Milli Qəhrəmanın oğlunun toyudur .....                        Prezident özəl TV və radiolara pul ayırdı - SƏRƏNCAM .....                        Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin İslam Sonrası Siyasi İradəsini Təmsil Edən Dövlətlər Üzərinə .....                        Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                       
16-11-2024, 15:23
Separatçıların lideri istefa verməyə hazırdır


Separatçıların lideri istefa verməyə hazırdır

Abxaziyada separatçıların lideri Aslan Bjaniya istefa verməyə hazır olduğunu bildirib.
Bjaniya doğulduğu Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşdə bu barədə danışıb. O, müxalifət qüvvələrinin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu bəyan edib.
Bjaniya əlavə edib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada keçiriləcək "prezident seçkilərində" namizədliyini irəli sürəcək.
O, etirazçıların hərəkətini "dövlət çevrilişi" adlandırıb. Bjaniyanın sözlərinə görə, müxalifət təzyiq göstərir və "deputatları" “prezidentin istefası ilə bağlı qeyri-qanuni qərar” qəbul etməyə məcbur edir: “Bu qərar verilməyəcək. İstəmirəm sizdə hakimiyyətdən yapışdığım təəssüratı yaransın... Mən seçki təyin etməyə, istefa verməyə... və seçkiyə getməyə hazıram. Qoy insanlar kimə dəstək verəcəklərini desinlər”.
Qeyd edək ki, Abxaziyada etirazlar noyabrın 11-də başlayıb. Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb. Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək. Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar.
Ötən gün isə etirazçılar separatçıların binalarına hücum ediblər. Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər.
16-11-2024, 15:10
MÜSİAD rəsmiləri Azərbaycana gəldi - FOTO


MÜSİAD rəsmiləri Azərbaycana gəldi - FOTO

MÜSİAD İdarə Heyətinin üzvü, enerji səmərəliliyi üzrə mütəxəssis Altuğ Karataş və “MÜSİAD İnvest”in sədri Serhat Kısakürek MÜSİAD Azərbaycan mərkəzini ziyarət edib.
Səhər yeməyi ilə başlayan proqram, iki ölkə arasında əməkdaşlığı gücləndirəcək mühüm mövzuların müzakirə olunduğu görüşlə davam edib.
Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə yanaşı, MÜSİAD Azərbaycan digər üzvləri də iştirak edib.Görüşlər zamanı Azərbaycanın COP29 Sammitindəki rolu, ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə üzərlərinə düşən vəzifələr və bu sahədə yaranan imkanlar geniş şəkildə müzakirə edildi.
Həmçinin qarşılıqlı danışıqlar əsnasında Azərbaycanın dayanıqlı enerji potensialına xüsusi diqqət yetirildi. Ölkənin zəngin külək enerjisi resursları qlobal iqlim hədəflərinə çatmaqda mühüm fürsət olaraq qiymətləndirildi. Bu çərçivədə, Türkiyə və Azərbaycan arasında enerji sektorunda qurula biləcək tərəfdaşlıqların əhəmiyyəti vurğulandı. Türkiyənin bərpa olunan enerji texnologiyalarındakı təcrübəsi ilə Azərbaycanın təbii resurslarının birləşməsi hər iki ölkənin enerji sahəsində yeni uğurlar əldə etməsinə zəmin yaradacağı qeyd edildi.
“MÜSİAD İnvest”in sədri Serhat Kısakürek görüş zamanı qeyd etdi ki, iqlim dəyişikliyi artıq yalnız bir təhdid deyil, eyni zamanda iqtisadi fürsətlər yaradan bir sahədir. Enerji səmərəliliyi layihələri, “yaşıl iqtisadiyyat” yatırımları və karbon ticarəti kimi mövzular bu fürsətlərin əsas istiqamətləri arasında yer alır. Bundan əlavə, COP29 Sammitinin ölkələr üçün bu fürsətləri dəyərləndirmək və üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün əhəmiyyətli bir platform olduğu vurğulandı.
Görüşün sonunda, MÜSİAD Azərbaycan İdarə heyətinin sədri Rəşad Cabirli qonaqlara dərin minnətdarlığını bildirərək, MÜSİAD-ın bu cür təşəbbüslərinin Türkiyə və Azərbaycan arasındakı dostluq əlaqələrinin iqtisadi sahədə daha da dərinləşməsinə şərait yaradacağını qeyd etdi.



