10-06-2023, 15:30
Ruslar su altında qalan Xerson əyalətini atəşə tutduRusiya qoşunları "Kaxovka" su elektrik stansiyasının partladılması nəticəsində su altında qalan Xerson vilayətini atəşə tutub. Bu barədə vilayətin hərbi administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri vilayətə artilleriya zərbələri endirib. Zərbələr nəticəsində 52 və 25 yaşlı iki kişi yaralanıb. Yaralanan şəxslərin daşqından əziyyət çəkən sakinlərə kömək edən könüllülər olduğu deyilir.
10-06-2023, 14:23
17 yaşlı gəncin meyiti kanaldan tapıldıYuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdiDövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdiDövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdiDövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 13:50
Hərbiçimiz odlu silahdan atəş nəticəsində həlak olduDövlət Sərhəd Xidmətinin (DSX) 2000-ci il təvəllüdlü müddətdən artıq xidmət keçən hərbçisi (MAXE) Rahil Əhmədov odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisə Qubadlı rayonunda baş verib. Bildirilir ki, hərbçi odlu silahla ehtiyatsız davranıb. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, Rahil Əhmədov Göyçay rayonunun Mallı-Şıxlı kəndində doğulub.
10-06-2023, 13:05
Sabahın hava proqnozuİyunun 11-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Gecə və səhər zəif duman. Mülayim cənub küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
10-06-2023, 12:49
Tokayev bu ilki Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcəkQazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək. Bu barədə "Reuters" agentliyi Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qərarın səbəbləri açıqlanmayıb. Forumda Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək. Forum 14-17 iyun tarixlərində keçiriləcək. Tədbir “Suveren inkişaf ədalətli dünyanın əsasıdır. Gələcək nəsillər naminə gücümüzü birləşdirək” adı altında baş tutacaq. Proqrama 140 tədbir və 1000 məruzəçinin iştirakı daxildir. Vladimir Putinin ənənəvi olaraq iyunun 16-da forumda çıxış edəcəyi gözlənilir.
10-06-2023, 12:36
Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı etiraz etdiAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib. Etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum ediliblər: "Bu dövr ərzində onlar vəkillə təmin olunmamış, müxtəlif işgəncələrə və pis rəftara məruz qalmış və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur. Təəsüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirmişdir. Ermənistan tərəfindən keçirilmiş qondarma "məhkəmə prosesi" nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli "qərar"ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram".
10-06-2023, 11:42
Ankarada yerləşən raket zavodunda partlayış baş verdi - 5 nəfər öldüTürkiyənin paytaxtı Ankarada yerləşən raket zavodunda güclü partlayış baş verib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə MKE raket və partlayıcı zavodunda qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.