9-06-2023, 19:07
Ukrayna əks-hücum əməliyyatına başlayıb - PutinUkrayna ordusu əks-hücum əməliyyatına başlayıb. Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, iyunun 7-si və 8-də aktiv döyüşlər gedib. Putin qeyd edib ki, Ukrayna hərbçiləri heç bir ərazidə uğur qazana bilməyib. “Biz tam şəkildə deyə bilərik ki, Ukraynanın hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir”, - Rusiya lideri bildirib. Putin, həmçinin vurğulayıb ki, gərgin döyüşlər beş gündür davam edir.
9-06-2023, 18:51
Qazaxıstanda güclü meşə yanğınları başladıQazaxıstanın Abay vilayətində güclü meşə yanğınları başlayıb. Bu barədə "KazTag" agentliyi məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınlarda meşə təsərrüfatının 3 işçisi ölüb, daha 11 nəfərin axtarışları davam etdirilir. Yanğın sahəsinin 30 min hektara yaxın olduğu bildirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlinə yanğın bölgəsinə getməyi tapşırıb.
9-06-2023, 18:19
Rəşad Dağlı məhkəməyə ifadə verdiTanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib. Məhkəmədə onun istintaq ifadəsi elan edilib. Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: “Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli “Niva” markalı avtomobilə minərək uzaqlaşdı". Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: “Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu”. “Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb. Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
9-06-2023, 17:27
Cəlilabadın 20 Yanvar küçəsinə asfalt örtüyü çəkildiCəlilabad şəhəri 20 Yanvar küçəsinə asfalt örtüyü çəkilib. Ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb. Vətəndaşların gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması üçün Cəlilabad şəhəri, 20 Yanvar küçəsinin 540 metr hissəsində yüksək keyfiyyətlə həyata keçirilən asfaltlanma işləri görülüb.
9-06-2023, 17:17
İslandiya Moskvadakı səfirliyini bağlamaq qərarına gəldiİslandiya Xarici İşlər Nazirliyi avqustun 1-dən ölkənin Moskvadakı səfirliyinin işini dayandırmaq qərarına gəlib. Rəsmi Reykyavik Moskvadan da analoji addım atmasını tələb edib. Rusiya səfiri qərarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. İslandiya həmçinin Rusiyadan Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 11-ci maddəsinə uyğun olaraq Reykyavikdəki səfirliyinin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik nümayəndəliyin səviyyəsini azaltmağı tələb edib. "Bu, asan qərar deyil, çünki 1944-cü ildə müstəqillik əldə etdiyimizdən bəri İslandiyanın Rusiya xalqı ilə zəngin əlaqələri var. Lakin indiki vəziyyət sadəcə olaraq İslandiyanın kiçik diplomatik xidmətinin Rusiyada səfirliyinin olmasına imkan vermir. İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətini dayandırmaq qərarı diplomatik münasibətlərin kəsilməsi demək deyil. Şərtlər imkan verən kimi İslandiya Moskvada İslandiya səfirliyinin yenidən açılmasına üstünlük verəcək", - məlumatda qeyd olunub.
9-06-2023, 17:03
“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları artırıldı“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb. Artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub. Qərar metroda çalışan 5000-ə yaxın əməkdaşın hamısına şamil edilib. Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.
9-06-2023, 16:44
XİN başçısı Klaarla görüşdü9 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. Qarşı tərəf Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
9-06-2023, 16:35
Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olunduOrxan Fikrətoğlu Kino Agentliyinin müşaviri təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, O.Fikrətoğlu bundan öncə Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
9-06-2023, 16:00
Hər şey plan üzrə gedir və hər şey sabitdir - PutinRusiya taktiki nüvə silahlarının Belarusa təhvil verilməsinə iyulun 7-8-dən sonra, yəni onlar üçün qurğuların tikintisi başa çatdıqdan sonra başlanacaq. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib. “Bildiyiniz kimi, iyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatacaq və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq. Hər şey plan üzrə gedir və hər şey sabitdir", - deyə Putin bildirib.
9-06-2023, 15:51
Polşa, Almaniya və Fransa prezidentləri bu məqsədlə bağlı görüşəcəkPolşa prezidenti Anjey Duda və Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronla görüşəcəklər. Bu barədə "Politico" nəşri yazıb. Görüş iyunun 12-də Fransanın paytaxtı Paris şəhərində baş tutacaq. Məlumata görə, görüş zamanı tərəflər Ukraynanın NATO-ya daxil olması imkanlarını, eləcə də Kiyevin ala biləcəyi təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.