Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-12-2023, 16:26
Naxçıvanda nazir vəzifəsindən azad edildi


Naxçıvanda nazir vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
8-12-2023, 16:20
Hərbiçilərə ev hədiyyə olundu


Hərbiçilərə ev hədiyyə olundu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qullquçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların böyük bir qrupuna daimi mənzillərin verilməsi ilə bağlı bu gün növbəti püşkatma keçirilir.
Mənzillər xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçulara, eləcə də vəfat etmiş hərbi qulluqçuların varislərinə ailə tərkibi nəzərə alınmaqla "Daimi mənizllərin verilməsi üzrə mənzil komissiyası" tərəfindən verilib.
Növbəti püşkatma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından 28 mənzil, habelə Mənzil İnşaat Dövlət Agentliyinin balansından 445 mənzil, ümumilikdə isə 473 mənzil növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.
Qeyd edək ki, hərbi qulluqçuların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında müvafiq sahəsi olan mənzillər şəffaflıq və ədalətlilik prinsipi əsasında verilib.



8-12-2023, 16:17
MSK növbədənkənar Prezident seçkilərini vaxtını təyin etdi


MSK növbədənkənar Prezident seçkilərini vaxtını təyin etdi

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.
Bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlər dekabrın 10-dan başlayaraq lazımi sənədləri təqdim etməlidir.
O qeyd edib ki, sənədlərin qəbulu yanvarın 8-dək davam edəcək. Arifə Muxtarovanın sözlərinə görə, təbliğat-təşviqat işləri 6 fevral 18:00-a kimi davam edəcək.
Müşahidəçi kimi iştirak etmək üçün vətəndaşlar yanvarın 28-nə kimi MSK-ya müraciət etməlidir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
8-12-2023, 16:02
Mərkəzi Seçki Komissiyasının iclası keçirilir


Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

Prezident İlham Əliyevin dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.
İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri iştirak edirlər.
8-12-2023, 15:08
Putin prezident seçkilərində iştirak edəcəyini açıqladı


Putin prezident seçkilərində iştirak edəcəyini açıqladı

Hazırkı Rusiya rəhbəri Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Ukrayna ərazisində yaradılmış qondarma DXR parlamentinin spikeri Artem Joqa Putindən seçkiyə getməyi xahiş edib.
Rusiya prezidenti razılaşıb. O, qalib gəlsə, bu, Vladimir Putinin beşinci müddətə dövlət başçısı olacaq.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Putin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı rusların real tələbi əsasında açıqlama verib.
Hakim Vahid Rusiya Partiyasından isə bildirilib ki, partiya Vladimir Putinin prezidentliyə namizəd kimi irəli sürülməsini şübhəsiz dəstəkləyir və onun qələbəsi üçün hər şeyi edəcək.
Qeyd edək ki, Putin 2000-2008-ci illərdə Rusiya prezidenti olub. 2008-2012-ci illərdə baş nazir kimi çalışıb. 2012-ci ildən o, yenidən bu posta sahibdir. 1952-ci ildə Leninqrad vilayətində anadan olan siyasətçi keçmiş DTK işçisidir.
8-12-2023, 14:20
Ərdoğan: “Fransanın etdikləri sadəcə təxribatdır”


Ərdoğan: “Fransanın etdikləri sadəcə təxribatdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya Ermənistanı silahlandırmamaq barədə çağırış edib.
Ərdoğan Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Fransa əvvəllər Ermənistana çoxlu dəstək verib. Nə nəticə əldə etdilər? Fransa Minsk qrupu komandasındadır. İş bitib, heç bir nəticə əldə etməyib, vəziyyət belə olduğu halda Ermənistanı yenidən təxribata çəkir. Zirehli daşıyıcıları göndərsəniz nə olar? Buradan nəticə əldə edə bilməzsiniz. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağ nəticəsi göz qabağındadır. İndi bu hərbi maşınları göndərəcəksən, nə alacaqsan?", - o deyib.
Türkiyə lideri vurğulayıb ki, Ermənistana əvvəllər göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçib.
"Nəticə alacaqlarına inam yox, sadəcə Ermənistanı aldadırlar. Ermənistan rəhbərliyi son təcrübələrindən dərs almalı və bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olardı. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar", - Türkiyə prezidenti qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl rəsmi Paris İrəvana zirehli maşınlar göndərmişdi. Bundan əlavə, Ermənistana hava hücumundan müdafiə sistemləri və radarlar göndərmək barədə razılıq əldə edilmişdi.
8-12-2023, 14:03
Rusiya Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır - Zaxarova


Rusiya Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır - Zaxarova

"Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan liderlərinin birgə bəyanatını alqışlayır".
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
O deyib ki, Moskva sərhədin delimitasiyası və sülh müqaviləsinin bağlanması üçün yardım göstərməyə davam etməyə hazırdır.
Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan birgə açıqlama verərək sülh prosesinin tərkib hissəsi kimi tərəflər əllərində olan digər ölkənin bütün hərbçilərini azad etməyə razılaşıblar.
8-12-2023, 13:25
Prezident bu əraziylə bağlı Sərəncam imzaladı


Prezident bu əraziylə bağlı Sərəncam imzaladı

Prezident ilham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 300,0 (üç yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
8-12-2023, 13:19
İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul etdi


İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul etdi

Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlıq formalaşıb.
Bunu Prezident İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib.
Prezident İlham Əliyev özünün Avropa Şurası ilə əlaqələrini və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir.
Dövlət başçısı vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
8-12-2023, 13:06
BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 133 nəfərə çatıb


BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 133 nəfərə çatıb

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında ölən əməkdaşlarının sayı 133 nəfərə çatıb.
Bu barədə qurumun hesabatında deyilir.
“Oktyabrın 7-dən indiyədək UNRWA-nın ümumilikdə 133 əməkdaşı öldürülüb”, - agentliyin hesabatında deyilir.
Hesabatda həmçinin bildirilir ki, müharibə başlayandan bəri UNRWA-nın Qəzzadakı 91 obyektinə zərər dəyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!