Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
12-12-2023, 15:09
Deputatlar Türkiyəyə səfər çərçivəsində Ulu Öndərin abidəsini ziyarət etdi


Deputatlar Türkiyəyə səfər çərçivəsində Ulu Öndərin abidəsini ziyarət etdi

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Ramin Məmmədov, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Anar İsgəndərov, Əziz Ələkbərov və Naqif Həmzəyev Türkiyədə səfər çərçivəsində Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ankara şəhərində uzalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onu bir dəqiqəlik sükutla yad edərək, əklil və gül dəstəsi qoyublar.
Anım ziyarətində Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətindəki fövqəladə və səlahiyyəti səfiri Rəşad Məmmədov və Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım da iştirak edib.

12-12-2023, 15:00
Hərbi texnikalarla bağlı məlumatları yaymağa görə cinayət işi müəyyənləşir


Hərbi texnikalarla bağlı məlumatları yaymağa görə cinayət işi müəyyənləşir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.
Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasa tövsiyə edilən Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 284-2 maddəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.
12-12-2023, 14:18
Əsirlərin mübadiləsi yaxın günlərdə gerçəkləşəcək - Simonyan


Əsirlərin mübadiləsi yaxın günlərdə gerçəkləşəcək - Simonyan

Ermənistan Baş nazirinin Aparatı və Azərbaycan Prezidentinin Administrasiyası arasındakı razılaşmaya əsasən əsirlərin mübadiləsi yaxın günlərdə gerçəkləşəcək.
Bunu İrəvanda keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Biz bu mübadilənin tezliklə baş verəcəyini ümidlə gözləyirik", - A.Simonyan vurğulayıb.
Onun sözlərinə görə, İrəvan və Bakının əldə etdiyi razılaşma dəyişməyib, proses davam edir.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.
12-12-2023, 14:01
Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etdi


Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfər çərçivəsində GUAM Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, nazir Azərbaycanın 2024-cü ildə GUAM-da sədrliyə baxışı və təşkilat çərçivəsində əməkdaşlığın perspektivlərindən danışıb.
12-12-2023, 13:49
Ermənistan və Kiprin müdafiə nazirləri görüşdü


Ermənistan və Kiprin müdafiə nazirləri görüşdü

Ermənistan və Kiprin (Cənubi Kipr) müdafiə nazirləri Suren Papikyan və Mixalis Yorqallas arasında görüş olub.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, tərəflər əməkdaşlığın hazırkı mərhələsinin yekunlarına nöqtə qoyaraq və onun inkişafı üçün yeni imkanları qeyd ediblər.
Təhsil və təlim proqramları üzrə hərbi-texniki əməkdaşlıq, müxtəlif sahələrdə təcrübə mübadiləsi əsas müzakirə mövzuları olub.
12-12-2023, 13:34
Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var - Nazir


Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var - Nazir

Görünən mənzərə odur ki, qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, proses nəzarətdədir: "Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur. Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər".
12-12-2023, 13:07
Ağdamda 5 məhəllənin salınması nəzərdə tutulub - Emin Hüseynov


Ağdamda 5 məhəllənin salınması nəzərdə tutulub - Emin Hüseynov

Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib..
Onun sözlərinə görə, Ağdamın əsas mədəni-tarixi mərkəzi hissəsində geniş layihələndirmə işləri yekunlaşmaq üzrədir:
“Artıq tikinti proseslərinə başlanılıb. Açıq səma altında İşğal və Zəfər muzeyləri, Muğam Mərkəzi, mehmanxalanlar, daxili yol-küçə şəbəkəsi, məktəb və xəstəxana və digər infrastruktur 2026-ci ilin sonuna qədər tikilib təhvil veriləcək".
12-12-2023, 12:50
YUNESKO Azərbaycan tərəfindən irəli sürülən qətnaməni qəbul etdi


YUNESKO Azərbaycan tərəfindən irəli sürülən qətnaməni qəbul etdi

YUNESKO mənzil qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.
Bu barədə XİN-in məlumatında deyilir.
Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.
Sənəddə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur və 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, minaların mədəni irsə təsiri mövzusu YUNESKO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.
12-12-2023, 12:43
Putin Belarusla hərbi kadrların birgə hazırlanmasıyla bağlı qanun imzaladı


Putin Belarusla hərbi kadrların birgə hazırlanmasıyla bağlı qanun imzaladı


Rusiya prezidenti Vladimir Putin Belarusla hərbi kadrların birgə hazırlanması üçün döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb.
Bu barədə məlumatı TASS yayıb.
Sənəddə bildirilir ki, mərkəzlər iki ölkənin Müdafiə Nazirliklərinin birgə qərarları əsasında açılacaq, onların fəaliyyət istiqamətləri, tərkibi, strukturu, sayı, yerləşdiyi yerlər, formalaşma müddətləri və fəaliyyət qaydası müəyyən ediləcək.
"Hərbi kontingentin şəxsi heyəti birgə tapşırıqları yerinə yetirərkən, tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış başqa qərar qəbul edilmədikdə, milli silahlı qüvvələrdə müəyyən edilmiş geyim formasını və fərqlənmə nişanlarını taxırlar", - sənəddə deyilir.
12-12-2023, 12:33
Azarkeşlərin Bakıdan Xankəndiyə yola düşəcəyi tarix açıqlandı


Azarkeşlərin Bakıdan Xankəndiyə yola düşəcəyi tarix açıqlandı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.
Oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.
Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.
Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da Koroğlu metrostansiyasından Xankəndiyə yola düşəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!