Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
20-11-2024, 20:42
Fatma Mahmudova beyin infarktı keçirib


Fatma Mahmudova beyin infarktı keçirib

Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib.
Bu barədə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində məlumat verib.
Proqramın aparıcısı Aytəkin Mərdanova “Aylarla bunu gizlədib. Qızı Nigar deyir ki, anam telefonla danışırdı, elə bildik gülür. Amma gördük rəngi dəyişdi, halı pisləşdi” sözlərini dilə gətirib.
Qızı İntizar isə aparıcının bu açıqlamasına “Çox qorxduq, sarsıntı keçirtdik. Allah heç bir övlada bunu yaşatmasın. Sağalması 6-7 ay çəkdi” fikirlərini ifadə edib.
F.Mahmudova səhhəti ilə bağlı “Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə vəziyyətimin belə olduğunu bildirmədim” açıqlamasını verib.
20-11-2024, 20:25
Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu


Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu

Ukrayna ilk dəfə Rusiya ərazisini Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə hədəfə alıb.
Bu barədə "Bloomberg" agentliyi anonim Qərb mənbəsinə istinadən məlumat yayıb.
Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın ilk dəfə olaraq Amerikanın ATACMS raketləri ilə Bryansk bölgəsinə hücum etdiyini açıqlayıblar. Ukrayna məlumatı rəsmən təsdiqləməyib.
Çərşənbə günü səhər saatlarında Rusiyanın teleqram kanalları Ukraynanın ilk dəfə olaraq Kursk bölgəsinə "Storm Shadow" raketləri ilə hücum etdiyini bildirib. Rusiya ordusu bu məsələ ilə bağlı açıqlama verməyib.
20-11-2024, 19:24
Kərim Vəliyev Pakistanda marşalla görüşdü


Kərim Vəliyev Pakistanda marşalla görüşdü

Pakistanda səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini və geniş imkanlara malik olduğu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.
Görüşdə Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.
20-11-2024, 19:18
İmran Xan azadlığa buraxıldı


İmran Xan azadlığa buraxıldı

Pakistanın keçmiş Baş naziri və müxalif “Ədalət naminə hərəkat” partiyasının qurucusu İmran Xan azadlığa buraxılıb.
O, girov müqabilində sərbəst buraxılıb.
Məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
20-11-2024, 19:07
Ağdam sakinlərə şad xəbər - Köç bu tarixdə başlayacaq


Ağdam sakinlərə şad xəbər - Köç bu tarixdə başlayacaq

Ağdamın 2-ci yaşayış məhəlləsində 11 kvartalda 1268 mənzilin tikintisi planlaşdırılır. Bu barədə Ağdam və Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Qeyd olunub ki, Sarıcalı kəndində 203, Xıdırlı kəndində 719, Kəngərli kəndində isə 292 fərdi evin eləcə də iaşə obyektlərinin tikintisi davam edir. İTV-də bildirilib ki, bu ilin sonunda Ağdama ilk köç başlayacaq.
Qurumun mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdamın Baş Qərbənd kəndi ən böyük kəndlərindən biridir. O qeyd edib ki, bu kənd “Ağıllı kənd” layihəsi olaraq inşa olunacaq.
"Kənddə Azərbaycan Respublikasının vəsaiti hesabına Slovakiyalı mühəndislər tərəfindən ağıllı həllər icra olunacaq. Kəndin ümumi sahəsi 476 hektardır. İlkin mərhələdə 275 hektar ərazidə 851 fərdi ev tikilməsi planlaşdırılır. Eləcə də burada alternativ enerji mənbələrində, Yaşıl enerjidən, tullantıların utilizasiyasından istifadə olunması da nəzərdə tutulur”, - mətbuat katibi kanala açıqlamasında deyib.
20-11-2024, 18:52
Avtobus zolaqlarına girənlər cəzalandırıldı


Avtobus zolaqlarına girənlər cəzalandırıldı

Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtobus zolağına daxil olan minik avtomobilləri ilə bağlı reyd keçirib.
Tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.
Qeyd edək ki, İdarə tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
"Xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar. Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər", - İdarədən bildirilib.
20-11-2024, 18:16
QHT sədri ilə  müsahibə


QHT sədri ilə müsahibəni təqdim edirik:

