Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
28-06-2023, 16:16
Ərdoğan alman həmkarıyla Rusiyadakı vəziyyətdən danışdı


Ərdoğan alman həmkarıyla Rusiyadakı vəziyyətdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı regional və qlobal məsələlər, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib və bu sahələrdə əməkdaşlığın artırılmasının zəruriliyi vurğulanıb. Liderlər Rusiyadakı vəziyyəti və İsveçin NATO-ya üzvlüyü məsələlərini də müzakirə edib.
28-06-2023, 15:43
İlham Əliyevlə Ərdoğan arasında təbrik dialoqu


İlham Əliyevlə Ərdoğan arasında təbrik dialoqu

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
28-06-2023, 15:30
XİN: “Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır”


XİN: “Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır”

“Baş nazir Nikol Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır. Silahlı Qüvvələr Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi əməliyyata qarşı yalnız cavab tədbirləri görüb. Regionda sabitliyi pozan əsas amil Ermənistan silahlı qüvvələridir”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib. “Beynəlxalq hüquqa və Üçtərəfli bəyanatın öhdəliklərinə zidd olan erməni qüvvələri Azərbaycandan tam olaraq geri çəkilməyib. Bu qeyri-qanuni qüvvələr ətraf rayonlarda yaşayan və öz evlərinə qayıdan azərbaycanlıları təhdid etməklə yanaşı, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmətlə yanaşmalıdır”, - deyə o qeyd edib.
28-06-2023, 15:09
Polşa prezidenti Ukraynaya səfər etdi


Polşa prezidenti Ukraynaya səfər etdi

Polşa prezidenti Anjdej Duda Kiyevə səfərə gəlib. Bu barədə Polşa Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Duda ukraynalı həmkarı Zelenski ilə danışıqlar aparacaq. Görüş zamanı cəbhədəki mövcud vəziyyət, xüsusən Zaporojye AES-dəki təhlükə ilə bağlı məsləhətləşmələr aparılacaq. Liderlər NATO-nun iyul sammitinə hazırlığı da müzakirə edəcək.
Xatırladaq ki, bu gün Litva prezidenti Gitanas Nauseda da Ukraynaya səfər edib.
28-06-2023, 14:54
Paşinyan Ərdoğanla telefonda danışdı


Paşinyan Ərdoğanla telefonda danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Paşinyan və Ərdoğan Qurban və Vardavar bayramları münasibətilə bir-birini təbrik ediblər. Liderlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. Diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrasının gedişi barədə fikir mübadiləsi aparılıb.
28-06-2023, 14:36
Laçın yolu vasitəsi ilə təxliyə olunan ermənilərin sayı açıqlandı


Laçın yolu vasitəsi ilə təxliyə olunan ermənilərin sayı açıqlandı

2022-ci ilin dekabr ayından bəri Laçın yolu vasitəsi ilə təxliyə olunan ermənilərin sayı açıqlanıb. Bu barədə sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Bildirilir ki, "Qırmızı Xaç" ötən ilin sonundan bəri 520-dən çox erməni pasientə kömək edib. "Eyni zamanda 600-ə yaxın insanın ailələri ilə qovuşmasına dəstək verilib, tibb müəssisələri üçün uşaq qidaları, ərzaq bağlamaları və dərman ləvazimatları da çatdırılıb", - açıqlamada qeyd olunur.
28-06-2023, 12:43
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
28-06-2023, 11:32
"Qarabağ" tankeri istismara verildi


"Qarabağ" tankeri istismara verildi

Azərbaycanda "Aframax" tipli "Qarabağ" tankeri istismara verilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker istismara verilib. ASCO-dan verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb. Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur. Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək. Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi - “Şuşa” gəmisi 15 iyun - Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin - “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. "Prezident İlham Əliyevin birbaşa dəstəyilə alınan bu nəhəng tankerlər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. Gəmilər SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını yerinə yetirəcək", - məlumatda deyilir.
Qeyd olunur ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.
28-06-2023, 10:47
Əsgərimizin yaralanmasıyla bağlı cinayət işi açıldı


Əsgərimizin yaralanmasıyla bağlı cinayət işi açıldı

Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb. Bunu açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub: "Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allahdan hərbçimizə şəfa arzulayırıq".
"Fürsətdən istifadə edib, müqəddəs Qurban bayramı münasibətilə bütün millətimizi təbrik edir, Allahdan kəsdikləri qurbanların qəbul olunmasını diləyirik", - Hərbi Prokurorluğun rəsmisi vurğulayıb.
28-06-2023, 10:33
Əmisini talayan şəxs saxlanıldı


Əmisini talayan şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, adı çəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ümumilikdə zərərçəkənə 490 000 manatdan çox maddi ziyan vurub. Elvin Vəliyev oğurluq yolu ilə əldə etdiyi pulları onlayn mərc oyunlarında uduzub.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!