Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
26-06-2023, 17:24
Moskva silahlı üsyana cəhd fonunda KTMT ölkələrindən kömək istəməyib


Moskva silahlı üsyana cəhd fonunda KTMT ölkələrindən kömək istəməyib

Rusiyada ötən günlərdə baş vermiş "Vaqner" üsyanı zamanı rəsmi Moskvanın KTMT üzvü olan müttəfiqlərinə dəstək üçün müraciət edib-etmədiyi məlum olub. Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov məsələyə aydınlıq gətirib. O bildirib ki, Moskva silahlı üsyana cəhd fonunda KTMT ölkələrindən kömək istəməyib.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.
26-06-2023, 16:19
Ağalıda Silahlı Qüvvələr günü qeyd olundu


Ağalıda Silahlı Qüvvələr günü qeyd olundu

Zəngilan rayonunun Ağalı kəndində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olunub. Bu münasibətlə Ağalı kəndinin sakinləri, hərbçilər, bu bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları və şəhid ailələrinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Dövlət Sərhəd Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin tarixi qələbələri minnətdarlıq hissi ilə vurğulanıb, şanlı Ordumuzun şərəfinə şeirlər və musiqilər səsləndirilib. Daha sonra tədbir Azərbaycan Respublikasının tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramı davam edib. Tədbirin sonunda hərbçilərə xatirə hədiyyələri və bayram sovqatları təqdim olunub.


26-06-2023, 15:55
Azərbaycanla razılaşmada 3 fundamental məsələ var - Erməni spiker


Azərbaycanla razılaşmada 3 fundamental məsələ var - Erməni spiker

"Ermənistan üçün Azərbaycanla gələcək razılaşmada 3 fundamental məsələ var". Bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib. "İlk növbədə, ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması üçün əsas götürülən konkret xəritəni düzəltmək lazımdır. Ermənistan üçün ikinci prinsip Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələsi, üçüncüsü isə sazişin həyata keçirilməsi üçün zəmanət institutunun tətbiqi ilə bağlıdır", - o qeyd edib.
26-06-2023, 15:38
Anar Eyvazov yeni vəzifəyə təyin olundu


Anar Eyvazov yeni vəzifəyə təyin olundu

Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb. Bundan əlavə, ona polkovnik rütbəsi verilib.
Qeyd edək ki, Anar Eyvazovdan öncə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. O, 2021-ci ilin sentyabr ayında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib. İndiyədək Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov idarə rəisi vəzifəsini icra edirdi.
26-06-2023, 15:27
Rəisi rusiyalı həmkarına dəstək oldu


Rəisi rusiyalı həmkarına dəstək oldu

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib. Ticarət, enerji və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki şəkildə həyata keçirilməsi vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Cənubi Qafqazda sabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub. Vladimir Putin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Kontaktları davam etdirməklə bağlı razılıq əldə olunub", - qeyd edilib.
26-06-2023, 15:14
Paşinyan İran prezidentiylə telefon danışığı apardı


Paşinyan İran prezidentiylə telefon danışığı apardı

Ermənistanın baş naziri Nikol Paşinyan və İran
prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, söhbət zamanı onlar ikitərəfli münasibətləri və regional vəziyyəti müzakirə ediblər.
26-06-2023, 14:23
Rusiya NATO-nu nüvə silahlarıyla qorxuda bilməyəcək - Stoltenberq


Rusiya NATO-nu nüvə silahlarıyla qorxuda bilməyəcək - Stoltenberq

"Həftəsonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir".
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə danışıb. "Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-06-2023, 14:23
Rusiya NATO-nu nüvə silahlarıyla qorxuda bilməyəcək - Stoltenberq


Rusiya NATO-nu nüvə silahlarıyla qorxuda bilməyəcək - Stoltenberq

"Həftəsonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir".
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə danışıb. "Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-06-2023, 14:10
Avropa Sülh Fondunun vəsaiti artırıldı


Avropa Sülh Fondunun vəsaiti artırıldı

Avropa İttifaqı Şurası Avropa Sülh Fondunun vəsaitinin 3.5 milyard avro artırılmasına razılıq verib. Bu fonddan Avropa İttifaqı Ukraynaya və digər tərəfdaşlara hərbi yardım göndərir. Bildirilib ki, belə bir qərar uzunmüddətli perspektivdə Avropa Sülh Fondunun maliyyə sabitliyini təmin etməklə yanaşı, Aİ-nin böhran və münaqişələrin qarşısını almaq və onlara operativ reaksiya vermək imkanlarını qoruyub saxlayacaq.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-06-2023, 13:52
Sinan Oğandan Azərbaycana təbrik mesajı


Sinan Oğandan Azərbaycana təbrik mesajı

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib. O, bu barədə twitter hesabında yazıb. "Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun", - təbrikdə deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!