Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-09-2023, 05:37
“Hədəf 12” atıcılıq turniri keçirilib


“Hədəf 12” atıcılıq turniri keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakı Atıcılıq Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib. Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq ikinci ildir ki, həyata keçirilən turnirin təşkil olunmasında əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.
Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Zəfər” komandası qalib elan olunub, “Murov” və “Canavarlar” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.
Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində gənclərdə maraq doğuran müxtəlif fəaliyyətlər – intellektual oyunlar, görüşlər, turnirlər və ekskursiyalar davamlı olaraq təşkil olunur. Bu kimi fəaliyyətlərin il sonuna kimi davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.









19-09-2023, 21:58
Füzulidə şəhid olan polis əməkdaşlarla bağlı yeni məlumat var


Füzulidə şəhid olan polis əməkdaşlarla bağlı yeni məlumat var

Bu gün Füzulidə baş verən qəzada həlak olduğu bildirilən polis əməkdaşı Həsənov Elşən Mehman oğlunun sağ olduğu müəyyənləşib.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.
19-09-2023, 21:49
BMT Qarabağdakı vəziyyətlə bağlı iclas təyin etdi


BMT Qarabağdakı vəziyyətlə bağlı iclas təyin etdi

BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı iclas təyin edib.
Bu barədə "Kommersant" qəzeti yazıb.
Bildirilir ki, iclas sentyabrın 21-də keçiriləcək.
19-09-2023, 21:38
Abdullahian Nyu-Yorkda erməni həmkarıyla görüşdü


Abdullahian Nyu-Yorkda erməni həmkarıyla görüşdü

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Nyu-Yorkda erməni həmkarı Ararat Mirzoyan ilə görüşüb.
Bu barədə erməni mətbuatı yazıb.
Tərəflər ikitərəfli və regional məsələləri o cümlədən Qarabagdakı vəziyyəti müzakirə ediblər.
19-09-2023, 21:36
YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB


YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

''KƏLAĞAYI ƏLVAN QIYQACI'' LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin (İB) 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb. "Kəlağayı əlvan qıyqacı'' adlı şeirlər kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tərəfindən uzun illərdi araşdırılaraq toplanıb.
Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayını vəsf edən şeirlər kitabında 76 müəllifin kəlağayıya aid şeirləri toplanmış, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağını əks etdirən məqalə və şəkillər toplanaraq oxucuların ixtiyarına verilmişdir.
"Kəlağayı əlvan qıyqacı'' kitabı kəlağayıya aid ilk şeirlər kitabı olaraq, gənc nəsilə bir töhfə, bir sevincdir. Kitabın redaktoru Vüsal Sehranoğlu, layihə rəhbəri Güllü Eldar Tomarlıdır. Üz qabığındakı ''Kəlağayı əlvan qıyqacı'' rəsm əsərinin müəllifi rəssam Gülnarə Məmmədlinin, "Heratı" kəlağayı isə Basqallı kəlağayı ustası Abbasəli Talıbovundur.
Kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib. Kitabın adı aşıq sənətinin görkəmli nümayəndəsi, zirvəsi olan Dədə Ələsgərin şeirindən götürülüb.
#mirvariddilbazipoeziyaməclisi
19-09-2023, 20:55
Qərbi Azərbaycan İcması bəyanat yayıb


Qərbi Azərbaycan İcması bəyanat yayıb

Erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır.
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 2023-cü il sentyabrın 19-da erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla, altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir.
Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməmiş və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərinə başlayıb.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq.”
19-09-2023, 16:47
Azərbaycanda yeni seçki dairələri yaradılır


Azərbaycanda yeni seçki dairələri yaradılır

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
İclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib.
O deyib ki, iclasın gündəliyinə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair məsələ daxil edilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır: “Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. MSK seçki dairələrinin hüdudlarının müəyyənləşdirilməsi üçün ekspertlərdən ibarət müvafiq komissiya yaradılıb. Orta təmsilçilik norması nəzərə alınaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiqlənməsi təklif olunub. Seçki dairələrinin yaradılması və qrafik təsvirinin yenidən müəyyənləşdirilməsi zamanı bələdiyyələrin bölünməməsi kimi bir sıra məqamlar nəzərə alınmalıdır. Çalışmışıq ki, dairələr üzrə seçicilərin orta təmsilçiliyi bir-birinə yaxın olsun. Dairələr yenidən formalaşdırılarkən aktiv və passiv seçki hüququndan istifadənin daha optimal olması diqqət mərkəzində olub”.
Rövzət Qasımov sonra MSK-nın seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair qərar layihəsini təqdim edib. Qeyd edilib ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsas yaranıb: “Bununla əlaqədar qərara alınır ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin, seçki dairələrinin yeni siyahısı dərc olunsun”.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
MSK sədri qeyd edib ki, növbəti mərhələdə dairə seçki komissiyaları yenidən formalaşdırılacaq: “Biz çalışmışıq ki, mümkün qədər dairələrin sayı və sıra sayı ardıcıllığı dəyişməsin. Ancaq bəzi dairələrin sıra sayı fərqli olduğu üçün həmin dairələrdə seçki komissiyaları yenidən formalaşdırılacaq. Bəzi dairələrin adı başqa cür təsdiq ediləcək, bəzi dairələrin adı və sırası da dəyişib. Ümumilikdə, əksər seçki dairələrin adı və sıra sayı dəyişməyəcək. Növbəti iclasımız DSK üzvlərinin təyin edilməsi ilə bağlı olacaq. Adı və sıra nömrəsi dəyişməyən dairələrin seçki komissiyalarının tərkibi olduğu kimi təsdiqlənəcək. Sıra sayı və adı dəyişən seçki dairələrinin komissiyalarının tərkibi isə yenidən formalaşacaq”.
Məzahir Pənahov onu da nəzərə çatdırıb ki, seçicilərin orta təmsilçilik norması 41 mindən 50 minə qədər artığı üçün seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə ehtiyac yaranıb.
MSK sədri bildirib ki, əsasən Bakı, Sumqayıt və Abşeronda seçici sayı çox olduğundan yeni seçki dairələri formalaşdırılır.
Qeyd edək ki, seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişmir. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi olacaq.
19-09-2023, 16:30
Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmaqdadır - Bahçeli


Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmaqdadır - Bahçeli

"Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını və ATƏT-in prinsiplərini pozmaqdadır".
Bunu MHP sədri Devlet Bahçeli deyib.
"Qarabağ türkün yurdudur. Ermənistan ağlını başına almalı, odla oynamaqdan vaz keçməlidir. Qarabağ qaranlığa çəkilməyəcək! Azadlıq türk yurdlarının əbədi taleyidir!", - o əlavə edib.
19-09-2023, 16:22
Ordumuzdan seperatçılara çağırış


Ordumuzdan seperatçılara çağırış

Antiterror tədbirləri ilə bağlı Azərbaycan Ordusu Qarabağın erməni sakinləri ilə yanaşı silahlılara da müraciət ünvanlayıb.
Müraciət Azərbaycan və erməni dillərində yayımlanıb.
Müraciətdə separatçıların təslim olmasına çağırış edilir, əks təqdirdə məhv ediləcəyi bildirilir.
19-09-2023, 16:05
“TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edildi


“TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edildi

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb:
"19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır".
Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!