Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
20-09-2023, 15:48
Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi - İlham Əliyev


Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi - İlham Əliyev

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qısa müddətdə - cəmi bir sutkadan da az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi və etdi də: “Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını misli ilə aldı”.
“Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərksilah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü”, - Milli Məclisin deputatı bildirib.
“Bu arada mən bir məsələyə də toxunmaq istərdim. Bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur”, - AHİK sədri əlavə edib
20-09-2023, 15:43
Güney Azərbaycanlı fəal saxlanıldı


Güney Azərbaycanlı fəal saxlanıldı

Dünən axşam İranın təhlükəsizlik qüvvələri Zəncan şəhərində yaşayan milli və vətəndaş cəmiyyəti fəalı Fərhad Hüseynini həbs edərək naməlum yerə aparıblar. Bununla bağlı onun yaxınları məlumat veriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.
Milli fəala məxsus sosial media hesabları bağlanıb, onun nədə ittiham olunduğu haqqında məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib. Aidiyyəti hökumət orqanları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir.
20-09-2023, 15:34
İrəvanda etiraz - Paşinyanın istefa etməsi tələb olundu


İrəvanda etiraz - Paşinyanın istefa etməsi tələb olundu

Ermənistanın paytaxtı İrəvanın mərkəzində Nazirlər Kabinetinin binası yaxınlığında onlarla etirazçı toplaşmağa başlayıb.
Bu barədə TASS məlumat yayıb.
Toplananlar hökumət əleyhinə şüarlar səsləndirərək baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Hökumət binası xüsusi təyinatlı polis qüvvələrinin gücləndirilmiş kordonu ilə əhatə olunub.



20-09-2023, 15:26
İranın müdafiə naziri Şoyqu ilə Cənubi Qafqazı müzakirə etdi


İranın müdafiə naziri Şoyqu ilə Cənubi Qafqazı müzakirə etdi

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda səfərdə olan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Aştiani bildirib ki, Qafqaz regionu ölkələrinin ərazi bütövlüyünün qorunması İran üçün “qırmızı xətlər”dən biridir.
O, həmçinin Rusiya Federasiyası ilə, o cümlədən Yaxın Şərqdə terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirib. İran Müdafiə Nazirliyinin başçısı əmin olduğunu bildirib ki, iki dövlət arasında hərbi və müdafiə sahəsində qarşılıqlı fəaliyyət zaman keçdikcə inkişaf edəcək, çünki bu, tərəflərin maraqlarına tam cavab verir.
20-09-2023, 15:10
İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina etdi


İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina etdi

İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina edib.
İsveçin Ali Məhkəməsi adı açıqlanmayan terrorçu haqqında həbs cəzası çıxarıb.
Həbs müddəti başa çatdıqdan sonra onun Türkiyəyə ekstradisiyası nəzərdə tutulurdu. Lakin Stokholm bu şərti yerinə yetirməkdən imtina edib.
Bununla belə, İsveçdə PKK/YPG üçün xərac toplayan şəxs barədə ilk dəfə idi ki, həbs cəzası çıxarılıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.
20-09-2023, 15:05
“TikTok”a giriş bərpa olundu


“TikTok”a giriş bərpa olundu

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.
Sosial şəbəkəyə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Xatırladaq ki, ötən gün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. "19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır", - məlumatda deyilir.
20-09-2023, 05:37
“Hədəf 12” atıcılıq turniri keçirilib


“Hədəf 12” atıcılıq turniri keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakı Atıcılıq Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib. Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq ikinci ildir ki, həyata keçirilən turnirin təşkil olunmasında əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.
Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Zəfər” komandası qalib elan olunub, “Murov” və “Canavarlar” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.
Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində gənclərdə maraq doğuran müxtəlif fəaliyyətlər – intellektual oyunlar, görüşlər, turnirlər və ekskursiyalar davamlı olaraq təşkil olunur. Bu kimi fəaliyyətlərin il sonuna kimi davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.









����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!