Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
29-01-2024, 18:06
Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalandı


Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalandı

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilənlərdən biri də Dövlət Gömrük Komitəsi Akademiyasının rəkisi Qulu Novruzovdur.
O, “Tərəqqi” medalı ilə təltif edilib.
Qulu Novruzov 30 oktyabr 2018-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasına rəisi təyin edilib.
2021-ci ildə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
29-01-2024, 17:56
Mirzoyan İran rəsmisiylə görüşdü


Mirzoyan İran rəsmisiylə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri, Beynəlxalq Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xarazi ilə görüşüb.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
"Görüş zamanı tərəflər Ermənistan-İran əməkdaşlığının gündəliyindəki müxtəlif məsələləri müzakirə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu və fəallığı qeyd ediblər. Bu kontekstdə iki ölkə arasında enerji, infrastruktur, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın, iki xalqın dostluğunun və regionda sabitliyin möhkəmləndirilməsi naminə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
29-01-2024, 17:47
Zakir Həsənov Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətiylə görüşdü


Zakir Həsənov Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətiylə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.
H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


29-01-2024, 17:34
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqəs yaradıldı


Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradıldı

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradılıb.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Qeyd olunub ki, seçkilərlə əlaqədər İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.
Məlumata görə, vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.
Vurğulanıb ki, səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə, şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.
29-01-2024, 17:26
Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı


Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, hazırda onun Türkiyəyə fevralda baş tutacaq səfərinə hazırlıq gedir.
Uşakovun sözlərinə görə, Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların əsas mövzusu Ukraynadakı hərbi münaqişə zonasındakı vəziyyət olacaq.
«Bəli, səfər həqiqətən hazırlanır. Deyə bilərəm ki, Ukrayna məsələləri, yəqin ki, danışıqların əsas mövzularından biri olacaq», — deyə Uşakov jurnalistlərə bildirib.
Putin 2023-cü il dekabrın 14-də birbaşa xətt üzrə Türkiyəyə planlaşdırılan səfərindən danışıb. Elə həmin ay Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin səfərinin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin olmadığını söyləyib.
2024-cü il yanvarın 5-də Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Ərdoğan bir daha vasitəçi olmağa və Ukrayna ərazisində əməliyyatların dayandırılması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.
29-01-2024, 17:10
Qəzzada həlak olan jurnalistlərin sayı 122-yə çatdı


Qəzzada həlak olan jurnalistlərin sayı 122-yə çatdı

İsrail ilə “Həmas” hərəkatı arasında münaqişənin kəskinləşməsindən bəri Fələstinin Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərin sayı 122-yə çatıb.
Bu barədə Qəzza Media Ofisinin məlumatında deyilir.
Son 24 saat ərzində anklavda iki jurnalist həlak olub. Onlardan biri Ramallahda yerləşən Fələstin telekanalının müxbiri İsa əl-Luludur. O, İsrailin yaşadıqları evə endirdiyi zərbə nəticəsində ailə üzvləri ilə birlikdə öldürülüb.
İkinci qurban isə İsrailin Əl-Şati düşərgəsini bombalaması zamanı həlak olan Fələstinin Ər-Risalah media fondunun əməkdaşı Məhəmməd Əbdül Fəttah Atallahdır.
29-01-2024, 17:04
Gürcüstanın baş naziri istefa verdi


Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Bu barədə onun özü açıqlama verib.
Siyasətçinin sözlərinə görə, o, indi hakim “Gürcü arzusu” partiyasının sədri postuna namizəd olacaq. “Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm”, - deyə Qaribaşvili xüsusi brifinq zamanı bildirib .
Qeyd edək ki, bu gün mətbuatda yazılan məlumatlara görə, Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir.
Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq.
İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən Gürcüstan hökumətinə rəhbərlik edir. Bundan əvvəl o, 2013-2015-ci illərdə də Gürcüstanın baş naziri vəzifəsində çalışıb, həmin vaxt həm də “Gürcü Arzusu”nun sədri olub. 2019-2021-ci illərdə Qaribaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.
29-01-2024, 16:59
Sənədini təsdiqləyən bakalavrlar artdı - DİM-dən XƏBƏRDARLIQ


Sənədini təsdiqləyən bakalavrlar artdı - DİM-dən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, magistratura imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzinin 29 yanvar saat 14:30-a olan məlumatına əsasən, 18097 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 16693; rus bölməsi - 1404).
964 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.
29-01-2024, 16:20
Din xadimlərinin attestasiyası elan edildi


Din xadimlərinin attestasiyası elan edildi

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin attestasiyası elan edilib.
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Attestasiyada iştirak edəcək din xadimləri 30.01.2024-cü il tarixindən 01.03.2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər.
Attestasiyada iştirak üçün din xadimi tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

-Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

-Tərcümeyi-hal;

-Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

-Sağlamlıq haqqında arayış;

-Narkoloji dispanserdən arayış;

-Ruhi-əsəb dispanserindən arayış;

-Məhkumluq barədə arayış;

-Foto (3x4) (4 ədəd);

-Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Attestasiyada iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra attestasiyanın keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.
Qeyd: Din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.
29-01-2024, 16:16
Sahibə Qafarova Hulusi Akarla bir sıra məsələləri müzakirə etdi


Sahibə Qafarova Hulusi Akarla bir sıra məsələləri müzakirə etdi

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib. Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin Prezident İlham Əliyevin dediyi kimi, dünyada bənzəri yoxdur. Dövlət başçılarımızın qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olmaqla yanaşı, həm də müttəfiqdirlər. Bu baxımdan imzalanmış Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətləri müəyyən edib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.
Milli Məclisin sədri bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Milli Məclisdə çıxış edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çıxışında ölkələrimizin birliyi məsələsi mühüm yer tutmuşdu.
Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib.
Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssürütlarını bölüşüb. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ fatehi Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb. O, qeyd edib ki, təkcə Türkiyə və Azərbaycan arasında deyil, bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini qeyd edib.
O, TBMM sədri Numan Kurtulmuşun Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarovanın isə Türkiyəyə səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!