15-06-2023, 13:44
Pakistan 44 günlük Vətən müharibəsində bizə güclü dəstək verib - PrezidentAzərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlətimizin başçısı bildirib.
15-06-2023, 13:30
Sabiq türk nazirlərə yeni vəzifələr verildiTürkiyədə AKP-dən millət vəkili seçilən keçmiş nazirlərə parlamentdə vəzifə verilib. Sabiq daxili işlər naziri Süleyman Soylu daxili işlər komissiyasına, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ətraf mühit komissiyasına, həmçinin keçmiş sənaye və texnologiya naziri Mustafa Varank sənaye, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar komissiyasına sədr seçilib.
Sabiq Milli Müdafiə Naziri Hulusi Akar isə Milli Müdafiə Komissiyasının sədri postuna layiq görülüb.
15-06-2023, 13:24
Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyirik - İlham ƏliyevAzərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlət başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır.
15-06-2023, 13:12
Sabiq erməni müavin saxlanıldıErmənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan saxlanılıb. Bu barədə onun vəkili Tiqran Atanesyan "Sputnik Armenia"ya bildirib. Qeyd olunub ki, Aşotyan Ermənistan İstintaq Komitəsinə aparılıb. Məlumata görə, müxalifətçi təhsil naziri olarkən tibb universiteti üçün alış-veriş zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.
Xatırladaq ki, Ermənistan Respublika Partiyasına ölkənin eks-prezidenti Serj Sarkisyan sədrlik edir.
15-06-2023, 13:07
Prezident Azərbaycan-Pakistan münasibətindən danışdıBizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Pakistanın Baş naziri ilə təmaslarının müntəzəm olduğunu və ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Mən minnətdaram ki, cənab Baş nazir mənim səfərimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.
15-06-2023, 12:59
NATO Ukrayna hərbçilərinə F-16 təyyarələrində təlim keçir - Stoltenberq"NATO müttəfiqləri artıq Ukrayna hərbçilərinə F-16 təyyarələrində təlim keçməyə başlayıblar". Bunu hərbi alyansın baş katibi Yens Stoltenberq Ramşteyn formatında keçiriləcək görüşdən əvvəl jurnalistlərlə ünsiyyət zamanı bildirib. O qeyd edib ki, təlimlərin başlanması Ukraynaya təyyarələrin verilməsinə də imkan yaradır.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
15-06-2023, 12:43
Avropada qazın qiyməti 440 dollara çatırAvropada qazın 1000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır. 15 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 437,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (427,8 dollar) ilə müqayisədə 2,4% çoxdur. Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
15-06-2023, 12:37
Yaralanan hərbiçimizin adı açıqlandıBu gün səhər saatlarında Ermənistan ordusunun
təxribatı nəticəsində yaralanan hərbçimizin adı açıqlanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmov erməni təxribatı nəticəsində xəsarət alıb. O, hərbi hospitala yerləşdirilib və hazırda vəziyyəti hazırda stabildir. Qeyd edək ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
15-06-2023, 12:26
Ermənilərin Laçındakı təxribatıyla bağlı cinayət işi açıldıErmənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 15-i saat 8 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb. Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək.
15-06-2023, 12:14
Erməni silahlı qüvvələri Gorus istiqamətində mövqelərimizi atəşə tuturİyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.