16-11-2024, 14:47
Qarabağ Universitetində ilk sədr seçkisi


Qarabağ Universitetində ilk sədr seçkisi

Qarabağ Universitetinin Tələbə Gənclər Təşkilatının ilk sədr seçkisi uğurla başa çatıb.
Bu barədə universitet sosial şəbəkədə məlumat yayıb.
Tələbələr arasında aparılan səsvermə nəticəsində İlyas Səfərli səs çoxluğu ilə sədr seçilib.
16-11-2024, 14:41
Bakı və Abşeron üçün alternativ su ehtiyatları yaradılacaq


Bakı və Abşeron üçün alternativ su ehtiyatları yaradılacaq

İqlim dəyişikliyi uzun müddətli quraqlıqlar və planlaşdırıla bilməyən yağıntı nümunələri ilə onsuz da məhdud olan su ehtiyatlarımıza əlavə problemlər yaradaraq, suyun mövcudluğunda daha çox dəyişkənliyə səbəb olub. Bu çağırışlar cəsarətli və innovativ həllər tələb edir və Azərbaycan bu istiqamətdə yüksəlir.
Bunu COP29 tədbiri çərçivəsində "Davamlı Su Ehtiyatlarının İdarə edilməsində innovatov yanaşmalar" mövzusunda panel müzakirəsində çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov bildirib.
Onun sözlərinə görə, ən perspektivli təşəbbüslərdən biri duzsuzlaşdırma texnologiyalarıdır. Xəzər dənizinin suyundan istifadə etməklə biz Bakı və Abşeron yarımadası üçün etibarlı alternativ ehtiyatlar yaratmağı hədəflənir. Bu yanaşma təkcə su mənbələrimizi şaxələndirmir, həm də su ehtiyatlarımızın 70%-dən çoxunu təşkil edən transsərhəd çaylardan asılılığı azaldır. Bu həllin davamlılıq məqsədlərimizə uyğun olmasını təmin etmək məqsədilə enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə üstünlük verilir.
“Azərbaycanda duzsuzlaşdırma ilə yanaşı, suyun təkrar emalı və təkrar istifadə proqramları üzərində də böyük işlər görülür. Çirkab sularını kənd təsərrüfatı və sənaye məqsədləri üçün təmizləməklə biz şirin su ehtiyatlarına təzyiqi əhəmiyyətli dərəcədə azalda bilərik.
Bu təşəbbüslər təkrar emal edilmiş suyun səmərəli və təhlükəsiz şəkildə istifadə olunmasını təmin edərək şəhər və kənd planlaşdırılmasına inteqrasiya olunur.
Azərbaycanın alternativ su mənbələrinin təminatına yanaşması bizim dayanıqlılığa və innovasiyalara sadiqliyimizi əks etdirir”, - Əsəd Şirinov qeyd edib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə müasir su anbarları tikilir və iqlimin yaratdığı çətinliklərə tab gətirmək üçün əsas su infrastrukturunu bərpa edilir.
Sədrin müşaviri onu da əlavə edib ki, buludların əkilməsi, yağış sularının yığılması və yeraltı suların kəşfiyyatı kimi potensial layihələr də su mənbələrimizi şaxələndirəcək, yağış və çay axınındakı dəyişkənliyə qarşı davamlılığı təmin edəcək.
16-11-2024, 14:35
Fransanın müxalifət lideri üçün siyasi ölüm


