Tarixi Şuşa sammiti: Kimlər iştirak edəcək, nələr müzakirə ediləcək .....                        Üçtərəfli görüşə dair birgə BƏYANAT .....                        Ərdoğan vasitəçi ola bilməz - Peskov .....                        İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı .....                        Prokurorluq Filarmoniyada əməliyyat keçirdi .....                        Müsavat seçkilərdə iştirak qərarı verdi - Arif Hacılıya vəzifə tapşırıldı .....                        İlham Əliyev ŞƏT ölkələrinin liderlərini Bakıya dəvət etdi .....                        Prezident Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən danışıb .....                        Azərbaycan dilindən imtahan verən abituriyentlərin nəticələri açıqlandı .....                       
29-06-2024, 11:50
Şuşada ''İlk Kəlağayı Festivalı'' keçirildi.


Şuşada ''İlk Kəlağayı Festivalı'' keçirildi.

Festival "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində çox möhtəşəm keçdi. Şuşa sakinləri qarşısında çıxış etmək, konsert vermək həm böyük sevinc, həm böyük məsuliyət, həm də qürurverici idi .
"Sazlı, sözlü kəlağayı günləri " layihəsi
çərçivəsində 200 qədimi kəlağayının sərgisi, Güllü Eldar Tomarlının əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, '' Anam kəlağaydı, kəlağay anam''
kitabı təqdim olundu və Şuşa sakinləri tərəfindən maraqla, sevgiylə qarşılandı.
Festivalı giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı qeyd etdi ki, kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı..Bu il həmin əlamətdar tarixin 10 illiyi münasibəti ilə Azərbaycanın bölgələrində, Naxçıvan MR-da, elm və təhsil ocaqlarında kəlağayıya aid festivallar, tədbirlər, sərgilər keçirilir və qədirbilən xalqımız tərəfindən sevgilərlə qarşılanır.

Bu gün ''Kəlağayı Festivalı'' işğaldan azad olunmuş Şuşada baş tutdu.
Vətənimizin bütövlüyü, azadlığı, severinliyi uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıldı. Azərbaycan himni səsləndirildi.
Sonra söz Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna verildi. O, son vaxtlar kəlağayımızın istifadəsinin kəlağayı istehsalına təsir etdiyini, kəlağayımızın təbliğinin nəticəsinin göründüyünü qeyd etdi.
Festivalda Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Mussyeva, Texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov,
arsşdırmaçı, tarixçi, yazıçı Vaqif Osmanlı, şəhid bacısı Lalə İsmayıl, Naxçıvan MR, Culfa rayon, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şairlər, aşıqlardan Əməkdar Mədəniyyət işçisi, Solmaz Kosayeva, Gözəl Kəlbəcərli, Rəvanə Lerikli çıxış etdilər.
Tədbirdə şəhid ailələri, Türkiyədən olan qonaqlar, türkiyəli elm adamı Murad Uzun və Şuşa sakinləri də çıxış etdilər.
Güllü Eldar Tomarlı bu festivala mənəvi dəstək olduğuna görə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimova, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzova və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
Sonda birliyimizin tərənnümü olaraq ''Yallı rəqsi'' oldu. Şuşa sakinləri ilə bu anlar çox möhtəşəm idi. Allah bir də qismət eləsin. Şəhidlırimizin ruhu şad olsun.

Festival iştirakçıları xatirə şəkili çəkdirdilər.
29-06-2024, 11:28
Gəncədə qorxunc hadisə: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı


Gəncədə qorxunc hadisə: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı

Gəncədə 3 nəfər yanıq xəsarəti alıb.
Şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumatı təsdiq ediblər:
"Araşdırmalarla müəyyən edilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb. Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.
29-06-2024, 01:00
Məsud Pezeşkian seçkilərdə LİDERDİR


Məsud Pezeşkian seçkilərdə LİDERDİR

İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderlik ediblər.
Bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb. İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeşkianın liderliyini təsdiqləyib.
Agentliyin məlumatına görə, Pezeşkian 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib. “Tasnim”in məlumatına görə, seçkidə iştirak təxminən 40 % təşkil edib.
29-06-2024, 00:53
İranda seçki qutularını daşıyan maşına silahlı hücum - Ölən və yaralananlar var


İranda seçki qutularını daşıyan maşına silahlı hücum - Ölən və yaralananlar var

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Rask rayonunda seçki qutularını daşıyan mikroavtobusa silahlı hücum nəticəsində 2 polis ölüb, 5 nəfər yaralanıb.
Bu barədə İran KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə naməlum yaraqlılar tərəfindən törədilib.
Qeyd edək ki, ötən gün (28 iyun) İranda prezident seçkiləri keçirilib. Yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti saat 00:00-dək davam edib. Səsvermə bitdikdən sonra səslərin sayılmasına başlanıb.
İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!