Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
11-08-2023, 15:18
6 ay ərzində qaz ixracı 7 faiz yüksəlib


6 ay ərzində qaz ixracı 7 faiz yüksəlib

2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 15,4 milyard kubmetri “Şahdəniz”dən, 0,1 milyard kubmetri “Abşeron”dan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək AÇG-dən 211 milyard kubmetr, “Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin yanvar-iyul ayları üzrə ölkədə 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton təşkil edib.
Hesabat dövründə 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib. 2023-cü ilin 7 ayı üzrə ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
11-08-2023, 15:02
“Nizami” stansiyasında təmir işləri başladı


“Nizami” stansiyasında təmir işləri başladı

Bakı metropoliteninin “Nizami” stansiyasında platformanın tağtavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.
“Bakı Metropoliteni” QSC-dən verilən məllumata görə, stansiyas ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya müntəzəm olaraq nəzarət altında saxlanılır.
Bildirilib ki, hazırda stansiyanın tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub:
“Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.
Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq”.
11-08-2023, 14:41
İranda saxlanılan azərbaycanlı tələbə vəkil tutdu


İranda saxlanılan azərbaycanlı tələbə vəkil tutdu

İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli üçün vəkil tutulub.
Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, hazırda vəkil məhkəmənin qərarlarını gözləyir.
“Bəli, vəkil tutulub. İran azərbaycanlısıdır. Vəkil hakimlə də görüşüb, Fəridlə də. Hələ ki qərarı bilmirik. Məhkəmə qərarı ona məktub şəklində göndərilməlidir. Amma hələ məktub almayıb. Qərar vəkilə məktubla göndəriləcək . İranda son məhkəmə olmadan hakim qərar verə bilir bəzən”, - Fərid Səfərlinin anası qeyd edib.
Dilarə Əsgərova vurğulayıb ki, oğlu ilə iki gün əvvəl telefonla danışıb:
"Təsadüfən ağzından çıxdı, məndən gizlədirmiş, orda təxminən 2-3 ay əvvəl kor bağırsağından əməliyyat olunub. Özü də hökmün nəticəsini gözləyir. Vəkillə danışmışam, işlə tanışdır. Fəridi həmin ittihamla günahlandıracaq heç bir sübut yoxdur. Həmin qızın ifadəsini də oxuyub. O da Fərid haqqında ittihamla əlaqəsi olan heç bir şey yazmayıb Hətta qız da yazıb ki, mən inanmıram. Bizim məqsədimiz ancaq görüşmək olub”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
11-08-2023, 14:37
Heydər Əliyevin dövlət quruculuğu məktəbi


