"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
16-11-2024, 13:21
"Brilyant əl" filminin aktrisası vəfat etdi


"Brilyant əl" filminin aktrisası vəfat etdi

Rusiyanın əməkdar artisti Svetlana Svetliçnaya vəfat edib. Aktrisa bu gün dünyasını dəyişib.
Svetliçnaya Ermənistan SSR-in Leninakan (indiki Gümrü) şəhərində rus ailəsində anadan olub.
84 yaşında vəfat edən aktrisa "Brilyant əl" filmində "Anna Sergeyevna" obrazı ilə məşhurdu. O, onlarla film və tamaşada rol alıb.
16-11-2024, 13:13
Azərbaycanda bu qurumun bütün üzvləri işdən çıxarıldı


Azərbaycanda bu qurumun bütün üzvləri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasına (MSK) yeni üzvlər seçilib.
Komissiyanın əvvəlki üzvlərinin heç biri yeni tərkibdə təmsil olunmayıb.
Naxçıvan Ali Məclisinin qərarına əsasən, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Çingiz Həsənli, Ramil Orucəliyev, Məlahət Rüstəmova və Nicat Yaqubov MSK-nın yeni üzvləri təyin olunublar.
Qeyd edək ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə bir müddət əvvəl vəfat edib. Komissiyanın digər üzvləri Xatirə İbrahimli, Arif Ağayev, Şamxal Məmmədov, Ceyran Quliyeva və Şəhla Şirəliyeva yeni tərkibdə təsdiq olunmayıb.
16-11-2024, 12:57
Gürcüstanda seçkilərin yekun nəticələri açıqlandı


Gürcüstanda seçkilərin yekun nəticələri açıqlandı

Hakim “Gürcü Arzusu” partiyası seçkilərin yekun nəticələrinə görə, on birinci çağırış Gürcüstan parlamentində 150 ​​yerdən 89-unu qazanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 16-da keçirdiyi iclasda 26 oktyabr tarixli parlament seçkilərinə yekun vurub.
Seçkilərin nəticələrinə əsasən, parlamemtdəki 150 yer aşağıdakı kimi bölüşdürülüb:

“Gürcü Arzusu” – 89 yer;

"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Beləliklə, Gürcüstanın hakim partiyası rekord qıraraq, seçicilərin təxminən 54%-nin dəstəyini alıb və seçkilərin nəticələrinə görə dördüncü dəfə hakimiyyəti qoruyub saxlaya bilib.
Müxalifət seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək, “Gürcü arzusu”nun qələbəsini tanımaqdan imtina edir. Müxalifət bildirir ki, seçkiqabağı dövrdə və seçki günü seçicilərə təzyiqlər olub. Eyni zamanda, seçkilərin elektron texnologiyalarla keçirildiyi məntəqələrin 2/3-də kütləvi saxtalaşdırma baş verib.
16-11-2024, 12:34
Polis serjantı ehtiyatsızlıqdan həyatını itirdi


Polis serjantı ehtiyatsızlıqdan həyatını itirdi

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
16-11-2024, 12:22
Seçki komissiyasının sədrinə boya atıldı


Seçki komissiyasının sədrinə boya atıldı

Gürcüstan Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədrinin üzərinə boya atılıb.
Komissiyasının bu gün keçirilən iclasında gərginlik yaşanıb.
Müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan Davit Kirtadze MSK rəhbəri Giorgi Kalandarişvilinin üzərinə boya atıb. Bundan sonra iclas dayandırılıb.
Qeyd edək ki, müxalifət nümayəndələri seçkinin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar. Əraziyə polis qüvvələri cəlb olunub.
16-11-2024, 12:15
760 MV-lıq günəş enerji layihələri üzrə saziş


760 MV-lıq günəş enerji layihələri üzrə saziş

COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.
EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
Energetika naziri Pərviz Şahbazov deyib ki, 760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir: “Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”.
“Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə bildirib ki, Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnundurlar: “Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".
Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.
16-11-2024, 11:53
8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir


8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir

İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır. Parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər. Yaşanıla bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir.
Bu fikirləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
Dayanıqlılığın artırılmasından, daha sağlam həyat standartlarının təmin olunmasından da bəhs edən icraçı katib vurğulayıb: “Biz insanlara daha da irəli getməyə imkan verən siyasətlərə ehtiyac duyuruq. Həm də bilirik ki, təkcə ambisiya kifayət etməyəcək. Hər bir ölkə kifayət qədər ambisiyalı olmalıdır. Maliyyaləşdirmə məsələsi çox önəmlidir, xüsusilə iqlim maliyyəşməsindən əziyyət çəkən ölkələr üçün. Hər bir ölkədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi önəmlidir”.
Saymon Stil qeyd edib ki, hazırda 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir. İqlimlə bağlı bu cür tədbirlər həqiqi iqtisadi nəticəsi olan prosesə çevrilməlidir.
15-11-2024, 23:03
Leyla Əliyeva “Ecumene” Qlobal Forumunun plenar iclasında


Leyla Əliyeva “Ecumene” Qlobal Forumunun plenar iclasında

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumu tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda çıxış edib.
Ölkəmizin ev sahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva, qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxın illər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədə plenar iclas iştirakçılarına məlumat verilib.
Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib.
Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə toxunub. Bildirilib ki, “Zəngin hövzələr” layihəsi çərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. “Bir damcı” layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Qeyd edək ki, plenar iclasda həmçinin BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan başçısının və hökumətinin administrasiyası rəhbərinin birinci müavini – Çeçenistanın naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.
15-11-2024, 22:54
Gənc şair dəm qazından öldü


Gənc şair dəm qazından öldü

Gənc şair Rauf Ra vəfat edib.
Bu barədə onun yaxınlar məlumat verib.
Məlumata görə gənc şair dəm qazından boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, Rauf Ranın şeirləri və yazıları dövri mətbuatda mütəmadi şəkildə çap olunub.
15-11-2024, 22:28
Nazir BMT rəsmisi ilə vacib danışıqlar apardı


Nazir BMT rəsmisi ilə vacib danışıqlar apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizin müvafiq qurumları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlığın, habelə COP29 çərçivəsində həyata keçirilən birgə tədbirlərdən bəhs edib.
Transmilli cinayətlərlə mübarizə üzrə təlim-tədris məsələlərinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif qurumların əməkdaşları üçün birgə layihələrin faydalı ola biləcəyi bildirilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə iqlim dəyişikliyi və beynəlxalq sülh arasında əlaqəyə vurğu edən “Atəşkəs çağırışı”nın xüsusilə təqdirəlayiq olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!