28-06-2023, 10:19
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Paylaşımda deyilir: "Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Allah bütün qurbanları qəbul etsin!".
28-06-2023, 10:03
4 erməni təxribatçı məhv edildiQarabağda qeyri-qanuni erməni silahlı dəstəsinin 4 üzvü məhv edilib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusu separatçı dəstələrin mövqelərinə cavab zərbələri endirib. Nəticədə 4 təxribatçı məhv edilib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
27-06-2023, 22:45
ABŞ üçtərəfli görüşlə bağlı münasibətini bildirdiABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərin danışıqlarına vasitəçilik etməkdən məmnundur. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mety Miller deyib. O qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken bu gün səhər hər iki ölkənin xarici işlər naziləri ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib. Blinken görüşlər zamanı vurğulayıb ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir. "ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından təsirlənib. Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam edəcəyik. Bu gün görüşün ilk günü idi və müzakirələr 29-dək davam edəcək", - Miller vurğulayıb.
27-06-2023, 20:57
Ermənilər Ağdam istiqamətində mövqelərimizi atəşə tutdu - Hərbiçimiz yaralandıİyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
27-06-2023, 20:10
Ceyhun Bayramov Blinkenlə bir sıra məsələləri müzakirə etdiAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinken ilə görüşündə qarşı tərəfi Ermənistan tərəfinin sülh prosesinə mane olma cəhdləri, bir sıra təhrikçi addımları barədə məlumatlandırıb. Bu barədə XİN-dən bildirilib. Tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər. Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib. İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub.
27-06-2023, 18:50
Blinkenin iştirakıyla Azərbaycan və Ermənistan arasında danışıqlar başladıABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb. Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.
Qeyd edək ki, A.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
27-06-2023, 18:44
Ukraynada karantin rejimi ləğv edilirİyulun 1-də Ukraynada COVID-19 pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejimi ləğv ediləcək. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. "İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejiminə son veririk, - o deyib. Baş nazir bildirib ki, COVID-19 ukraynalılar üçün çətin sınaq olub: Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib", - Şmıqal qeyd edib.
27-06-2023, 18:26
Bakıda ağaclıq sahədə yanğın baş veribBakıda ağaclıq sahə yanır. Bu barədə FHN-dən bildirilib. Belə ki, “112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 308 saylı orta məktəbin ərazisində ağaclıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinın müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
27-06-2023, 18:15
Lukaşenko Priqojinin Belarusda olduğunu təsdiq etdiAleksandr Lukaşenko “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiq edib. Bu barədə o, mətbuat konfransı zamanı məlumat verib. O, Priqojinin dəqiq yerini açıqlamayıb, amma Belarusda olduğunu bildirib. Qeyd edək ki, dünən Priqojin Minskdə yerləşən hotellərdən birində görünüb.
27-06-2023, 18:03
XİN Başçısı Blinkenlə görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter”də məlumat yayıb.