Heydər Əliyevin dövlət quruculuğu məktəbi

Bir ölkənin gəncləri hər zaman öz dövlətindən güc alır. Məlumdur ki, 1997-ci ildən Prezident Heydər Əliyevin sərəncamı ilə hər il 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Gələcək gənclərin əlində olduğu üçün bu addım onların özünəinamını, məsuliyyətini daha da artırır. Bu, Heydər Əliyevin gənclərə göstərdiyi diqqətin nəticəsi idi.
Gənclik Tanrının insanlara bəxş etdiyi bir nemətdir. Elə bir nemət ki, o yalnız hər insana bir dəfə verilir. Biz insan həyatının gəncliyini bir ağaca bənzədə bilərik. Ağac hələ körpə ikən ona nə qədər yaxşı baxılarsa, sağlam böyüdülərsə, bir o qədər gözəl bar verəcək. Bir o qədər gözəl, çoxlu bar verən sağlam budaqları olacaq. Gənclər də belədir. Bu gün ölkəmizdə keçirilən gəncləşmə siyasətinin, onlara göstərilən qayğı və diqqətin nəticəsidir ki, gənclərimizə mədəniyyətdə, siyasətdə, idmanda xüsusi yer verilir. Onlar da öz növbəsində vətənini sevən, dürüst, xeyirli insan kimi formalaşacaqlar. Buna respublikamızda fəaliyyət göstərən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, bölgələrimizdə yeni-yeni açılan Gənclər Mərkəzləri misaldır. Fundamentini Heydər Əliyevin qoyduğu bu uğurlu siyasi addım bir işıq kimi, bir nurlu çıraq kimi gənclərdən gələcək nəsillərə ötürüləcək. Bundan başqa Heydər Əliyev Azərbaycanda mədəniyyətin, iqtisadiyyatın və idmanın inkişafına da xüsusi diqqət yetirirdi. Bunun nəticəsində neçə-neçə Azərbaycan gənci dünya və Avropa çempionatında, olimpiadalarda medallar qazanmış və bayrağımızı bir sıra ölkələrdə dalğalandırmışlar.
Ümummilli lider ömür şamını son nəfəsinə qədər Azərbaycan üçün əritdi. Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər hamıya məlumdur. Tariximizə nəzər salsaq Heydər Əliyev həm Sovet dövründə (1969-1982), həm də müstəqillik dövründə (1993-2003) Azərbaycan Respublikasına rəhbərlik etmişdir. Bundan başqa o 1982-1987-ci illərdə Sovet Sosialist Respublikaları İttifaqının rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasında hakimiyyətə gələn kimi ciddi kadr dəyişiklikləri apardı, ölkədə idarəçilik sistemini möhkəmləndirdi, Sovet hakimiyyəti tarixində ölkənin milli kadr potensialının möhkəmləndirilməsinə diqqəti artırdı, gənclər SSRİ-nin ali təhsil müəssisələrinə göndərildi. Heydər Əliyev Azərbaycanın bir sıra görkəmli incəsənət xadimlərinin dünyaya tanıdılmasında böyük rol oynadı. Sovet Azərbaycanının iqtisadi inkişafı istiqamətində də bir sıra tədbirlər həyata keçirmişdir.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi və Azərbaycan dövlətini parçalanmaqdan qoruyaraq sözün əsl mənasında xalqın xilaskarına çevrildi. Ona görə də biz hər il iyun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Bununla da müstəqil Azərbaycan Respublikasının tarixində bütün sahələrdə növbəti inkişaf dövrü başladı. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycana aid olan hissəsində “Azəri” və “Çıraq” yataqlarının dərinliklərinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın iri neft şirkətləri ilə “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi və siyasi həyatında bu gün də böyük rol oynayır. Əsrin müqaviləsinin iqtisadi əhəmiyyəti çoxşaxəlidir. Belə ki, bu müqavilə ilə Azərbaycanın enerji təhlükəsizliyinin əsası qoyuldu. Xarici investisiyaların cəlb edilməsi üçün yaşıl işıq yandı.
Bütün sahələrdə olduğu kimi aqrar sahədə də sürətli inkişaf gedirdi. 1993-2003-cü illərdə ulu öndər H.Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatları və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun nəhayət reallaşması, o cümlədən torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz olaraq kəndliyə verilməsi və yeni torpaq-əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biridir. İllər sonra azad olunacaq torpaqlarımızda kənd təsərrüfatının inkişafı sanki bu önəmli səhifələrdən güc alırdı. Bunun nəticəsində kəndlilərin əkin-biçinə marağı artdı. Kənd təsərrüfatı müəssisələri sürətlə artmağa başladı. Bu da müstəqilliyimizin ilk illərində kənd təsərrüfatı sahəsinin sağlam təməl üzərində qurulmasına şərait yaratdı. Lakin bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasında kənd təsərrüfatının yüksəldilməsi üçün gördüyü işlərin hamısı haqqında tam təsəvvür yaratmır. Çünki bu onun respublikaya ikinci qayıdışı zamanı gördüyü işlərdir. Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatına göstərdiyi qayğını tam işıqlandırmaq üçün onun 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə də nəzər salmaq lazımdır. Hələ 1969-cu il avqust ayında Kommunist Partiyasının plenumunda H.