Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-12-2023, 18:21
Azərbaycan və Ukrayna XİN Başçıları görüşdü - FOTO


Azərbaycan və Ukrayna XİN Başçıları görüşdü - FOTO

Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Dmytro Kuleba ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.



11-12-2023, 17:52
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir


Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir.
Bu barədə Aİ-nin rəsmi nəşri məlumat yayıb.
Bildirilib ki, qurum Rusiyaya hərbi yardım göstərdiyinə görə İranın 6 fiziki və 5 hüquqi şəxsinə sanksiya tətbiq edib.
Qeyd olunub ki, Rusiya Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.
Sənəddə bildirilir ki, Rusiya xüsusi hərbi əməliyyat zamanı İran istehsalı olan PUA-lardan istifadə edir və buna görə də Aİ İrana qarşı sanksiyalar tətbiq edir.
“Qara siyahı”ya xüsusən də İranda PUA-lar üçün komponentlər hazırlayan və istehsal edən İran şirkətləri, habelə onların rəhbərliyinin nümayəndələri və elmi mütəxəssislər daxil edilib.
11-12-2023, 17:48
Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu


Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu

Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən təyin olunub.
Bu barədə müvafiq əmr imzalanıb.
O, artıq vəzifəsinin icrasına başlayıb.
O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.
Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxamaqla bağlı ərizə yazmışdı. Sentyabrın 11-də onun ərzəsi qəbul olunub.
11-12-2023, 17:36
Əli Əsədov Gürcüstan parlamentinin sədriylə görüşdü


Əli Əsədov Gürcüstan parlamentinin sədriylə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Görüşdə Ş.Papuaşvilinin səfərinin Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin səyləri nəticəsində bu gün qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edildi, hakim partiyalar arasında çox yaxşı münasibətlərin olduğu bildirilib.
Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi qeyd edilib.
Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında xüsusi rolu təqdir edildi. Hazırda parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulandı. Qeyd edildi ki, hər iki ölkənin parlament nümayəndələri beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.
Ticarət-iqtisadi əməkdaşlığının ənənəvi olaraq yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırıldı.
Qeyd edildi ki, Azərbaycan Gürcüstanın ən böyük xarici investorlarından biridir. Bu baxımdan SOCAR-ın Gürcüstanda uğurlu fəaliyyətinə toxunuldu.
Tərəflər mövcud geniş potensialdan tam şəkildə istifadə edilərək Azərbaycan-Gürcüstan ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Bu baxımdan Hökumətlərarası komissiyanın səmərəli platforma kimi rolu yüksək qiymətləndirildi.
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına töhfə verdiyi və regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi məmnunluqla qeyd olundu.
Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətə malikdir.
Bildirildi ki, eyni zamanda gündəlikdə hər iki ölkənin iştirakı ilə yeni layihələr və təşəbbüslər də var. Onlardan biri Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycanın “yaşıl” elektrik enerjisinin Rumıniyaya tədarükünü nəzərdə tutan sualtı kabelin çəkilməsi layihəsidir.
Qeyd edildi ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın çox gözəl nəticələri var.
Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi xüsusi vurğulandı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizin getdikcə daha da aktuallaşdığı bildirildi.
Hazırda Orta Dəhlizin funksionallığının, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan işlərdən bəhs edildi.
İki ölkə arasında humanitar, xüsusilə mədəni sahədə əməkdaşlığın yüksək inkişaf dinamikası təqdir edildi.
Oktyabrda Gürcüstan paytaxtında təməli qoyulan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan-Gürcüstan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik ifadə olundu.
Eyni zamanda Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrin inkişafındakı rolu xüsusi vurğulandı.
Görüşdə həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

11-12-2023, 17:22
Audiovizual Şuradan telekanallara xəbərdarlıq


Audiovizual Şuradan telekanallara xəbərdarlıq

Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bu gün keçirilən iclasda oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub.
Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə "Reklam haqqında" qanunun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb.
Bir çox televiziya kanallarının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib. Qeyd olunanları nəzərə alaraq, aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
11-12-2023, 16:47
İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan yolun uzunluğu açıqlanıb


İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan yolun uzunluğu açıqlanıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin mərhələdə bərpası və yenidən qurulması nəzərdə tutulan 2 453,9 km avtomobil yolunun 185,5 km-də işlər artıq başa çatıb.
Bu işlər ölkə prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
11-12-2023, 16:19
Kürdəmirdə 8-ci sinif şagirdi ailə qurub - DİN-dən AÇIQLAMA


Kürdəmirdə 8-ci sinif şagirdi ailə qurub? - DİN-dən AÇIQLAMA

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər.
DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.
11-12-2023, 16:02
XİN Başçısı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü


XİN Başçısı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
Bu barədə nazir “X” hesabında paylaşım edib.
Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb.
11-12-2023, 15:30
Makron Ermənistanın bu hərəkətini cəsarətli addım adlandırdı


Makron Ermənistanın bu hərəkətini cəsarətli addım adlandırdı

Fransa prezidenti Emmanuel Makron Ermənistanın “Roma statut”na qoşulmasını cəsarətli addım adlandırıb.
Makrun bu barədə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş çıxışı zamanı bildirib.
“Mən Ermənistanın “Roma statut”na qoşulmaq qərarı ilə bağlı cəsarəti vurğulamaq istərdim. Bu, son aylar Ermənistana və xalqına faciələr üz verdiyi bir vaxtda çox əlamətdar jestdir”, - deyə Fransa lideri qeyd edib.
Makronun sözlərini Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin “Roma statute”nun ratifikasiyasına səs verib. Bu qərarı 60 deputat dəstəkləyib, 20-si əleyhinə olub.
Rəsmi Moskva Ermənistanın “Roma statut”na qoşulmasını tamamilə qeyri-dost addım adlandırıb. Öz növbəsində Baş nazir Nikol Paşinyan bildirib ki, “Roma statute”nun ratifikasiyası heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib və proses Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməzdən əvvəl başlayıb.
11-12-2023, 15:06
XİN Başçısı Aİ Prezidentinin baş müşaviriylə görüşdü


XİN Başçısı Aİ Prezidentinin baş müşaviriylə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak məqsədilə Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurası Prezidentinin baş siyasi müşaviri Simon Mordue ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normalıaşma prosesi və cari regional vəziyyət müzakirə edilib.
Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb.
Nazir cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənstan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən C.Bayramov mina təhlükəsinin bu fəaliyyətə, eləcə də, vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub.
Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionumuzda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!