İqlim dəyişikliyi dünyamızın ən vacib problemlərindən birinə çevrilib və bu, xüsusilə gələcəyin nəsli olan uşaqlar üçün böyük təhlükələr yaradır. Uşaqların sağlamlığı, rifahı və gələcəyi üçün bu məsələnin həlli həyati əhəmiyyət kəsb edir. Bu gün, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva ilə iqlim dəyişikliyinin uşaqların gələcəyinə təsirləri, bu təsirlərin qarşısını almaq üçün atılacaq addımlar və təşkilatın bu sahədəki fəaliyyəti barədə söhbət etdik.
-Könül xanım, iqlim dəyişikliyinin uşaqların gələcəyi və rifahına mənfi təsirlərini azaltmaq üçün hansı tədbirlər həyata keçirilə bilər?
-İqlim dəyişikliyi uşaqların gələcəyinə çox ciddi təsirlər göstərir. Xüsusilə, sağlamlıq və təhlükəsizlik baxımından böyük risklər yaranır. Hava çirkliliyi, suyun keyfiyyətinin pisləşməsi, təbii fəlakətlərin artması kimi amillər uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir edir. İqlim dəyişikliyi nəticəsində artan xəstəliklər, məsələn, tənəffüs xəstəlikləri, uşaqlar arasında daha çox yayılır. Bu səbəbdən, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün həm təhsil, həm də sağlamlıq sahələrində ciddi tədbirlər görülməlidir. Təbii ki, ən önəmli addım uşaqları və valideynləri maarifləndirməkdir.
-Təşkilatınız COP 29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı uşaqlar və valideynlər arasında maarifləndirmə aparmağı planlaşdırırmı?
-Bəli, bizim təşkilat COP 29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə kampaniyaları keçirməyi planlaşdırır. Bu tədbirlərdə uşaqlara və valideynlərə iqlim dəyişikliyinin nə qədər ciddi bir problem olduğunu izah edəcək, onları bu məsələ ilə bağlı tədbirlərdə aktiv iştirak etməyə təşviq edəcəyik. Maarifləndirmə, təlimlər və interaktiv fəaliyyətlər vasitəsilə iqlim dəyişikliyi mövzusunda daha geniş məlumat paylaşılacaq. Biz, xüsusən uşaqların bu mövzuda daha çox məlumatlı olmasını və onlara gələcəkdə bu problemlə mübarizə aparmağı öyrətməyi hədəfləyirik.
-İqlim dəyişikliyinin uşaqların sağlamlığına olan təsir risklərinin qarşısını almaq üçün hansı strategiyalar hazırlanmalıdır?
-İqlim dəyişikliyi uşaqların sağlamlığına çox ciddi təsir edir. Hava keyfiyyətinin pisləşməsi və su çatışmazlığı kimi amillər xüsusən tənəffüs xəstəliklərini, allergiyaları və digər sağlamlıq problemlərini artırır. Buna görə, bu risklərin qarşısını almaq üçün həm fiziki, həm də psixoloji sağlamlıq məsələlərində güclü bir strategiya hazırlanmalıdır. Bu strategiyaların arasında təmiz hava, su və qida təminatının gücləndirilməsi, təbii fəlakətlərə qarşı hazırlıq tədbirləri, həmçinin xəstəliklərin qarşısını almağa yönəlmiş maarifləndirmə və təlimlər olmalıdır.
- “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi olaraq bu sahədə hansı konkret tədbirləri həyata keçirmək niyyətindəsiniz?
-Təşkilatımız uşaqlara və ailələrə iqlim dəyişikliyinin təsirləri haqqında məlumat vermək və bu təsirləri azaltmaq məqsədilə müxtəlif layihələr həyata keçirir. Biz iqlim dəyişikliyi ilə mübarizə aparan silsilə tədbirlər planlaşdırırıq, o cümlədən ağacəkmə aksiyaları, təlimlər, seminarlar və maarifləndirmə kampaniyaları. Bu tədbirlər vasitəsilə uşaqları və ailələri iqlim dəyişikliyi mövzusunda məlumatlandırmaq və onlara bu məsələyə qarşı mübarizə aparmaq üçün praktiki bacarıqlar öyrətmək istəyirik.
-Son olaraq, iqlim dəyişikliyinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyətinə dair fikirləriniz nədir?
- İqlim dəyişikliyi ilə mübarizə yalnız bir təşkilatın və ya dövlətin vəzifəsi deyil, həm də cəmiyyətin birgə səyləri ilə həyata keçirilməli olan bir prosesdir. Dövlətin, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin hər bir üzvünün bu mübarizədə aktiv rol oynaması vacibdir. İqlim dəyişikliyi məsələsini həll etmək üçün həm fərdi, həm də kollektiv səylər tələb olunur. Cəmiyyət olaraq biz hər bir fərd, təşkilat və dövlət qurumu ilə birlikdə bu məsələyə diqqət yetirməliyik ki, gələcək nəsillərə daha sağlam və dayanıqlı bir dünya buraxaq.

