20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
9-11-2023, 11:52
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi


Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 9 Noyabr - Bayraq Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
"Qoy qəlbimiz hər zaman Vətənimizə, bayrağımıza və xalqımıza görə qürur hissi ilə dolsun!".

9-11-2023, 11:27
İlham Əliyev Pakistanın Baş naziriylə görüşdü


İlham Əliyev Pakistanın Baş naziriylə görüşdü[/size]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib. Həmçinin enerji və nəqliyyat bağlantıları sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İmtiyazlı ticarət münasibətlərinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin artırılmasına müsbət təsir göstərəcəyi qeyd edilib. İnformasiya-kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığın, iki ölkənin şəhərləri arasında bu yaxınlarda birbaşa hava əlaqəsinin yaradılmasının müsbət addım olduğu bildirilib, bunun turizm sahəsində əməkdaşlığa və insanlar arasındakı təmaslara müsbət təsir göstərəcəyi vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı dünyada islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edilib.
9-11-2023, 11:24
Rusiya Prezidenti Astanaya rəsmi səfər etdi


Rusiya Prezidenti Astanaya rəsmi səfər etdi

Rusiya prezidenti Vladimir Putin bu gün Qazaxıstanın paytaxtı Astanaya rəsmi səfər edib.
Bu barədə Rusiya liderinin mətbuat xidmətinin məlumatında bildirilib.
Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq və onunla regionlararası əməkdaşlıq forumunda iştirak edəcək.
Putin Astanaya Rusiya prezidentini şəxsən qarşılayan Qazaxıstan liderinin dəvəti ilə gəlib.
Kremlin sözçüsü Dmitri Peskovun dediyi kimi, danışıqlar zamanı tərəflər qarşılıqlı sərmayələr və müxtəlif sahələrdə əməkdaşlıq da daxil olmaqla, münasibətlərin bütün spektri üzrə “saatları sinxronizasiya etməyi” planlaşdırırlar.
Bundan əlavə, prezidentlər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Görüşdə həmçinin Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Rusiya liderinin mətbuat xidmətinin məlumatına görə, Putin və Tokayev əvvəlcə məhdud tərkibdə danışıq aparacaq, sonra “ətraflı Rusiya-Qazaxıstan danışıqları” davam edəcək. İclasdan sonra sənədlər imzalanacaq, prezidentlər media üçün birgə bəyanatla çıxış edəcəklər. Rusiyalı qonağın şərəfinə Qazaxıstan prezidenti adından rəsmi qəbul da nəzərdə tutulub.
Bundan əlavə, Putin və Tokayev Kostanayda keçiriləcək Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında videobağlantı vasitəsilə iştirak edəcəklər. Bu forumun mövzusu “Kənd təsərrüfatı güclü iqtisadiyyatın əsasıdır” adlanır.
9-11-2023, 10:14
İlham Əliyev Dövlət Bayrağı Günüylə bağlı paylaşım etdi


İlham Əliyev Dövlət Bayrağı Günüylə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az Prezidentin paylaşımını təqdim edir:

9-11-2023, 08:33
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

Çoxəsrlik tariximizin ən şanlı və qürurlu səhifələrindən olan 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən işğaldan azad olunmuş və yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində Zəfər Gününə həsr olunmuş tədbir, şəhid övladları üçün master-klasslar, “Qarabağa qayıdış və dirçəliş” mövzusunda gənclərin iştirakı ilə müzakirələr, Vətən müharibəsində iştirak edən döyüşçü şairlərlə “Mən Vətənəm” adlı görüş, Hərbi Qənimətlər Parkına ekskursiya, “Müharibə Fotoqrafiyası” mövzusunda görüş, Birinci Fəxri xiyaban və İkinci Şəhidlər xiyabanına ziyarət təşkil olunub.
Tədbirlər planına əsasən Qarabağ gənclərinin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Kod Qarabağ” məntiqi-intellektual komanda oyunu keçirilib. İntellektual oyunun keçirilməsində əsas məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Ağalı kəndində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub. 60 nəfər yeniyetmə və gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar mükafatlandırılıb.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində Vətən müharibəsi qaziləri və tələbə gənclərin iştirakı ilə görüş keçirilib. Görüşdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlər planına uyğun olaraq şəhid övladları üçün keçirilən master-klasslar zamanı uşaqlar fincan, kətan çanta və kağızlar üzərinə rəsm çəkərək əyləncəli vaxt keçiriblər. Sonda iştirak edən hər bir şəhid övladına müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Qayıdış prosesinə gənclər təşkilatlarının töhfəsi və gələcək addımlar” mövzusunda görüş keçirilib. Həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) ilə birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qarabağın yenidən qurulması” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə Qarabağ bölgəsinin dirçəldilməsində gənclər təşkilatlarının və gənclərin rolundan bəhs edilib, eləcə də bölgənin yenidən qurulması prosesində effektiv yollardan danışılıb.
Zəfər Günü və Bayraq Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələri, qazilər, üzv və könüllü gənclər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, daha sonra İkinci Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət olunub.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbəni, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasının tarixi əhəmiyyətini, qalib Azərbaycan xalqının qələbədəki rolunu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrini gənc nəslə ətraflı şəkildə çatdırmaqdan ibarət olub.









����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!