"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
15-11-2024, 17:59
Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürüldü


Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürüldü

Keşlə qəbiristanlığından 5 məzar başqa əraziyə köçürülüb.
Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.
Qeyd edilib ki, Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.
Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.
15-11-2024, 17:30
Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb - Tokayev


Azərbaycana planlaşdırılmış taxıl tədarükü başlayıb - Tokayev

Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstana planlı taxıl tədarükünə başlanılıb.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumunda bildirib.
“Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpa olunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya da taxıl tədarükü həyata keçiriləcək”, - deyə o bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. O əlavə edib: “Yeni ərzaq bazarlarının artan tələbatını nəzərə alaraq, “Şimal-Cənub” və Trans-Xəzər marşrutu kimi beynəlxalq dəhlizlərin rolu artacaq”.
Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalq danışıqlarının gündəliyində duran əsas məsələlərdən biri Qazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzi kimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir.
“Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanın yaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görə də növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11 min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıq dəmir yolunun çəkilməsi nəzərdə tutulur”, -deyə o bildirib.
15-11-2024, 17:25
Əli Əsədov görüş keçirdi


Əli Əsədov görüş keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.
Ölkəmizdə yaşıl iqtisadiyyatın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.
Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
15-11-2024, 17:11
İsrail Prezidenti bu tarixdə Azərbaycana gələcək


İsrail Prezidenti bu tarixdə Azərbaycana gələcək

İsrail rəsmiləri Bakıda keçirilən COP29-da iştirak etmək üçün noyabrın 19-da Azərbaycana səfər edəcəklər.
Bunu açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Səfir nümayəndə heyətinin tərkibini də açıqlayıb.
Onun sözlərinə görə, İsrail Prezidenti İsaak Hersoqun başçılıq edəcəyi nümayəndə heyətinə Nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev, Ətraf mühitin mühafizəsi naziri İdit Silman və Parlamentin İqlim Komitəsinin sədri Aşer Yaakov daxildir.
15-11-2024, 17:07
Albaniya Parlamentinin sədri Azərbaycana gəlib - FOTO


Albaniya Parlamentinin sədri Azərbaycana gəlib - FOTO

Albaniya Parlamentinin sədri Elisa Spiropali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.

15-11-2024, 16:38
Azərbaycanla İtaliya arasında sənəd imzalandı


Azərbaycanla İtaliya arasında sənəd imzalandı

COP29 çərçivəsində “AzərEnerji” ASC, SOCAR Trading və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb.
Sənədə əsasən “Ansaldo Energia” şirkəti Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 2023-cü ildə tikilərək istismara verilən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini almaq niyyətini təsdiqləyib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” qurumlarına müraciət edilib.
Qeydiyyat proseduru bitmək üzrə olan beş kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 30 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.
15-11-2024, 16:22
Azərbaycan və Maldiv arasında 2 sənəd imzalandı


Azərbaycan və Maldiv arasında 2 sənəd imzalandı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda maldivli həmkarı Abdulla Xalil ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüşdə iqtisadiyyat, ticarət, turizm və s. sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və xidməti pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”i və “Respublikanın Dövlət Turizm Agentliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.
C.Bayramov özünün “X” səhifəsində sözügedən sənədlərin əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib: “İnanırıq ki, bu gün vizadan azadolma, o cümlədən turizm sahələrində imzaladığımız sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək”.
15-11-2024, 15:57
COP29: "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması"


COP29: "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda panel keçirilib.
Tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirilib, xalis sıfır emissiyalarına doğru qlobal keçid araşdırılıb.
Paneldə sənayelərin yeni enerji modellərinə necə keçdiyi və yaşıl texnologiyalara sərmayə qoyduğu barədə mövzular gündəmə gətirilib.
ADA Universitetinin professoru Damyan Krnyevik Miskoviçin moderatorluğu ilə keçirilən tədbirdə COP29-un baş icraçı direktoru Elnur Soltanov, “SOCAR Green” şirkətinin baş direktoru Elnur Musayev, Moldova Respublikası Energetika Nazirliyinin karbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos keçid dövrünün enerji sistemlərinin iqtisadi problemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasət dəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.
Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətli keçid ideyası əsas götürülərək enerji keçidinin sosial tərəflərindən bəhs olunub. Qeyd edilib ki, bütün icmaların dayanıqlı enerjiyə keçid prosesində iştirakını təmin etmək bərabər sosial inkişaf üçün çox vacibdir. Sessiyada enerji keçidlərinin yeni iş yerlərinin yaradılması, icmaların dayanıqlılığı və xüsusilə inkişaf etməkdə olan ölkələrdə hər kəs üçün təmiz enerjiyə çıxışın üsulları araşdırılıb. Tədbirdə, həmçinin enerjiyə çıxış, əlçatanlıq və keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem və imkanlar müzakirə olunub, eləcə də xalis sıfır emissiyalı gələcəyə nail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti vurğulanıb.



15-11-2024, 15:30
Orban Aİ ölkələrinə çağırış etdi - Rusiyaya qarşı sanksiyalara yenidən baxın


Orban Aİ ölkələrinə çağırış etdi - Rusiyaya qarşı sanksiyalara yenidən baxın

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı ölkələri Aİ-nin rəqabət qabiliyyətini gücləndirmək üçün Rusiyaya qarşı sanksiyalarla bağlı mövqelərinə yenidən baxmalıdır.
Viktor Orban bu fikri cümə günü Macarıstan radiosuna müsahibəsində səsləndirib.
“Elektrik enerjisinin qiymətlərini istənilən vasitə ilə aşağı salmaq lazımdır. Bunun üçün Rusiyaya qarşı sanksiyalara yenidən baxılmalıdır. Çünki indiki sanksiya siyasəti ilə qiymətlər azalmayacaq”, - deyə o vurğulayıb.
Baş nazir qeyd edib ki, elektrik enerjisinin qiymətinin artması Avropa İttifaqının rəqabət qabiliyyətinə mane olacaq. Onun sözlərinə görə, Aİ şirkətlərinin qaz və elektrik enerjisinə çəkdiyi xərclər Amerika şirkətləri ilə müqayisədə dörd dəfə çoxdur.
Qeyd edək ki, ötən həftə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Aİ-nin rəqabət qabiliyyətinin gücləndirilməsinə dair bəyannamə qəbul ediblər.
15-11-2024, 14:47
Tereza Mey Bakıya gəldi: Sahibə Qafarova ilə görüşdü


Tereza Mey Bakıya gəldi: Sahibə Qafarova ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Baronessa Tereza Mey belə vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün ölkəmizi təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir.
O xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə evsahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.
Spiker Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.
Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərən faktorlardan biri kimi, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycan Milli Məclisi haqqında məlumat verilib. Sahibə Qafarova özünün Birləşmiş Krallığa rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin qanunvericilik orqanlarımız arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.
Görüşdə gender bərabərliyi və qadın məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin, ölkəmizin təşəbbüsü ilə COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitinin təşkili haqında da məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!