinin yaranması haqqında məlumat isə mənim adımla (imzamla) Yeni Azərbaycan qəzetinin 3 iyun 1993-cü il tarixli 9 saylı buraxılışında çap olundu. Məlumatın qəzetdə çap olunması Respublikamızda geniş əks-səda doğurdu və bundan sonra YAP sıralarına gənclərin axını başladı.
1993-cü ilin yay ayından Azərbaycan Milli ordusuna həqiqi hərbi xidmətə getdiyim üçün YAP Gənclər Təşkilatında fəaliyyətimi davam etdirə bilmədim.
Bu gün Milli Qurtuluş günü müasir Azərbaycan tarixinin bir parçası olan bu hadisələri düzgün qiymətləndirmək hər birimizin vəfa borcudur. İndi komfortlu kabinetlərdə Heydər Əliyevçi olan bəzi məmurlar bu yolda özlərini hər cür risqə atan fədəkar insanların fəaliyyətini qiymətləndirmək onların uzaqgörənliyini dəyərləndirməlidirlər. Tarix göstərdi ki, Azərbaycanın aydın gələcəyini, müstəqlliyinin ərazi bütövlüyünün Heydər Əliyev siyasi dühasının parlaq qələbəsində görən gənclik yanılmayıb.
Milli Qurtuluşumuz mübarək olsun!
14-06-2023, 23:19
Fransa Ermənistana yeni zirehli texnikalar verəcək


Fransa Ermənistana yeni zirehli texnikalar verəcək

Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək. Bu barədə "Sputnik Armeniya" nəşri Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuisa istinadən məlumat yayıb. Zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır. Məlumata görə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək.
14-06-2023, 22:53
Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edildi


Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edildi

Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. Sənəd 76 səhifədən ibarətdir. Strategiyada bildirilir ki, Almaniyanın təhlükəsizlik siyasətinin əsas vəzifəsi ölkənin sülh və azadlıq şəraitində yaşamağa davam etməsini təmin etməkdir. "Bunun üçün biz NATO və Avropa İttifaqına sarsılmaz sadiqik və Bundesveri gücləndiririk ki, o, ölkəni və ittifaqı qorumaq olan əsas missiyasını yerinə yetirə bilsin", - sənəddə qeyd olunur. Sənəddə, həmçinin Avropa İttifaqının genişlənməsindən və bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın üzvlüyündən bəhs edilir. “Məqsədimiz sülhsevər, azad və vahid Avropadır. Biz Avropa İttifaqının gələcək nəsillər üçün öz təhlükəsizliyini və suverenliyini təmin edən geosiyasi oyunçu olmasını istəyirik. Almaniya federal hökuməti Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstanın qəbulu yolu ilə Avropa İttifaqının inteqrasiyasını, birliyini və genişlənməsini dəstəkləyir”, - sənəddə deyilir. Strategiyada o da vurğulanır ki, Aİ-nin genişlənməsinə hazırlaşmaq üçün təşkilat daxilində islahatlar aparmaq lazımdır.
14-06-2023, 22:34
Serbiya Kosovanın 3 polis əməkdaşını həbs etdi


Serbiya Kosovanın 3 polis əməkdaşını həbs etdi

Serbiya xüsusi təyinatlıları Kosova polisinin 3 əməkdaşını həbs edib. Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Şübhəlilərin silahlı olduğu, yanlarında xəritə və naviqasiya vasitələrinin aşkar edildiyi deyilir. Onlar Serbiyada sabitliyi pozmaq və münaqişəni qızışdırmaqda ittiham olunur. Kosovanın Baş naziri Albin Kurti polislərin Serbiya tərəfindən oğurlandığını bildirib. “Oğurlanma Kosovanın şimalındakı Tresave/Bare bölgəsində baş verib", - məlumatda qeyd edilib.
14-06-2023, 21:09
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi


Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviterdəki hesabında 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. Butov.az paylaşımı təqdim edir:

14-06-2023, 20:22
Güləşçimiz qitə çempionu oldu


Güləşçimiz qitə çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb. 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.
14-06-2023, 19:41
Yeni tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq


Yeni tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq

Növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev məlumat verib. O qeyd edib ki, Azərbaycanda məktəblərdə təhsil alan şagirdlərin sayı 2,2 milyonu ötəcək. "Ali təhsil pilləsində dövlət sifarişli yerlərin sayının artırılmasına xüsusi önəm veririk. Biz çalışırıq ki, ali təhsil alanların sayını artıraq. Bu proses davam edəcək”, - o deyib.
14-06-2023, 19:15
"Neftçi" klubunun yeni formaları təqdim olundu


"Neftçi" klubunun yeni formaları təqdim olundu

"Neftçi" klubu yeni formalarını təqdim edib. Bu barədə klub sosial şəbəkə hesabında video paylaşıb. Formalar istehsalçı firma tərəfindən xüsusi olaraq "Neftçi" üçün dizayn edilib.
Qeyd edək ki, yeni formalar ənənəvi ağ-qara, sarı və sarı-qara rənglərdə olacaq.

14-06-2023, 17:55
Ayxan Hacızadə Fransa XİN-in bəyanatına münasibət bildirdi


Ayxan Hacızadə Fransa XİN-in bəyanatına münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib. XİN sözçüsü "Twitter" paylaşımında Katrin Kolonnanın Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu deyib. “Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - Ayxan Hacızadə qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!