Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
4-09-2024, 17:00
CHP-də qurultay: Partiya 2028 seçkilərinə hazırlaşır


CHP-də qurultay: Partiya 2028 seçkilərinə hazırlaşır

Türkiyənin ana müxalifət partiyası, sonuncu bələdiyyə seçkilərinin qalibi olan Cümhuriyyət Xalq Partiyası (CHP) nizamnamə dəyişikliyi üçün növbədənkənar qurultayını keçirir. Qurultay 4-9 sentyabr tarixlərində davam edəcək. Yeni nizamnamə layihəsinin mətnində bir sıra yeniliklər əksini tapıb. Məsələn, nizamnamə layihəsinin mətninə əsasən, üzvlər partiyanın iclaslarında iştirak edə biləcəklər.
Bundan başqa, partiyadaxili seçkilərdə sərbəst şəkildə seçmək və seçilmək hüquqlarından istifadə maddəsinin tərifi genişləndirilib. Təklifə görə, partiya üzvlərinin seçmək hüququndan istifadə etməsi üçün 1 illik üzvlük müddəti başa çatmalı və müntəzəm üzvlük haqqı ödənilməli, təlim keçməli, partiya iclaslarında, səsvermələrdə, rəqəmsal mediada partiyanın fəaliyyətində iştirak etməli və bir sıra digər tələbləri yerinə yetirməlidir.
Üzvlük haqqı məbləğinin dəyişdirilməsi təklif edilib. Hazırkı layihədə yer almayan yerli təşkilat başçılarının vəzifə və öhdəlikləri də əsasnamə layihəsində müəyyən edilib. Sədr vəzifə sahələrini ayıra və birləşdirə biləcək. Mövcud əsasnaməyə görə, sədrin müavinləri və baş katibi Partiya Məclisinin üzvləri arasından sədr tərəfindən seçilir.
Təklifə əsasən, qadın qolları və gənclər təşkilatları öz konfranslarını 2 ildən bir deyil, yerli təşkilatların konfransları ilə eyni vaxtda keçirəcəklər. Digər təklifə əsasən, partiyada Böyük Məşvərət Şurası da yaradılacaq. Şuralar 3 aydan bir deyil, ildə 2 dəfə və seçkilərdən sonra 3 ay ərzində gündəliyi rəhbər orqan tərəfindən müəyyən ediləcək toplantılar keçirəcək.
Bundan başqa, sədr partiyanın Etika Komitəsini təkbaşına müəyyən edə bilməyəcək. Təklifə görə, Etika Komitəsinin kimlərdən ibarət olacağına sədr təkbaşına qərar verə bilməyəcək. Etika Komitəsinin üzvləri qurultay nümayəndələri tərəfindən sədrin müəyyən etdiyi 10 nəfər arasından seçiləcək. Etika Komitəsinin üzvlərinin sayı 5 nəfər olacaq.
Qurultay komissiyasında gənclər və qadın qolları iştirak edə biləcək. Layihədə qeyd olunur ki, cari sədr namizəd kimi irəli sürülə bilməz, lakin istəsə, özü namizəd ola bilər. Müvafiq olaraq, hazırkı sədr tələb əsasında namizəd ola bilər, lakin namizədliyə tövsiyə oluna bilməz. Partiyadan parlament seçkilərində bir şəxs ardıcıl olaraq maksimum 3 müddətə seçilə bilər.
Bu qayda səlahiyyət müddəti 3 ildən çox olmayan deputatlara şamil edilməyəcək. Yerli seçkilərdə bir nəfər mərkəzi sorğu üsulu ilə ən çox 3 dəfə ardıcıl olaraq bələdiyyə sədri, bələdiyyə və ya vilayət məclisi üzvü seçilə bilər. Hazırkı əsasnamədə 33 faiz müəyyən edilən qadın kvotasının mərhələli şəkildə əvvəlcə 40 faizə, sonra isə 50 faizə çatdırılması təklif olunur.
Qurultayın və nizamnamədəki yeniliklərin partiyanın fəaliyyətinə necə təsir göstərəcəyini zaman aşkara çıxaracaq. Hazırda CHP-nin əsas məqsədi son yerli seçkilərdə əldə etdiyi uğuru və müsbət impulsu qorumaq və daha da artırmaq, geniş xalq kütlələri arasında siyasi rəğbət və simpatiya toplamaqdır. Türkiyədə siyasət çevrələri artıq indidən 2028-ci ildə baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır.