Fransanın müxalifət lideri üçün siyasi ölüm

Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və sabiq prezidentliyə namizəd Marin Le Penin Avropa İttifaqının (Aİ) vəsaitlərini sui-istifadə etməkdə ittiham olunur.
Prokurorlar məhkəmə prosesində onun 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə qərar verərdə, Le Penin prezidentliyə namizədliyi qadağan ediləcək. Fransalı siyasətçi təqsirli bilinərsə, qərardan apellyasiya şikayəti verə biləcək.
Le Pen TF1 kanalına açıqlamasında tələb edilən cəzanın qəbul edilməsinin özü üçün "siyasi ölüm" olacağını bildirib.
"Prokurorun tələbi son dərəcə ağırdır, çünki o, tələb olunan digər oxşar ittihamlarla müqayisə olunmayan bir cəza tələb edir və mənim siyasi ölümümü tələb edəcək qədər irəli gedir", - o qeyd edib.
Le Pen bu cəzanın partiyanı məhv etmək üçün nəzərdə tutulduğunu iddia edib.
Məlumata görə, Le Penin noyabrın 27-dən əvvəl hakim qarşısında müdafiə çıxışı etməsi və yekun qərarın 2025-ci ilin əvvəlində açıqlanması gözlənilir.
16-11-2024, 14:18
Paşinyanın partiyadaşı güllələndi


Paşinyanın partiyadaşı güllələndi

İrəvanın 17-ci kvartalında qətlə səbəb olan pul məsələsi ilə bağlı dava baş verib.
İrəvan sakini, 42 yaşlı Artur Manukyan hadisə yerində aldığı güllə yarasından ölüb.
Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan Parakar icmasının rəhbəri Lüdviq Gülnazaryan da qətl hadisəsi yerində olub, həm də bu mövzunun iştirakçısı olub. Onun da güllə yarası aldığı bildirilir.
Məlumata görə, qətldə şübhəli bilinən Lüdviq Gülnazaryanın dostu axtarılır.
Daxili İşlər Nazirliyi qətl faktını təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 155-ci (qəsdən adam öldürmə) və 335-ci (qanunsuz olaraq silah və döyüş sursatı gəzdirmə) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Qətlin iştirakçılarının dairəsi hələ də dəqiqləşdirilir.
16-11-2024, 14:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
16-11-2024, 13:54
Gürcüstan Seçki Komissiyası qarşısında qarşıdurma


Gürcüstan Seçki Komissiyası qarşısında qarşıdurma

Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında qarşıdurma yaşanıb.
Seçkilərin nəticələrinə etiraz edən bir qrup şəxslə polis arasında toqquşma baş verib.
Polis yolu bağlamağa çalışan bir neçə etirazçını saxlayıb.
Etiraz aksiyası Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin yekun protokolunu müzakirə edən zaman başlayıb. Protokolun qəbulundan bir müddət sonra etirazçılar yolu bağlamağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri etirazçıları qovub, nəqliyyatın hərəkətini dayandırıb və bir neçə nəfəri saxlayıb.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu imzalayıb. Yekun nəticələrə görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkilərində 53,93% səslə qalib gəlib və qanunverici orqandakı 150 yerdən 89-nu əldə edib.
Müxalifət partiyaları seçkinin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.
16-11-2024, 13:39
Türkiyədə güclü yağış həyatı iflic etdi


Türkiyədə güclü yağış həyatı iflic etdi

Türkiyənin İzmir şəhərində ötən gün başlayan və fasilələrlə davam edən leysan yağışlar fəsadlara səbəb olub.
Bu barədə DHA məlumat yayıb.
Bildirilir ki, xüsusilə Çeşmə bölgəsində küçə və prospektləri su basıb.
16-11-2024, 13:30
COP29-da BMT rəsmisi G20 liderlərinə çağırış edib


COP29-da BMT rəsmisi G20 liderlərinə çağırış edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində G20 liderlərinə müraciət edib.
Saymon Stil iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Zirvəsi önəmli bir mesaj üçün fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”, - deyə Saymon Stil bildirib.
BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqlar davam edir. "COP-da hamı məsuliyyətin böyüklüyünü anlayır. Gecə-gündüz işlər gedir”, - deyə o qeyd edib.
G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb. O qeyd edib ki, həssas ölkələr borc ödəmə yükündən azad olmadan daha cəsarətli iqlim tədbirləri həyata keçirə bilməz.
"Bu qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olmaq üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur”, - deyə Saymon Stil əlavə edib.
Qeyd edək ki, G20 liderlərinin Rio-de-Janeyroda keçiriləcək sammiti noyabrın 18-19-da baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!