Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
25-11-2024, 23:39
Ermənistanda qumbara partlatmaq istədilər


Ermənistanda qumbara partlatmaq istədilər

Ermənistanın Kotayk vilayətində bir nəfər qumbara partlatmaq istəyib.
Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis əməkdaşları onu dilə tutaraq fikrindən daşındıra biliblər.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edilir ki, hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb.
Faktla bağlı cinayət işi qaldırılıb.
25-11-2024, 22:35
İlham Əliyev Trampa zəng etdi


İlham Əliyev Trampa zəng etdi

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.
25-11-2024, 22:24
NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü?


NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü?

NATO-nun Baş katibi Mark Rutte noyabrın 25-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparıb.
Hərbi-siyasi blokun rəhbəri ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş bir saata yaxın və mətbuata qapalı keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər.
Gün ərzində Alyansın rəhbəri H.Fidan və Y.Gülər ilə də ayrı-ayrılıqda görüşlər keçirib.
Türkiyə Prezidentinin Administrasiyası bildirib ki, NATO Baş katibinin iştirakı ilə keçirilən danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb.
Bundan əlavə, görüşlərdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.
25-11-2024, 22:03
65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA


65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA

Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıqları zaman əmək müqavilələrinə xitam verilir. Lakin bəzi istisna hallarda bu müqavilə uzadıla bilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, mövcud qanunvericiliyə əsasən, əgər ümumi təhsil müəssisəsində 65 yaşına çatmış müəllimin fəaliyyətini davam etdirməsinə zərurət varsa, ümumi təhsil müəssisəsi təhsilverənin razılığı ilə onun çalışma müddətinin uzadılması barədə qərar qəbul etmək hüququna malikdir:
“Dövlət ümumi təhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət müəssisəsinin rəhbəri tərəfindən uzadıla bilər”, - deyə sorğuda qeyd olunub.
25-11-2024, 21:46
"Bəy hamamı"nda yanğın


"Bəy hamamı"nda yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
25-11-2024, 21:02
Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var


Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlar 43 yaşlı Bayramova Fərqanə Lətif qızı, 34 yaşlı Qurbanova Türkanə Səfi qızı, 36 yaşlı Daşdəmirova Ramilə Əli qızı, 68 yaşlı Rüstəmov Arif Lətif oğlu və 54 yaşlı Məmmədova Qərənfil Lətif qızıdır.
Qeyd edək ki, zəncirvari qəza nəticəsində xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
25-11-2024, 20:14
Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı


Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı

20-24 noyabr 2024-cü il tarixdə Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin Antalyada keçirilən 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısı keçirilib.
Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə 80-ə yaxın aparıcı mütəxəssis iştirak edib. Toplantıda türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb, tibb sahəsində əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Toplantıda çıxış edən ölkə nümayəndələri öz ölkələrində ürək-damar cərrahiyyəsi, cərrahi təlim və xəstələrə qulluq sahəsində mövcud olan çatışmazlıqlar barədə məlumat verib, onların aradan qaldırılması istiqamətində yol xəritəsi müəyyən edilib, gələcəkdə həyata keçiriləcək təlimlərin əsası qoyulub.
Yeni yaradılmış Birlik Türk Dünyası ölkələrində ürək-damar cərrahiyyəsi sahəsində davamlı təhsil proqramları həyata keçirmək, bu ölkələrdən olan mütəxəssislərin qarşılıqlı təcrübə proqramlarında iştirakını təmin etmək üçün layihələr hazırlayıb. Layihə çərçivəsində həkimlər, tibb bacıları və perfuzionist mütəxəssislərin İstanbul və Ankarada 7-14 günlük təlim proqramlarında iştirakı planlaşdırılır. Bu layihələrin icrasına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən də dəstək veriləcək.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, Prof. Dr. Kamran Musayev Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılmasının Türk Dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumat mübadiləsinin daha sistemli aparılması üçün əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılması təşəbbüsü 19-21 may 2023-cü ildə Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi zamanı "Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masada irəli sürülüb.
25-11-2024, 19:46
Ədalət Verdiyevi neçə il həbs gözləyir?


Ədalət Verdiyevi neçə il həbs gözləyir?

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Məcəllənin 284.1-ci maddəsinə əsasən, şəxs ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatları yaydıqda, dövlətə xəyanət əlamətləri olmadıqda, onu üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.
308.2-ci maddəyə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Beləliklə, Ədalət Verdiyevə irəli sürülən ittihamlar sübut edilərsə, onu ən çoxu 13 ilə qədər həbs gözləyir.
25-11-2024, 19:35
Putin ona yüksək vəzifə verdi


Putin ona yüksək vəzifə verdi

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Sərəncam əsasən, bu vəzifəyə Rusiya baş nazirinin müavini Vitali Savelyev təyin edilib.
25-11-2024, 19:27
Əli Əsədovdan Səhiyyə Nazirliyi barədə qərar


Əli Əsədovdan Səhiyyə Nazirliyi barədə qərar

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan büdcədən maliyyələşən elmi-tədqiqat institutları siyahısından aşağıdakı qurumlar çıxarılıb:

-Mərkəzi Qan Bankının Gəncə bölməsi

-Mərkəzi Qan Bankının Şəki bölməsi

-Mərkəzi Qan Bankının Quba bölməsi

-Mərkəzi Qan Bankının Sumqayıt bölməsi

-Mərkəzi Qan Bankının Lənkəran bölməsi

-Mərkəzi Qan Bankının Bərdə bölməsi

-Mərkəzi Qan Bankının Şirvan bölməsi

-Mərkəzi Qan Bankının Mingəçevir bölməsi.

Eyni zamanda qərara əsasən, həmin qurumlar publik hüquqi şəxs statusunda Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib:

Respublika Qan Bankı

-Respublika Qan Bankının Gəncə bölməsi

-Respublika Qan Bankının Şəki bölməsi

-Respublika Qan Bankının Quba bölməsi

-Respublika Qan Bankının Sumqayıt bölməsi

-Respublika Qan Bankının Lənkəran bölməsi

-Respublika Qan Bankının Bərdə bölməsi

-Respublika Qan Bankının Şirvan bölməsi

-Respublika Qan Bankının Mingəçevir bölməsi.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!