4-09-2024, 16:54
Gürcüstanın Avropa İttifaqına daxil olması dayandırıldı


Gürcüstanın Avropa İttifaqına daxil olması dayandırıldı

Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbulu xalqın hüquqlarını pozmaqla yanaşı, cəmiyyətdə diskriminasiyaya səbəb olacaq.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.
O bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini sözügedən sənədə yenidən baxmağa çağırır. Çünki Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olacaq sənədin müzakirəsi zamanı təmsil etdiyi qurumun rəyi soruşulmayıb.
Peter Stano ölkənin Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını xatırladıb və rəsmi Tbilisini yenidən bu siyasətin bərpasına çağırıb.
4-09-2024, 16:39
Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK sədri


Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK sədri

“Daxil olan müraciətləri araşdıracağıq”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntu baş verə bilər: “MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məntəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər də araşdırılacaq. Biz nəticəyə gələcəyik. Əfsuslar olsun ki, çox vaxt beynəlxalq qurumlar, müraciət edənlər sona qədər iştirak etməkdən qaçırlar. Bu qədər kamera qarşısında danışırıq, araşdırırıq. Sabah bu sözümüzü dəyişmək olmaz. Çoxları deməsin ki, MSK-da məsələlər gizlin aparılır”.
4-09-2024, 16:19
Pozuntularla bağlı MSK-ya 9 dairədən müraciət edilib - Qərar verildi


Pozuntularla bağlı MSK-ya 9 dairədən müraciət edilib - Qərar verildi

Mərkəzi Seçki Komissiyasında (MSK) sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində pozuntu iddiaları ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova deyib.
86 saylı Ağcabədi, 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci,120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olan şikayətlər müzakirə edilib.
MSK daxil olmuş müraciətlərə baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul edib.
“Şikayətlərin aidiyyatı üzrə daxil olmasını gözləyirik, MSK bundan sonra araşdırmalara başlayacaq. Lakin şikayətlər 3 gün müddətinə verilməlidir. On müraciətdən doqquz şikayəti MSK-ya göndərməklə səhv ediblər. Çünki şikayətlər dairələrə göndərilməlidir. Daxil olan şikayətləri məcbur qalıb biz dairələrə yönləndirdik. Araşdırmanı isə kim izləmək istəyirsə, proseslərdə iştirak edə bilər. Araşdırmalarımız sərbəstdir”, - deyə MSK sədri Məzahir Pənahov qeyd edib.
4-09-2024, 15:59
Seçkilərdən sonra MSK-nın ilk iclası


Seçkilərdən sonra MSK-nın ilk iclası

Sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərindən sonra ilk iclası keçirilir.
İclasın gündəliyinə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması və cari məsələlər daxil edilib.
4-09-2024, 15:51
Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI


Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI

Bakıda “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə
cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.
Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.
Daha sonra Azər Əsgərov yeni mənzillərin açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.
4-09-2024, 15:43
Tarixi abidələrlə bağlı xəbərdarlıq: Bunu etmək qadağandır!


Tarixi abidələrlə bağlı xəbərdarlıq: Bunu etmək qadağandır!

