"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
16-11-2024, 18:56
Ceyhun Bayramov norveçli nazirlə görüşdü


Ceyhun Bayramov norveçli nazirlə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.
Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.
16-11-2024, 18:48
Paşinyan Trampa zəng etdi


Paşinyan Trampa zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Trampı seçkilərdəki qələbə münasibətilə təbrik edib və ona son illər Ermənistan-ABŞ münasibətlərində baş verən hadisələr və hazırkı vəziyyət barədə məlumat verib.
Regional gündəliyə aid məsələlər də müzakirə olunub.
16-11-2024, 18:20
Fransa və Ermənistan COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev AÇIQLADI


Fransa və Ermənistan COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev AÇIQLADI

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.
Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib: “Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.
Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmaması məsələsindən də danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib: “Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.
Prezidentin köməkçisi Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutmasının da anlaşılan olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər. “Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
16-11-2024, 18:08
Makron da Putinə zəng edəcək? - Peskovdan cavab


Makron da Putinə zəng edəcək? - Peskovdan cavab

Almaniya kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığından sonra Fransa Prezidenti Emmanuel Makronun da Moskvaya zəng edəcəyi barədə iddialar yayılıb.
Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını təklif etməyib.
Qeyd edək ki, Şolts Putinlə söhbət zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.
16-11-2024, 17:24
“Azərişıq”la “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” arasında memorandum imzalandı


“Azərişıq”la “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” arasında memorandum imzalandı

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub. Görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qonaqlara paylayıcı şəbəkələrdə tətbiq olunan yeniliklər, o cümlədən rəqəmsal şəbəkələr, 35/04 kV-luq şəbəkələrə keçid, Enerji Doldurma Məntəqələrinin vahid platforma üzərindən idarə olunması və digər müasir texnologiyaların paylayıcı şəbəkələrdə tətbiqi haqqında geniş məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər arasında baş tutan işgüzar görüşdə “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənəddə innovativ texnologiyalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. Bu istiqamətlər üzrə hər iki ölkənin paylayıcı şəbəkələri beynəlxalq təcrübədən yararlanmağı qarşısına məqsəd qoyub. Həmçinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək üçün gələcəkdə mütəxəssislərin davamlı görüşləri də nəzərdə tutulub.
16-11-2024, 16:53
Milli Məclislə Beynəlxalq Parlament Memorandum imzaladı


Milli Məclislə Beynəlxalq Parlament Memorandum imzaladı

Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib.
Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Anlaşma Memorandumu Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığı möhkəmləndirəcək.


16-11-2024, 16:49
Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var - Hikmət Hacıyev


Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var - Hikmət Hacıyev

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.
Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un Sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
“Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya haqda yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk-nyus və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir. Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntiləri var”, - deyə Prezidentin köməkçisi xüsusi vurğulayıb.
16-11-2024, 16:37
Gələn il pensiyalar bu qədər artacaq - AÇIQLANDI


Gələn il pensiyalar bu qədər artacaq - AÇIQLANDI

2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov yutub kanalında yerləşdirdiyi videoda bildirib.
O qeyd edib ki, parlamentdə gələn həftə büdcə müzakirəsi olacaq:
"Orada da artımlarla bağlı, eləcə də bir sıra məsələlər öz əksini tapacaq. Bildiyiniz kimi, bu həftə təqdim olunan məlumata əsasən, 2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir. Artım minumum pensiya məbləği ilə yox, ölkə üzrə orta aylıq pensiya məbləğindəki artımı xarakterizə edir. Ona görə də artım birbaşa ölkə üzrə orta aylıq pensiya məbləğinə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözlənti orta aylıq pensiya məbləğinin 516 manata yüksəlməsi ilə bağlıdır”.
Deputat bütün növ əmək pensiyalarında artımların olacağını açıqlayıb:
“Minumum pensiya və minumum maaşın artırılması ilə bağlı cənab Prezident tərəfindən göstəriş verilib. Həmin göstərişə uyğun olaraq, artımla bağlı məsələlər yekunlaşmaq üzrədir. Bizim təklifimiz ondan ibarətdir ki, 2023-2024-cü illərdəki artım faizi, inflyasiya nəzərə alınmaqla pensiya və minimum maaşda artımlar həyata keçirilsin. Biz fiskal imkanlar çərçivəsində daha çox artımların həyata keçməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı gələn həftə başlanılacaq büdcə müzakirələrində də öz təkliflərimizi təklif edəcəyik. Hər iki istiqamətdə, pensiya və əmək haqqı artımları növbəti ildən reallaşmalıdır. Bu proses praktik olaraq yekunlaşmaq üzrədir. Artıq dekabrın sonuna doğru büdcə təsdiq olunacaq. Cənab Prezident tərəfindən növbəti ilin əvvəlində gözlənilən sərəncam imzalanacaq. Bütün növ əmək pensiyalarında artım olacaq. Bu, indeksləşdirmə əsasında artımdır. İndeksləşdirmə inflyasiyaya əsasən yox, orta aylıq artım faizinə əsasən həyata keçirilir. 2024-cü ildə orta aylıq əmək haqqı nə qədər artırılıbsa, pensiya da o qədər artırılacaq. Burada bütün növ əmək pensiyalarından söhbət gedir”.
16-11-2024, 16:28
COP29-a görə bağlanan daha iki marşrut açılır


COP29-a görə bağlanan daha iki marşrut açılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.
AYNA-dan bildirilib ki, noyabrın 18-dən başlayaraq hərəkət sxemləri bərpa ediləcək marşrutlar 4 və 10 nömrəli marşrutlardır.
“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək”, - deyə AYNA-nın məlumatında bildirilir.
16-11-2024, 15:55
Seçkini uduzdu, bir gün sonra öldü


Seçkini uduzdu, bir gün sonra öldü

ABŞ Senatına Demokratlar Partiyasından namizəd Con Maklin həyatını itirib.
Bu barədə "Associated Press" agentliyi xəbər verir.
Arizona ştatından Senata namizəd olan 68 yaşlı siyasətçi seçkini uduzmasından bir gün sonra yol qəzasında həlak olub. Məlumata görə, sərxoş sürücü "Toyota" markalı avtomobillə Tukson şəhərində Con Maklinin idarə etdiyi maşını vurub. Maklin hadisə yerində vəfat edib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, sürücü həbs edilib və araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!