Pərvanə FƏRHADQIZI
20-11-2024, 17:56
Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA


Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib. Nazirlər Kabineti tərəfindən Aİ-95 də bu siyahıya salınacaq. Bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
Qeyd edək ki, hazırda Aİ-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu benzinin qiyməti 1.10 AZN-dir.
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli hökumətin benzin növləri üzərində qərar qəbul edilmə prosesini Tarif Şurasının çərçivəsinə salması qərarların qəbulu zamanı SOCAR şirkətinin nəzərə ala bilməyəcəyi amillərin də nəzərə alınmasına gətirib çıxaracağını, bunun da məzmun maraqlarının uzlaşdırılması baxımından faydalı olduğunu bildirib.
"Bütün bunların fonunda daha mühüm xəbər ondan ibarətdir ki, Aİ-95 markalı benzin ölkə daxilində istehsal olunur. Bu o deməkdir ki, artıq daha ucuz maya dəyərində istehsal edilməsi imkanları mövcuddur. Əvvəllər Aİ-95 markalı benzini xaricdən idxal edirdik. Bu zaman isə əlavə logistik xərclər, istehsalçının istədiyi mənfəət marjasını qəbul etmək məcburiyyətində idik", - o, televiziyaya açıqlamasında qeyd edib.
Ekspert qeyd edib ki, hazırda Aİ-95 markalı benzinin ölkə daxilində istehsal edilməsi də həm qiymətlərin kəskin tərəddüdünün qarşısını alır, həm də benzinin həddən artıq qazancla satılmasının qarşısını alır.
20-11-2024, 17:54
Husilər Türkiyə gəmisini raket atəşinə tutub


Husilər Türkiyə gəmisini raket atəşinə tutub

Yəmən husiləri Panama bayrağı altında üzən Türkiyə yük gəmisi "Anadolu S"ə iki raket atıblar.
Bu barədə Türkiyə KİV yazıb.
"Yəmən donanması "Anadolu S" gəmisi Qırmızı dənizdə olarkən bir neçə ballistik və gəmi əleyhinə raketlərlə əməliyyata başlayıb", - Husilərin sözçüsü bildirib.
İlk hücum noyabrın 17-də baş verib, raket gəminin arxa hissəsindən təxminən 500 metr aralıda düşüb. Noyabrın 18-də ikinci raket atılıb və o, yük gəmisindən bir mil aralıda düşüb. Gəmi ciddi ziyan görməyib və Pakistanın Kəraçi limanına doğru səyahətinə davam edib.
20-11-2024, 17:37
Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu


Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.
Komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli son illərdə vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılmış dəyişikliklərdən danışıb. Bildirib ki, bu gün təklif olunan dəyişikliklər də biznesin və investisiya fəallığının dəstəklənməsinə yönəlmiş bir layihə paketidir. Bu dəyişikliklər vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına yönəlib. Xidmət rəisi təklif olunan dəyişikliklərin istiqamətləri barədə danışaraq, qeyd edib ki, bu, özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişikliklərdir.
Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov slaydlar əsasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi barədə ətraflı məlumat verib. Layihənin əhatə dairəsi barədə danışan Baş idarə rəisi bildirib ki, 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur. Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikro sahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.
Sonra Baş idarə rəisi sadalanan sahələrin hər biri üzrə ayrı-ayrılıqda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb.
Çıxış edən deputatlar dəyişikliklərin ölkəmizdəki fiskal siyasətin mahiyyətinə uyğun olduğunu, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün bir sıra məsələləri əhatə etdiyini diqqətə çatdırıblar, qeyd və təkliflərini səsləndiriblər.
Maliyyə Nazirliyinin şöbə müdiri Fikrət Şirinov Vergi Məcəlləsinə bu dəyişikliklərdə nəzərdə tutulan güzəştlərin Dövlət büdcəsinə təsiri barədə məlumat verib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deputatların səsləndirdikləri məsələlərə münasibət bildirdikdən sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Sonra Azər Əmiraslanov bildirib ki, gündəliyin növbəti məsələləri birinci oxunuşda olan 3 qanun layihəsidir.
Bunlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir. Bildirilib ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər texniki, uyğunlaşdırma və təşviqetmə məqsədi daşıyır.
Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!