Daha bir dələduzluq piramidası ifşa edildi .....                        Naxçıvan Ali Məclisi bu tarixdə işə başlayır .....                        Biləcəridəki güclü yanğın nəzarətə götürüldü .....                        Torpaqların kateqoriyaları ilə bağlı qaydalar təsdiqləndi - FƏRMAN .....                        Yalnız 44 günlük müharibədən sonra ayıldıq - Paşinyan .....                        Biləcəridə yanğın .....                        “Hizbullah” Həsən Nəsrullahın ölümünü təsdiqlədi .....                        Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb .....                        Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi .....                       
21-06-2024, 22:02
AVRO 2024: Avstriya yığması inamlı qələbə qazanıb


AVRO 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
D qrupunun ilk matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. Görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avstriyanın heyətində qolları Gernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç vurub. Polşada isə Kjiştof Piatek fərqlənib.
Qrupun digər görüşündə isə Niderland və Fransa komandaları meydana çıxacaqlar. Oyun 23:00-da start götürəcək.
21-06-2024, 21:38
“İçəridə dayana bilmirəm, məni buraxın, Qarabağa gedim” - Məhkəmə


“İçəridə dayana bilmirəm, məni buraxın, Qarabağa gedim” - Məhkəmə

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda eks icra başçısı son sözünü deyib.
Əvvəl də məlumat verdiyimiz kimi, sabiq icra başçısı ilk gündən əməllərini etiraf edib, özünü təqsirli bilib.
7 il icra başçısı işləmiş Alimpaşa Məmmədov son sözündə məhkəmədən ona yüngül cəza təyin edilməsini, hansısa şərtlə azadlığa buraxılmasını xahiş edib. O, xahişini iş üzrə dəymiş ziyanın ödənilməsi, şikayətçinin olmaması ilə əlaqələndirib. A.Məmmədov azadlığa çıxmaq istəməsinin əsas səbəbi kimi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində iştirak etmək arzusu ilə əlaqələndirib:
“Mən 3 ildən çoxdur həbsdə yatıram. İşləyən adamam, içəridə dayana bilmirəm. Ən əsası isə Qarabağda aparılan quruculuq işlərində iştirak etmək istəyirəm. Xahiş edirəm, məni buraxın, azad olunmuş ərazilərin yenidən dirçəlməsinə faydam olsun. Vəssalam! Son sözüm bundan ibarət idi”.
Məhkəmə hökmün iki gün sonra-bazar ertəsi elan ediləcəyini bəyan edib.
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Sabiq icra başçısı korrupsiya cinayətlərində ittiham olunur.
Əvvəlki iclasda prokuror ona 13 il həbs cəzası tələb edib.
21-06-2024, 21:27
Balakəndə ağır qəza - Türkiyə vətəndaşı öldü


Balakəndə ağır qəza - Türkiyə vətəndaşı öldü

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Yevlax – Zaqatala – Gürcüstanla dövlət sərhədi yolunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.
Balakən sakini, 48 yaşlı Kənan Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil Türkiyə vətəndaşı, 32 yaşlı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı yük maşınına (TIR) çırpılıb.
Nəticədə Kənan Ağayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb ediliblər.
Meyit çıxarılaraq müvafiq qaydada təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
21-06-2024, 20:14
Ukrayna əzmkar qələbə qazandı


Ukrayna əzmkar qələbə qazandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
E qrupunun II turunun ilk matçında Ukrayna və Slovakiya yığmaları qarşılaşıblar. Görüş ukraynalıların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalılar açıblar. İvan Şrants başla dəqiq oynayıb. İlk hissə Slovakiya seçməsinin üstünlüyü ilə yekunlaşıb.
İkinci yarıya daha fəal və istəkli başlayan Ukrayna millisi geridönüş edə bilib. 54-cü dəqiqədə Mikola Şaparenko, 80-ci dəqiqədə isə Roman Yaremçuk fərqləniblər.
Bu nəticə ilə xallarını 3-ə çatdıran Ukrayna yığması 2-ci pilləyə yüksəlib. Eyni xala malik Slovakiya 3-cüdür. Qrupa 3 xalla Rumıniya başçılıq edir. Xalı olmayan Belçika isə sonuncudur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
21-06-2024, 19:36
"Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb"


"Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb"

2023-cü ilin iyunun 2-də keçirilən rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin dördüncü müşavirəsindən keçən müddət ərzində respublikada qeyri-neft özəl bölməsində təxminən 7,8 faizlik artım qeydə alınıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı deyib.
İ.Vəliyev qeyd edilən müddət ərzində qeyri-özəl neft bölməsi üzrə bölgələrdə 10,3 faiz artım qeydə alındığını bildirib. Rəis müavini həmçinin qeyd edib ki, ötən müşavirədən bu günə kimi respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. O, bölgələrdə bu göstəricinin daha aşağı olduğunu diqqətə çatdırıb.
İ.Vəliyev rayonlarda xidmət və ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərini işçilərin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirməyin vacibliyinə də toxunub.
21-06-2024, 18:53
Azyaşlı suda boğuldu


Azyaşlı suda boğuldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.
Bu barədə Nazirlikdən bildirilib
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
21-06-2024, 18:36
Leysan yağışlarda 38 nəfər öldü


Leysan yağışlarda 38 nəfər öldü

Çinin cənubundakı Quandon əyalətinin Pinyuan rayonunda şiddətli yağışların yaratdığı fəsadlar səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Bu barədə əyalətin fövqəladə halların idarəedilməsi mərkəzi açıqlama yayıb. İtkin düşənlərin axtarışları zamanı bir neçə nəfərin meyiti tapılıb.
Bölgədə iyunun 15-dən başlayan şiddətli yağışlar torpaq sürüşməsi, daşqın, sel kimi fəsadlara səbəb olub. Nəticədə yaşayış məntəqələrini, əkin sahələrini su basıb, nəqliyyat infrastrukturuna, kommunikasiya xətlərinə ziyan dəyib. Təxminən 388 min evin elektriklə təchizatında fasilələr yaranıb.
21-06-2024, 18:05
Bu gün sertifikasiyada neçə müəllim iştirak edib?


Bu gün sertifikasiyada neçə müəllim iştirak edib?

İyunun 21-də keçirilən müəllimlərin sertifikasiyası imtahanın ilk mərhələsində 8580 riyaziyyat müəllimi iştirak edib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, prosesin ilk günündə 97 faiz davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
21-06-2024, 17:52
Türkiyənin iki vilayətində meşə yanır


Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adıyaman vilayətində meşə yanır.
Yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.
Hadisənin səbəbi məlum deyil.
Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.
Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.
Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.
21-06-2024, 17:44
Güclü küləyin enerji təsərrüfatına vurduğu ziyan aradan qaldırılır


Güclü küləyin enerji təsərrüfatına vurduğu ziyan aradan qaldırılır

Azərbaycan regionlarında güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.
Sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir, Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan çıxarmasına səbəb olub.
Hadisə nəticəsində rayonların əksər hissəsində elektrik enerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. "Azərişığ"ın əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün dünən günün ikinci yarısından başlayaraq gücləndirilmiş iş rejimində çalışıblar.
Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Hazırda baş vermiş qəzaların 90 %-dən yuxarı hissəsinin aradan qaldırıldığı, qarşıdakı saatlarda isə qəzanın baş vermiş ərazilər üzrə elektrik enerjisi verilişinin tam bərpa ediləcəyi qeyd edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!