Əliyev xalq təsərrüfatının başqa sahələrində olduğu kimi kənd təsərrüfatında da yaranmış vəziyyəti dərin təhlil etmiş, onun sürətlə inkişafını təmin edəcək kompleks tədbirlər təklif etmişdir. 1970-ci ilin iyulunda H.Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar Respublikada kənd təsərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Bu qərar həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə yanaşı SSRİ-in iqtisadiyyatının inkişafına da müsbət təsir göstərdi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatında məhsul istehsalı sürətlə artmağa başladı. Həmin illərdə respublikada pambıq istehsalı illik 1 milyon tona, üzüm istehsalı isə illik 1 milyon 600 min tona qədər yüksəldi. Beləliklə Azərbaycan pambıq yığımı üzrə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında 2-ci, üzüm yığımı üzrə isə 1-ci yerdə gedirdi. Bu cəhəti xüsusilə qeyd etmək lazımdır ki, bu dövrə qədər respublikamızda üzüm istehsalı o qədər də çox deyildi. Onu göstərmək kifayətdir ki, 1966-1970-ci illərin hər birində (orta illik məhsul) respublikada cəmi 232 min ton üzüm istehsal edilmişdir. Üzümlüklərin vəziyyəti əkinçilik mədəniyyətinin tələblərinə cavab vermirdi ki, bunun nəticəsində də məhsuldarlıq xeyli aşağı idi. 1971-1975-ci illərdə həm mövcud üzüm bağlarının vəziyyətinin yaxşılaşdırılmasına, həm də yeni üzüm bağlarının salınmasına diqqət artırıldı, üzümçülüyün intensivləşdirilməsi, elm və qabaqcıl təcrübənin nailiyyətlərinə əsasən əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi sahəsində konkret tədbirlər həyata keçirildi. Bütün bunlar 1971-1975-ci illərdə orta illik üzüm istehsalını 466 min tona, hər hektardan məhsuldarlığı 48,2 sentnerə çatdırmağa imkan vermişdi. 1975-ci ildə respublikada üzüm istehsalı 1969-cu ildəki səviyyəni 2,6 dəfə ötüb keçmişdi. 1976-1980-ci illər isə üzümçülüyün inkişafında xüsusilə mühüm mərhələ oldu. 1976-1980-ci illər üzümçülüyün istehsalında mühüm mərhələ olmuşdur. Kənd təsərrüfatının bir hissəsi olan üzümçülük ölkənin iqtisadi həyatında da mühüm rol oynayır. Azərbaycanda üzümçülük yüksək inkişaf mərhələsini Heydər Əliyevin rəhbərliyi dövründə keçmişdir.
Heydər Əliyevin qayğısı nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında iri sənaye, kənd təsərrüfatı, sosial obyektlər tikilərək istifadəyə verilmiş, əhalinin maddi rifah halında, mədəni təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində çox mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdi. Uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində sovxoz və kolxozların torpaqları və əmlakı kənd əhalisinə paylanmaqla keçən əsrin sonlarında kənd yerlərində müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatlar yaranaraq fəaliyyət göstərməyə başladılar. Lakin ümummilli lider çox yaxşı bilirdi ki, yalnız torpaqları və əmlakı xüsusi mülkiyyətə verməklə ölkədə bazar münasibətlərini formalaşdırmaq və kənd təsərrüfatında lazımi nəticələr əldə etmək mümkün deyil. Bunun üçün aqrar islahatların dərinləşdirilməsinə və kənd yerlərində yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə dövlət himayəsinə böyük ehtiyac var. Odur ki, ulu öndər Heydər Əliyev 22 mart 1999-cu il tarixdə "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərman imzaladı. Fərmana uyğun olaraq Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana əsasən təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən bu güzəştlər digər MDB ölkələrində nəinki həmin dövrlərdə, heç hazırda da tətbiq edilmir. Məhz bu da ulu öndər Heydər Əliyevin kənd təsərrüfatına və onun sahələrinə xüsusi diqqətinin nəticəsi idi.
Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır. "Dünyada heç bir çətinlik əbədi deyildir. Tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalmışdır. Ona görə də mən üzümüzə gələn 2001-ci ili ümid, inam ili adlandırardım. Çünki inanıram ki, xalqımız həmişə olduğu kimi, 2001-ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gələcəkdir. Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaqdır."
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 29 dekabr 2000-ci il
Heydər Əliyevin gördüyü işlərin davamçısı kimi İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, müzəffər orduzumun və canlarını vətən uğrunda fəda edən Şəhidlərimizin sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Azərbaycan gəncləri də kökü sağlam ağaclar kimi Qarabağ torpağında hər bir sahə ilə yanaşı aqrar sahədə də öz fəallıqlarını göstərəcəklər. İşğaldan azad olunan Qarabağ torpaqlarımızda yetişən kənd təsərrüfatı məhsulları isə keyfiyyətinə görə dünyaya səs salacaq.

