Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
30-06-2023, 14:00
Vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir


Vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir

"Bir sıra vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya bildirib. "Ermənistan və Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı mövqeləri əlavə iş tələb edir. Söhbət Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, qoşunların çıxarılması və Bakı və Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasından gedir", - deyə Badalyan qeyd edib.
30-06-2023, 13:46
Priqojini öldürmək tapşırılıb - Ukrayna kəşfiyyatı


Priqojini öldürmək tapşırılıb - Ukrayna kəşfiyyatı

“Rusiya təhlükəsizlik orqanlarına “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojini öldürmək tapşırılıb”. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Onun sözlərinə görə, bu, asan məsələ deyil, ona görə də bir az vaxt aparacaq: “Təhlükəsizlik orqanlarının bunu bacarıb-bacarmayacaqları təbii ki, sual altındadır”. K.Budanov bildirib ki, Ukrayna kəşfiyyatı belə bir silahlı qiyamın baş verəcəyindən xəbərdar idi: “Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş hərəkətlər Ukrayna üçün faydalıdır. Lakin proses uzun çəkmədi. Ona görə də qiyamın müharibəyə təsirindən danışmaq olmaz”.
Qeyd edək ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlamış və bundan sonra Rusiyada qiyama başlamışdı. Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
30-06-2023, 13:20
Azərbaycan kikbokçusu yarımfinala çıxdı


Azərbaycan kikbokçusu yarımfinala çıxdı

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib. 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.
30-06-2023, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
30-06-2023, 12:43
Luqansk vilayətinin bəzi məntəqələri işğaldan azad edildi


Luqansk vilayətinin bəzi məntəqələri işğaldan azad edildi

Ukrayna ordusu Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib. 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib. Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.
Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.
30-06-2023, 12:19
Bakıda lift qırıldı, 6 nəfər ağır xəsarət aldı


Bakıda lift qırıldı, 6 nəfər ağır xəsarət aldı

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib. Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb. Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır. TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib.
Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
30-06-2023, 11:29
Ruslar Zaporojye Atom Elektrik Stansiyasını tərk edir.


Ruslar Zaporojye Atom Elektrik Stansiyasını tərk edir

Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir. Obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb: ““Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”. Məlumata görə, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”.
Qeyd edək ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.
30-06-2023, 10:53
Fransada saxlanılan etirazçıların sayı 650 nəfəri ötdü


Fransada saxlanılan etirazçıların sayı 650 nəfəri ötdü

Fransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlar zamanı saxlanılanların sayı 650 nəfəri ötüb. Bunu ölkənin daxili işlər naziri Jerald Darmanen tviter hesabında yazıb. “İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq polis və jandarmlar 667 nəfəri saxlayıblar”, - o bildirib.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.
30-06-2023, 10:34
Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb


Türkiyəyə təbii qaz nəqlimiz 15%-dən çox artıb

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur. Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 22,43 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 733,92 milyon kubmetr təbii qaz idxal edib. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 513,75 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 15,6 % çoxdur. Ümumilikdə isə aprel Türkiyə ümumilikdə 3 milyard 982,20 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,1 % azdır. Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 4-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 722,44 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 8,49 % azdır. Apreldə üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 866,89 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
30-06-2023, 10:21
Danışıqlarda ən çətin məsələlər sona qalıb - Blinken


Danışıqlarda ən çətin məsələlər sona qalıb - Blinken

Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər sona qalıb. Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün nəticələrinə dair mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”, - dövlət katibi qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!