Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
6-11-2023, 14:17
İsrail Qəzza zolağının cənubunda dəhliz açdı


İsrail Qəzza zolağının cənubunda dəhliz açdı

İsrail Müdafiə Qüvvələri noyabrın 6-da Səlahəddin şossesi boyunca Qəzza zolağının cənubuna dəhliz açıb.
Bu barədə ordunun sözmüsü Aviçai Edri məlumat verib.
"Şimal bölgələrinin sakinləri yerli vaxtla saat 10:00-dan 14:00-a qədər dəhlizə boyunca evakuasiya edə bilərlər", - o qeyd edib.
Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Fələstin tərəfində isə 9.5 min nəfərin öldüyü bildirilir.
6-11-2023, 14:08
Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi


Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi

"Putin yeni prezidentlik müddətinə namizədliyi ilə bağlı hələ heç bir açıqlama verməyib".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, kampaniya hələ elan edilməyib.
Belə ki, o, mənbələrə istinadən Putinin 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini yazan "Reuters" nəşrinin materialını şərh edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana səfər edəcək.
6-11-2023, 13:56
Nazir hərbiçilərin maaşının artırılması təklifinə münasibət bildirdi


Nazir hərbiçilərin maaşının artırılması təklifinə münasibət bildirdi

“Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər ardıcıl şəkildə həyata keçirilir”.
Bunu maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumatlı olacaqsınız”, - nazir bildirib.
6-11-2023, 13:48
Ceyhun Bayramov rumıniyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi


Ceyhun Bayramov rumıniyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rumıniyanın xarici işlər naziri Luminita Odobesku regional məsələləri müzakirə edib.
Bunu Azərbaycanın XİN başçısı "X" hesabında yazıb.
"Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Buxarestdə görüşməkdən məmnunam. Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri, cari regional məsələlər ətrafında hərtərəfli müzakirələr apardıq. Azərbaycan və Rumıniya çoxşaxəli əməkdaşlıqdan məmnundur və bunu genişləndirmək istəyirik",- nazir bildirib.
6-11-2023, 13:40
Xorvatiyanın Baş naziri Azərbaycandadır


Xorvatiyanın Baş naziri Azərbaycandadır

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
6-11-2023, 13:29
Türk Xəbər Agentlikləri Alyansının yaradılmasıyla bağlı Bəyannamə imzalandı


Türk Xəbər Agentlikləri Alyansının yaradılmasıyla bağlı Bəyannamə imzalandı

İstanbulda Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
Sənəd Türkdilli Dövlətlərin Xəbər Agentliklərinin Media Zirvə görüşündə imzalanıb.
“Media və gələcəyə baxışda birlik” mövzusunda baş tutan tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir.
Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Anadolu agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türkdilli ölkələrlə bağlı xəbərlərin daha geniş miqyasda çatdırılması və səsimizin daha gur eşidilməsi baxımından birliyin vacibliyini vurğulayıblar. Bildirilib ki, beynəlxalq ictimaiyyətin Türk dünyasına baxışını dəyişəcək ölkələrimizin media birliyi fikirlərimizin, ortaq miras və mədəniyyətimizin dünyaya çatdırılmasında əsas rol oynayacaq.
Çıxışlarda birliyin yaradılması tarixi an kimi qiymətləndirilib, bunun həm də ölkələrimiz arasında qardaşlıq bağlarının daha da güclənməsi baxımından əhəmiyyəti vurğulanıb. Dövlətlərimizin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 2021-ci ildə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsi xatırlanıb, bu tədbirin türkdilli ölkələr arasında birliyin əsas dönüş nöqtələrindən biri olduğu bildirilib.
Birliyin ortaq fəaliyyəti daha da gücləndirəcəyini əminliklə ifadə edən natiqlər dezinformasiya ilə mübarizənin də önəmini vurğulayıblar. Qeyd edilib ki, rahat həll olunacaq məsələləri çıxılmaz vəziyyətə gətirən məhz dezinformasiyadır. Dünyada bir sıra ölkələrində islamofobiya, irqçilik halları yaşanmaqdadır. Bəzən haqlı olduğumuz mövzularla bağlı beynəlxalq səviyyədə dezinformasiyalar yayılır. Bu baxımdan ölkələrimizin TDT ətrafında sıx birləşərək dezinformasiyaya qarşı mübarizə aparması çox vacibdir.
Sonra Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
Zirvə görüşü işini davam etdirir.
6-11-2023, 12:55
XİN Başçısı rumıniyalı həmkarıyla bu məsələləri müzakirə etdi


XİN Başçısı rumıniyalı həmkarıyla bu məsələləri müzakirə etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb.
Nazirlikdən bildirilib ki, C.Bayramov və L.Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.
Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.
Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.
Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.


6-11-2023, 12:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
5-11-2023, 21:54
İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü


İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü

İranın ali dini lideri Əli Xamenei HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İsmayıl Haniyə görüş zamanı İran liderinə Qəzza zolağındakı hazırkı vəziyyət və anklavdakı “sionistlərin cinayətləri”, eləcə də İordaniyanın İordan çayının qərb sahilindəki vəziyyətin inkişafı barədə məlumat verib.
5-11-2023, 21:03
İstanbulda içməli su 20 faizədək azalıb


İstanbulda içməli su 20 faizədək azalıb

Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.
Yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.
Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!