Aytac MÜBARİZQIZI (BABAYEVA)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ekologiya ixtisasının IV kurs tələbəsi


11-08-2023, 13:50
Paşinyanın üzv olduğu partiya namizədliyini irəli sürdü


Paşinyanın üzv olduğu partiya namizədliyini irəli sürdü

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası İrəvanın bələdiyyə məclisinə keçirilən seçkilərdə iştirak edəcək namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Məlumat "Sputnik Armenia"ya MSK tərəfindən təsdiqlənib.
İlk sırada merliyə namizəd, hazırda mer müavini olan Tiqran Avinyan, ikinci sırada isə sabiq fövqəladə hallar naziri Armen Pambuxçyan yer alıb.
Qanuna görə üçüncü sırada qadın olmalıdır - bu, Nuard Vardanyandır. Daha sonra isə İrəvan meri vəzifəsini icra etmiş Levon Hovhannisyan və onun müavini Suren Qriqoryanın adları gəlir.
11-08-2023, 13:37
Qazaxıstan prezidenti ATƏT sədrini qəbul etdi


Qazaxıstan prezidenti ATƏT sədrini qəbul etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani qəbul edib.
Bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
"Sizin səfəriniz bizim üçün çox önəmlidir və mən bu təşkilatın etibarlı üzvü olan dövlət kimi ATƏT-ə sadiqliyimizi vurğulamaq istərdim. Təəssüf ki, təşkilatda mövcud olan fikir ayrılıqlarına baxmayaraq, ATƏT əvəzolunmazdır və biz onun potensialını qorumaq üçün səy göstərməliyik. 2025-ci ildə Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edərkən, ATƏT-in dialoq üçün unikal platforma rolunu davam etdirməsini təmin etmək həyati əhəmiyyət kəsb edir. ATƏT ilə güclü tərəfdaşlığımız ATƏT-in 2010-cu il Sammitinin Astana Bəyannaməsində təsbit olunmuş təhlükəsiz icmanın qurulmasına dair ümumi baxışa əsaslanır", - Tokayev deyib.
Dövlət başçısı Qazaxıstan və Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi perspektivlərinə ayrıca toxunub: "İkitərəfli əməkdaşlıq çərçivəsində bizim heç bir problemimiz yoxdur. Biz əməkdaşlığın genişləndirilməsində kifayət qədər mühüm nəticələr əldə etmişik.Ölkəniz Qazaxıstanın Avropada çox mühüm tərəfdaşı kimi qəbul edilir və biz Skopyedə səfirliyimizi açmaq qərarına gəldik".
Buyar Osmani ATƏT-in Qazaxıstan və Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Onun sözlərinə görə, ATƏT-in 2010-cu ildə Astanada keçirilən Sammiti təşkilatın əsas fəaliyyət istiqamətlərinin dəstəklənməsində Qazaxıstanın fəal rolunu sübut edib. Nazir bildirib ki, Qazaxıstanın həm regional, həm də regionlararası əməkdaşlıqda əsas rolu qeyd olunmalıdır.
Görüşün sonunda Tokayev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə ən xoş arzularını çatdırıb və onu Qazaxıstana səfərə dəvət edib.
11-08-2023, 12:54
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.
11-08-2023, 12:31
Ukraynaya humanitar yardım paketinin həcmi artırılıb - Səfir


