Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
14-06-2024, 19:40
Bakının daha bir küçəsində avtobus zolağı salındı


Bakının daha bir küçəsində avtobus zolağı salındı

Bakının Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) xəbər verir.
Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda da bu işlər davam etdiriləcək.
14-06-2024, 18:47
İnternat məktəbləri ilə bağlı yeni qaydalar qəbul olundu


İnternat məktəbləri ilə bağlı yeni qaydalar qəbul olundu

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsil müəssisələrində saxlanılma şərtləri müəyyənləşib.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərarla “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 15-ci hissə əlavə olunub.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində və internat tipli ümumi təhsil müəssisələrində şagirdlər tam və ya qismən (yataqxana və qida ilə təminat) dövlət təminatında saxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.

- İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümi paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş məbləğdə birdəfəlik pul vəsaiti verilir.

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək, qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində qala bilərlər.

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin məzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 (altı) ay, xroniki xəstəlikləri olanlar isə yaşayış sahəsi olmadıqda 1 (bir) il müddətinə həmin məktəbdə saxlanıla bilərlər. Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.

- Yay tətili müddətində bu və ya digər səbəblərlə əlaqədar evə aparılmayan uşaqlar üçün həmin müəssisələrdə yay-istirahət düşərgəsi təşkil olunur. Uşaqların yay istirahətinin təşkilində yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri tərəfindən internat tipli ümumi təhsil müəssisələrinin rəhbərliyinə müvafiq kömək göstərilir.

15.6. Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə əsasən evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların valideynin (yaxud digər qanuni nümayəndənin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.

- İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdləri həmin müəssisələrin yataqxanasında qalırlar. Uşaqların ailədə yaşamaq hüququnun təmin olunması məqsədilə (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması mümkündürsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərizəsinə əsasən müəssisənin bəzi şagirdlərinə dərslər bitdikdən və ya axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedibgəlməsinə icazə verilmir.

- İnternat tipli sanator ümumi təhsil müəssisələrində təlimtərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirləri də həyata keçirilir.

- İnternat tipli sanator ümumtəhsil məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqları ümumi təhsil müəssisəsinə qayıdırlar. Burada onlar internat tipli sanator ümumtəhsil məktəblərinin verdiyi sənədlərə əsasən əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.
14-06-2024, 18:45
Dənizdə batan uşağın meyiti tapıldı


Dənizdə batan uşağın meyiti tapıldı

İyunun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə FHN-dən bildirilib.
Məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
14-06-2024, 18:36
Baş nazirdən məktəblərlə bağlı qərar


Baş nazirdən məktəblərlə bağlı qərar

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ləğv edilib.
14-06-2024, 18:08
Ən yüksək balları bu məktəblərin şagirdləri topladı


Ən yüksək balları bu məktəblərin şagirdləri topladı

I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
14-06-2024, 17:45
Bu il BDU-da 8 yeni ixtisas açılacaq - SİYAHI


Bu il BDU-da 8 yeni ixtisas açılacaq - SİYAHI

Bakı Dövlət Universitetində (BDU) bir sıra yeni ixtisaslar açılacaq.
Bildirilib ki, 2024-2025-ci tədris ilində BDU-da açılacaq ixtisaslar aşağıdakılardı:
Bakalavriat üzrə:

- ekologiya mühəndisliyi;

Magistratura üzrə:

- korreksiyaedici təlimin metodika və metodologiyası;
- ölkəşünaslıq (Qazaxıstan üzrə);
- ölkəşünaslıq (Özbəkistan üzrə);
- ərzaq məhsullarının ekspertizası və marketinqi;
- şəhər kadastrı;
- akvabitkilər;
- mədəniyyət hüququ.
14-06-2024, 17:30
Özbəkistan və Koreya liderləri 18 sənəd imzalayıblar


Özbəkistan və Koreya liderləri 18 sənəd imzalayıblar

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Koreya Respublikasının Prezidenti Yun Seok-yeol 18 sənəd imzalayıb.
Sənədlər Daşkənddə keçirilən danışıqların yekununda imzalanıb.
Tərəflər xüsusi strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və hərtərəfli genişləndirilməsi haqqında birgə bəyanat imzalayıblar.
Cənubi Koreya Prezidentinin dövlət səfəri çərçivəsində həmçinin 17 sənəd imzalanıb.
14-06-2024, 17:25
Bayram günlərində şəhərin mərkəzi küçələri bağlanacaq - RƏSMİ


Bayram günlərində şəhərin mərkəzi küçələri bağlanacaq - RƏSMİ

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar elan edilən istirahət günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.
14-06-2024, 17:17
Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır – DİN-dən XƏBƏRDARLIQ


Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır – DİN-dən XƏBƏRDARLIQ

Yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı vətəndaşlara kütləvi zənglər edilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə əlaqədar vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər.
Cinayətkar şəxslər və qruplar tərəfindən əsasən ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.
14-06-2024, 16:55
Bakı məktəblərində "Son zəng" çalındı


Bakı məktəblərində "Son zəng" çalındı

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müvafiq qurumların struktur bölmə rəhbərləri, məzunlar, valideyn icmalarının nümayəndələri, ziyalılar və müəllimlər iştirak ediblər.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və diplomlarla təltif olunublar.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 43 min 664, XI siniflərini isə 28 min 993 şagird başa vurub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!