Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-06-2024, 17:38
Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 3% artıb - Əli Əsədov


Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 3% artıb - Əli Əsədov

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən “Avrasiya İqtisadi Birliyinin ərzaq təhlükəsizliyi” adlı plenar sessiyasında qonaq qismində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, plenar sessiyada çıxış edən Əli Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə çəkib.
Baş nazir bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib.
Qeyd olunub ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi ötən il 3% artıb. Eyni zamanda, heyvandarlıq məhsullarının istehsalında artım 3,2%, bitkiçilikdə isə 2,7% təşkil edib.
“Müsbət tendensiya bu il də davam edir. İlin ilk 4 ayında kənd təsərrüfatı istehsalı 1,6% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5%, bitkiçilik məhsullarının istehsalı isə 2,7% artıb”, – Əli Əsədov əlavə edib.
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə, tərəvəz, kartof, yumurta, ət və süd məhsulları üzrə özünütəminlik səviyyəsi 80 faizi ötüb. Baş nazir həmçinin ötən ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft/qaz ixracının təxminən 10% artdığını qeyd edib.
3-06-2024, 17:35
İranda prezidentliyə namizəd olmaq istəyənlər rekord saydadır


İranda prezidentliyə namizəd olmaq istəyənlər rekord saydadır

İranda iyunun 28-də keçirilməsi planlaşdırılan növbədənkənar seçki yarışına rekord sayda iştirakçı qoşulub.
İran Seçki Şurasının sözçüsü Məhəmməd İslami bazar ertəsi günortadan sonra deyib:
"Bu gün ən sıx qeydiyyat gününü yaşadıq, 86 nəfər ölkənin seçki qərargahına müraciət edib, onlardan 22 nəfəri qeydiyyatdan keçib. Bunlardan 1 nəfəri qadın, 21 nəfəri isə kişidir”.O əlavə edib ki, qeydiyyat prosesi bu gün saat 18:00-a qədər davam edəcək və son tarix uzadılmayacaq.
Beləliklə, ümumilikdə prezidentliyə namizədliyi irəli sürülən 50-dən çox siyasətçinin qeydiyyatdan keçdiyi bildirilir.
İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Prezidentliyə iddialılar arasında xeyli tanınmış sima var. Məsələn, ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejad onlardan biridir.
Mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili, parlamentin keçmiş rəhbəri Əli Laricani, Mərkəzi Bankın keçmiş rəhbəri Abdolnaser Hemmati, Tehran meri Əlirza Zəkani də tanımış simalar sırasına daxildir.
Bundan başqa, prezident seçkilərində iştirak etmək üçün İran ali rəhbərinin nümayəndəsi Səid Cəlili və ruhani lider administrasiyası rəhbərinin keçmiş müavini Vahid Haqanian da unudulmamalıdır.
İyunun 4-dən etibarən namizədliyini irəli sürənlərin səndləri araşdırılacaq.
Növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.
3-06-2024, 17:30
Messi ABŞ-də yeni rekorda imza atıb


Messi ABŞ-də yeni rekorda imza atıb

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin ulduz futbolçusu Lionel Messi MLS-də rekorda imza atıb.
36 yaşlı hücumçu buna bir mövsümdə 25 qolun vurulmasında iştirak etməklə nail olub.
Təcrübəli forvard bu rəqəmə ən tez çatan oyunçudur. Messi 12 matçda 12 qol və 13 assistlə yadda qalıb.
O, 16 görüşdə 25 qolun vurulmasında pay sahibi olan meksikalı sabiq futbolçu Karlos Velanı qabaqlayıb.
Qeyd edək ki, "İnter Mayami" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir.
3-06-2024, 17:17
Rəisinin səlahiyyətlərini icra edən şəxs prezidentliyə namizədliyini irəli sürməyəcək


Rəisinin səlahiyyətlərini icra edən şəxs prezidentliyə namizədliyini irəli sürməyəcək

İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Mohber qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Bu barədə “Tasnim” agentliyi məlumatı yayıb.
Bildirilib ki, tərəfdarları onu seçkidə namizədliyini irəli sürməyə çağırsa da, o bundan imtina edib. Bunun səbəbi açıqlanmayıb.
Qeyd edək ki, mayın 30-dan iyunun 3-dək prezidentliyə namizədliyə iddiaçıların müraciətlərinin irəli sürməsi iyunun 3-də yerli vaxtla saat 18:00-da başa çatır. İyunun 28-də prezident seçkisi günüdür.
3-06-2024, 17:10
ÜST pandemiya sazişini daha bir il uzatdı


ÜST pandemiya sazişini daha bir il uzatdı

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər pandemiya sazişi ilə bağlı danışıqları daha bir il uzatmaq barədə razılığa gəliblər. Bu, gələcək pandemiyalarla mübarizəni gücləndirməyə imkan verir.
Sazişin layihəsini hazırlamaq və danışıqlar prosesinə rəhbərlik etmək üçün 2021-ci ilin dekabrında yaradılmış Hökumətlərarası Danışıqlar Orqanı (HDO) mandatını davam etdirəcək.
ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, düzəlişlər ölkələrin öz milli imkanlarını, xəstəliklərə nəzarət, məlumat mübadiləsi və cavab tədbirləri üzrə üzv dövlətlər arasında koordinasiyanı gücləndirməklə gələcək epidemiyaları, o cümlədən pandemiyaları aşkar etmək, onlara cavab vermək qabiliyyətini möhkəmləndirəcək.
"HDO-nun fəaliyyətinin davam etdirilməsi Pandemiya Sazişini tamamlamaq üçün güclü təkan verir ki, bu da COVID-19-un sağlamlığa, cəmiyyətlərə və iqtisadiyyatlara vurduğu dağıntıların təkrarlanmasının qarşısını almağa kömək edə bilər", - deyə ÜST rəhbəri əlavə edib.
3-06-2024, 16:30
Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat aldı


Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat aldı

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək.
C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
3-06-2024, 16:19
Daha bir nəfər Kür çayında batıb


Daha bir nəfər Kür çayında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
3-06-2024, 15:59
Binəqədidə qumbara və tüfəng aşkarlandı


Binəqədidə qumbara və tüfəng aşkarlandı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Cavad Akif oğluna məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası və 1 ədəd kustar üsulla hazırlanmış ov tüfəngi Bakı şəhəri, Binəqədi rayonu ərazisində aşkar edilərək götürülüb.
Bu barədə Penitensiar xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
3-06-2024, 15:42
1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi


1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi

1992-ci ildə itkin düşmüş daha bir şəhidimizin kimliyi müəyyən edilib. Söhbət 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olmuş Rüfət Məmmədhüseyn oğlu Cabbarovdan gedir.
Bu barədə "bizim.media"ya Rüfət Cabbarovun Bakıda yaşayan qardaşı Rasim Məmmədov məlumat verib.
O, Rüfətin Sovet Ordusunda tam xidmət keçdikdən sonra Azərbaycana qayıdıb və Qarabağ müharibəsinə könüllü yollandığını bildirib.
Şəhidin qardaşı qeyd edib ki, Rüfət 1992-ci il oktyabr ayının 4-də Ağdərə-Sırxavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Mərhum Tərtər rayonu ərazisindəki məzarlıqda naməlum döyüşçü kimi dəfn edilib. Ailə üzvlərindən götürülən DNT analizinin rəyindən sonra Rüfətin şəxsiyyəti dəqiqləşib.
Şəhid Rüfət sabah 32 il əvvəl tərk etdiyi Dağ Quşçu kəndində dəfn ediləcək.
3-06-2024, 15:31
Əli Əsədov Belarusa getdi


Əli Əsədov Belarusa getdi

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfər edib.
“Minsk” milli aeroportunda Əli Əsədovu Belarusun Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycanın Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında iştirak edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!