Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Təyyarə qəzası ilə bağlı növbəti toplantı .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                       
17-11-2024, 14:02
Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddiaları olmamalıdır - Prezident


Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddiaları olmamalıdır - Prezident

Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlət başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib.
17-11-2024, 13:37
Prezident ABŞ nümayəndə heyəti ilə görüşdü


Prezident ABŞ nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlətimizin başçısı COP29-un uğurla keçdiyini deyərək vurğuladı ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib. Prezident İlham Əliyev qeyd etdi ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirdi.
Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdılar.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-nin ölkəmizə dəstəyi xatırlandı, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olundu.
Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğuladı.
Dövlətimizin başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşlıqlı faydalı əməkdaşlığımızı qeyd etdi.
Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxundu, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırladı və bu müqaləvinin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğuladı, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini dedi.
Dövlətimizin başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxundu, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd etdi. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğuladı, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirdi və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu dedi.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edildi.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğuladı, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladı.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlətimizin başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirdi.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğuladı, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd etdi. Bildirdi ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olundu, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunuldu.
17-11-2024, 12:53
Sabahın havası


Sabahın havası

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
17-11-2024, 11:52
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrləri görüşdü


Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrləri görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarova ölkəmizin evsahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına və oradakı çıxışına görə qonağa təşəkkür edib.
Söhbətdə Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Spiker Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin ölkəmizə səfərə gələrək COP29-da iştirak etməsini, noyabrın 13-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşündən sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasiminin keçirilməsini məmnunluqla qeyd edib. Bildirilib ki, bizim özbək dostlarımızın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isə Xankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisənin yaradılmasına kömək göstərmələri qardaşlıq münasibətinin təzahürüdür.
Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Tənzilə Narbayeva COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanın gələcəyi üçün önəmini qeyd edib.
Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib. O, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb.
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.
17-11-2024, 11:33
Netanyahunun iqamətgahına raketlər atıldı


Netanyahunun iqamətgahına raketlər atıldı

İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki işıqlandırıcı raket düşüb.
Bu barədə "The Times of Israel" qəzeti polisin və İsrailin Baş Təhlükəsizlik Qüvvələrinin (Şin Bet) məlumatlarına istinadən yazıb.
Qeyd olunub ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb:
“Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına atılan iki işıqlandırıcı raket evin həyətinə düşüb. Heç bir ziyan dəyməyib.Netanyahu və ailəsi həmin vaxt evdə olmayıblar”, - deyə məlumatda bildirilir.
Polis və Şin Bet hadisə ilə bağlı araşdırmaya başlayıb.
17-11-2024, 11:02
Rusiyadan Ukraynaya raket hücumu - Elektrik enerjisi kəsilib


Rusiyadan Ukraynaya raket hücumu - Elektrik enerjisi kəsilib

Noyabrın 17-də səhər saatlarında Rusiya Ukraynaya iri raket hücumu həyata keçirib. Enerji infrastrukturu obyektləri hücuma məruz qalıb.
DTEK - Ukraynanın ən böyük özəl enerji şirkətinin məlumatına görə, Rusiyanın zərbələri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunacaq.
"Kiyev, Kiyev vilayəti, Donetsk vilayəti, Dnepropetrovsk vilayəti, Ukrenerqo istiqamətində elektrik enerjisi kəsilib", – məlumatda bildirilir.
17-11-2024, 10:34
Sahibə Qafarova albaniyalı həmkarı ilə görüşdü


Sahibə Qafarova albaniyalı həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qonağı salamlayan spiker Sahibə Qafarova COP29 tədbirində iştirakına və maraqlı çıxışına görə Albaniya Parlamentinin sədrinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Albaniya Prezidenti Edi Rama da COP29-un Liderlər Sammitində iştirak edib. Bu faktlar ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisidir.
Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıraraq, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla evsahibliyi etdiyini qeyd edib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.
Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və bütün ölkələr bu problemdən əziyyət çəkirlər. Tərəflər inkişaf etmiş dövlətlərin kiçik ada dövlətlərinə dəstəyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Albaniya Parlamentinin sədri Milli Məclisin sədri ilə cari ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində keçirdiyi görüşü məmnunluqla xatırlayıb, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Qeyd olunub ki, ölkələrimiz arasında mühüm layihələr həyata keçirilir.
Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın daha da gücləndirilməsi haqqında müzakirələr aparılıb. Parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Qarşılıqlı səfər və təmasların, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.
Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. O, təəssüflə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Lakin Azərbaycan öz inkişaf yoluna sadiqdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

17-11-2024, 09:36
ABŞ kəşfiyyatı terrorçulara təlim keçir - İranlı general


ABŞ kəşfiyyatı terrorçulara təlim keçir - İranlı general

“ABŞ kəşfiyyatı İranın cənub-şərqində terror aktları törədən yaraqlılara təlim keçir”.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının hüquqi məsələlər üzrə müavini, general Əli Şamxani deyib.
“İranın cənub-şərqindəki terror qrupları Amerika silahlarından istifadə edərək terror aktları həyata keçirir. Onlar etiraf ediblər ki, Amerika kəşfiyyatı onlara təlim keçib”, - deyə Əli Şamxani bildirib.
O əlavə edib ki, ABŞ Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə İrana 1 trilyon dollar təzminat ödəməlidir.
17-11-2024, 09:11
ABŞ-də meymunçiçəyi aşkarlandı


ABŞ-də meymunçiçəyi aşkarlandı

Afrikada müəyyən edilmiş meymunçiçəyinin yeni ştamına ABŞ-da ilk yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni ştama yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-a qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.
Qeyd edək ki, bu ilin əvvəlində meymunçiçəyinin yeni, daha yoluxucu bir növü ortaya çıxıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.
Almaniya, Hindistan, Böyük Britaniya və digər ölkələrdə də yoluxma halları qeydə alınıb.
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun simptomları ürəkbulanma, qızdırma, səpgi, qaşınma və əzələ ağrısıdır.
17-11-2024, 09:11
ABŞ-də meymunçiçəyi aşkarlandı


ABŞ-də meymunçiçəyi aşkarlandı

Afrikada müəyyən edilmiş meymunçiçəyinin yeni ştamına ABŞ-da ilk yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni ştama yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-a qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.
Qeyd edək ki, bu ilin əvvəlində meymunçiçəyinin yeni, daha yoluxucu bir növü ortaya çıxıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.
Almaniya, Hindistan, Böyük Britaniya və digər ölkələrdə də yoluxma halları qeydə alınıb.
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun simptomları ürəkbulanma, qızdırma, səpgi, qaşınma və əzələ ağrısıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!