Azərbaycan zəngin mədəni irsi, qədim tarixi abidələri ilə hər zaman diqqət çəkən ölkələr siyahısında olub. Əsrlər boyu ölkənin müxtəlif ərazilərində, fərqli üslublarda inşa edilən tikililər hələ də öz gözəlliyini qoruyub saxlayır. Zaman keçdikcə isə sözügedən tikililərdə restavrasiya işlərinin görülməsinə ehtiyac yaranır. Bəs abidələrin bərpası necə həyata keçirilir?
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, son illər ərzində ölkə ərazisində çoxlu sayda tarixi abidədə bərpa və konservasiya işləri aparılıb. Hazırda bərpa-konservasiya işlərinin aparılmasına ehtiyacı olan abidələrin də sayı çoxdur.
“Bildirmək istərdik ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məqsədlə abidələr müvafiq siyahıya daxil edilir və investisiya layihələrinin icrası çərçivəsində bərpa olunur.
Eyni zamanda ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlələ bərpa edilməsində də maraqlıyıq. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri aparılır.
Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən abidələrin üzərində bərpa, konservasiya işləri, onların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mütəxəssislərin nəzarəti altında aparılmalıdır. Belə olan halda abidənin konstruktiv dayanıqlığının və tarixi simasının qorunmasının ən xırda detalına kimi nəzərə alınır. Heç bir halda tarixi abidənin ilkin görkəminin dəyişdirilməsinə yol verilmir”.
Qurumdan o da bildirilib ki bəzən mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər tərəfindən qanunun qeyd olunan tələblərinə əməl olunmadan təmir-bərpa işləri aparılır. Belə olan halda da abidələrin memarlıq üslubuna, tarixi görkəminə, konstruktiv dayanıqlığına xələl gətirilir.
“Müvafiq layihələri aidiyyəti üzrə razılaşdırılmadan, aidiyyəti dövlət orqanlarını məlumatlandırmadan abidələrin üzərində hər hansı işlərin aparılması qadağandır, belə hallar aşkar edildikdə tarixi abidəyə müdaxilə hesab olunur və dərhal müvafiq tədbirlər görülür”, - deyə Fariz Hüseynli vurğulayıb.
4-09-2024, 15:31
Azərbaycan tarixi ilə bağlı yenilik - Marksizm konsepsiyasından imtina edilir


Azərbaycan tarixi ilə bağlı yenilik - Marksizm konsepsiyasından imtina edilir

Azərbaycan tarixinin dövrləşməsi ilə bağlı yeni konsepsiya hazırlanır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktorunun müavini İlqar Niftəliyev məlumat verib.
O qeyd edib ki, konsepsiya İnstitutun baş direktoru Kərim Şükürovun rəhbərliyi ilə hazırlanır.
“Bu konsepsiyada dövrlər Azərbaycanın dövlətçiliyi əsasında bölünəcək. Yəni artıq Marksizm konsepsiyasından imtina edirik. Hətta hazırladığımız konsepsiyada qədim dövr belə Azərbaycan dövlətçiliyi ilə qeyd ediləcək. Hazırda bir cildlik Azərbaycan tarixi hazırlanır. Burada dövrləşmə konsepsiyası öz əksini tapacaq. Bu konsepsiya Kərim Şükürovun A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna rəhbərliyə gəldiyi zamandan hazırlanmağa başlanıb. Hazırladığımız konsepsiya Azərbaycan tarixində yeni bir istiqamət olacaq”.
O qeyd edib ki, Konsepsiyaya görə dövrləşmə Azərbaycanın dövlətə qədərki dövrü ilə başlayacaq:
“Sonra isə Azərbaycanın qədim dövlətləri dövrü gələcək ki, buraya Manna, Atropatena, Albaniya dövlətləri daxil olacaq. Sonrasında isə İslamaqədərki dövr qeyd ediləcək. İslamdan sonrakı dövr isə bölünəcək. Burada Azərbaycan dövlətlərinin bir-birini əvəz etməsi öz əksini tapacaq. Bu dövr Şirvanşahlar, Sacilər, Salarilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən 19-cu əsrin əvvəllərinə qədər davam edəcək. Ümumiyyətlə 19-cu əsrin əvvəllərinə qədər Azərbaycan tarixinə bütöv konsepsiyada baxılacaq. Amma bundan sonrakı dövrdə ayrı-ayrılıqda Cənubi Azərbaycan və Şimali Azərbaycan dövrləşməsi qeyd olunacaq. Sonrakı dövrü isə konsepsiyada aydın şəkildə görə biləcəyik".
4-09-2024, 15:30
Rəsmi Bakıdan Fransaya cavab: Qarayaxma kampaniyasını dayandırın!


Rəsmi Bakıdan Fransaya cavab: Qarayaxma kampaniyasını dayandırın!

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
O qeyd edib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.
Ayxan Hacızadə deyib ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır.
"Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur.
Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır.
Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.
Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik", - XİN sözçüsü vurğulayıb.
4-09-2024, 15:10
Şeyx Dini Komitənin yeni sədri ilə görüşdü - FOTO


Şeyx Dini Komitənin yeni sədri ilə görüşdü - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq işlərinin effektiv koordinasiyası məqsədilə yaradılacaq təşkilat komitəsində Dövlət Komitəsi və QMİ nümayəndələrinin təmsil edilməsinin zəruri olduğu vurğulanıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!