Ukraynaya humanitar yardım paketinin həcmi artırılıb - Səfir

Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə "RBC Ukraine" məlumat yayıb.
Danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub. Səfir Ukraynaya humanitar yardım paketinin həcminin artırıldığını açıqlayıb.
Azərbaycanın göstərdiyi humanitar yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev, öz növbəsində qeyd edib ki, Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında Sərəncam imzalayıb. Artıq müvafiq avadanlıqlar hazırlanır və maddi-texniki təchizat işlənir. Yaxın vaxtlarda Ukrayna Azərbaycandan generator və transformatorlar alacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək.
Onun sözlərinə görə, söhbət Azərbaycanın Ukraynaya kömək etməyə hazır olduğu 4 əməkdaşlıq sahəsindən gedir. Zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektorunda yardım və Ukraynanın müharibədən sonrakı bərpası nəzərdə tutulub.
"Əməkdaşlığımız üçün İrpen şəhərini seçmişik, şəhərin infrastrukturunun bərpasından danışırıq. Layihənin konsepsiyası memarlıq mərkəzinin, idman kompleksinin bərpasını, uşaqlar üçün yeni incəsənət mərkəzinin inşasını, xəstəxananın tibbi ləvazimatlarla təminatını əhatə edir”, - səfir bildirib.
11-08-2023, 10:44
Ukrayna hərbçilərinin daha ​​çox köməyə ehtiyacı var - Duda


Ukrayna hərbçilərinin daha ​​çox köməyə ehtiyacı var - Duda

Polşa prezidenti Anjey Duda Ukraynanın uğurlu əks-hücumuna skeptik yanaşır.
Duda bu barədə “The Washington Post” qəzetinə müsahibəsində danışıb.
O deyib ki, Ukrayna cəbhədə qüvvələr balansını dəyişdirmək üçün kifayət qədər silaha malik deyil. Prezidentin fikrincə, indi Kiyev “həlledici əks-hücum” keçirəcək vəziyyətdə deyil. Duda hesab edir ki, Ukrayna hərbçilərinin daha ​​çox köməyə ehtiyacı var.
“Sual olunur: Ukraynanın müharibədə qüvvələr balansını dəyişmək və qalib gəlmək üçün kifayət qədər silahı varmı? Cavab yəqin ki, yox olacaq. Onların kifayət qədər silahları yoxdur. Biz bunu oradan bilirik ki, onlar hazırda Rusiya hərbçilərinə qarşı çox qətiyyətli əks-hücum keçirə bilmirlər”, - o bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
11-08-2023, 10:28
Ukrayna Qərb ölkələriylə birlikdə olsa belə, Rusiyanı məğlub edə bilməyəcək - Vuçiç


Ukrayna Qərb ölkələriylə birlikdə olsa belə, Rusiyanı məğlub edə bilməyəcək - Vuçiç

"Ukraynaya kömək edən Qərb ölkələri birlikdə olsa belə, Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcəklər".
İddianı Serbiya prezidenti Aleksandar Vuçiç səsləndirib.
Eyni zamanda o, Rusiyanın qalib gələ biləcəyinə əmin deyil, ona görə də ən yaxşı variantın “mümkün qədər tez barışıq əldə etmək” olduğunu hesab edir.
“Qərb bütün gücü ilə də döyüş meydanında Rusiyanı məğlub edə bilməyəcək. Lakin mən Rusiyanın döyüş meydanında nəyəsə nail ola biləcəyinə də əmin deyiləm və ona da əmin deyiləm ki, Moskva siyasi cəhətdən nəsə əldə edə bilər”, - Vuçiç əminliyini ifadə edib.
Onun fikrincə, Ukraynadakı hərbi münaqişə “dağılma” mərhələsinə qədəm qoyub. Bu baxımdan, Serbiya hakimiyyəti ABŞ-ın maraqlarına cavab verəcək və dünya iqtisadiyyatının sabitləşməsinə kömək edəcək atəşkəsə ümid edir.
Aleksandr Vuçiç Ukraynaya görə ölkəsinə xarici təzyiqlərin artmasından şikayətlənib. O, Rusiyaya qarşı sanksiyaları təsirsiz hesab etdiyi üçün bundan imtina edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!