Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-09-2023, 16:14
Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərindən danışdı


Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.
Şarl Mişel bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi", - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
10-09-2023, 16:05
Xəzərdə dalğaların hündürlüyü yüksəldi


Xəzərdə dalğaların hündürlüyü yüksəldi

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 10-u saat 14:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaltan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.
Xidmətdən verilən xəbərə görə, şimal-qərb küləyi arabir Mingəçevirdə 30 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Beyləqan, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18 m/s, Kürdəmirdə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.0 metrə çatıb.
10-09-2023, 15:46
Hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası başa çatdı


Hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası başa çatdı

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın ölkəmizdə keçirilən 3-cü iclası başa çatıb.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.
İclasın yekun çıxışında son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Birgə Komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.
Sonda iclasın yekun protokolu imzalanıb.


10-09-2023, 15:31
Goranboyda yarımstansiyada yanğın baş verdi


Goranboyda yarımstansiyada yanğın baş verdi

Goranboy rayonunun Dəliməmmədli şəhərində yarımstansiyanın ərazisində gücü 40 kVt olan transformatorun yağı və sarğıları, 68 p.m yeraltı kabel, ümumi sahəsi 600 m² olan birmərtəbəli yarımstansiyanın zirzəmisində şkaflara yığılan elektrik kabelləri 1500 p.m, 1-ci mərtəbədə hər birinin sahəsi 35 m² olan 2 otaqda 6 ədəd gücü 10 kVt olan reaktor, ümumi sahəsi 140 m² olan otaqda quraşdırılan 30 ədəd elektrik yuvası və 22 ədəd qapalı paylayıcı qurğu yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yüksək temperaturdan ümumi sahəsi 112 m² olan idarəetmə mərkəzinin 5 ədəd idarəetmə paneli, 12 ədəd rele paneli və 1 ədəd kondisioner əriyib.
Yarımstansiyanın içərisində olan qurğular, kabellər və ərazidə olan digər transformatorlar yanğından mühafizə olunub.
10-09-2023, 15:20
Ərdoğan İlham Əliyevlə telefon danışığı apardı


Ərdoğan İlham Əliyevlə telefon danışığı apardı

Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
10-09-2023, 14:18
Dünya Bankı Mərakeşə hərtərəfli yardım göstərəcəyini vəd etdi


Dünya Bankı Mərakeşə hərtərəfli yardım göstərəcəyini vəd etdi

Dünya Bankı dağıdıcı zəlzələdən zərər çəkən Mərakeşə hərtərəfli yardım göstərəcəyini vəd edib.
Bu barədə Dünya Bankının yaydığı bəyanatda bildirilib.
"Biz Krallığa ən yüksək səviyyədə başsağlığı verdik və bu fəlakətlə bağlı ölkəyə hərtərəfli yardım təklif etdik. Bu mərhələdə bizim diqqətimiz yalnız bu faciənin öhdəsindən gəlməyə çalışan Mərakeş xalqına və hakimiyyət orqanlarına yönəlib", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət nəticəsində 2 012 nəfər həlak olub, 2 059 nəfər yaralanıb.
10-09-2023, 13:39
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32-yə çatdı


Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32-yə çatdı

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasındakı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, ölənlərdən daha birinin meyiti Çançaxi çayının yatağında tapılıb. Daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.
10-09-2023, 13:22
Lavrov Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirdi


Lavrov Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirdi

NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa
çalışmasında yaxşı heç nə yoxdur.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.
Lavrov vurğulayıb ki, İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür:
"Rusiya Federasiyası Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir".
10-09-2023, 12:58
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
10-09-2023, 12:46
XİN qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür etdi


XİN qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk", - Ayxan Hacızadə sosial şəbəkə hesabında qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!