Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
15-11-2024, 14:33
Ruslar Ukraynanın daha bir neçə məntəqəsini işğal etdi


Ruslar Ukraynanın daha bir neçə məntəqəsini işğal etdi

Rusiya Silahlı Qüvvələrinin Mərkəz qoşun qrupunun bölmələri Donbass vilayətinin Stepanovka qəsəbəsini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, qoşunlar dərinliklərə doğru irəliləməyə davam edərək qondarma “Donetsk Xalq Respublikası”nın Voznesenka, Volçenka və Stepanovka yaşayış məntəqələrini də nəzarətə götürüb.
O da qeyd edilib ki, Rusiya qoşunları Xarkov vilayətinin Kupyansk şəhərinə yaxınlaşıb və sənaye zonasında möhkəmlənməyə başlayıb.
15-11-2024, 14:19
Lənkəranda zəncirvari qəza - 6 maşın əzildi


Lənkəranda zəncirvari qəza - 6 maşın əzildi

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Hadisə Lənkəran şəhərinin "Böyük bazar" ərazisində baş verib. Belə ki, xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsi idarəetməni itirərək ətrafda olan müxtəlif markalı digər avtomobillərə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
15-11-2024, 14:10
Putin İlham Əliyevə zəng etdi


Putin İlham Əliyevə zəng etdi

Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.
Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
15-11-2024, 13:59
Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM


Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda bildirib ki, bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırmışdır.
Sərəncama əsasən, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək.
SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin ediləcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Elm və Təhsil Nazirliyinə mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etmək, hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək tapşırılıb.
15-11-2024, 13:34
Ermənistan 44 günlük müharibədə itkin düşənlərin sayını açıqladı


Ermənistan 44 günlük müharibədə itkin düşənlərin sayını açıqladı

Ermənistanda itkin düşmüş 11 hərbçinin ailəsinə 300 min dram məbləğində aylıq ödənişlər davam edəcək.
Müvafiq qərar hökumətin iclasında qəbul edilib.
Qərar 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşən hərbçilərə şamil edilir.
İtkin düşənlərin əksəriyyətinin öldüyü elan edilib və buna görə də onların ailələrinə ödəmə qaydası dəyişib. Ancaq qalan 11 ailə üçün ödənişlər əvvəlki kimi qalır və hər iki aydan bir uzadılır.
Ölənlərin ailələri üçün müavinətə rütbədən asılı olaraq 10 milyon dram birdəfəlik ödəmə və aylıq 200-300 min dram məbləğində ödənişlər daxildir.
Qeyd edək ki, hələ sentyabr ayında Ermənistanda 23 hərbçi itkin düşmüş şəxslər siyahısına salınmışdı.
15-11-2024, 13:30
Gürcüstan yenidən Bakı və İrəvana vasitəçilik təklif etdi


Gürcüstan yenidən Bakı və İrəvana vasitəçilik təklif etdi

Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır.
Bunu Gürcüstanın Birinci Kanalına müsahibəsində ölkənin baş naziri İrakli Kobaxidze deyib.
“Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək üçün maraq varsa, bbuna hazırdır. Bu hazırlıq indi də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəyə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, - Kobaxidze bildirib.
Xatırladaq ki, əvvəllər Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir neçə dəfə vasitəçi kimi çıxış edib. O cümlədən, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə Bakıya minalanmış xəritələr göndərib. Vasitəçiliyin digər nümunəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun 2022-ci il iyulun 16-da Tbilisidə baş tutan görüşü olub.
2023-cü ilin oktyabrında ilk dəfə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşü baş tutub.
15-11-2024, 13:15
COP29 çərçivəsində qlobal “Yaşıl artım portalı” təqdim edilib


COP29 çərçivəsində qlobal “Yaşıl artım portalı” təqdim edilib

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov portalın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyətini vurğulayıb. Bu təşəbbüs vasitəsilə iqtisadiyyatda yaşıl keçid strategiyalarının fundamental tədqiqatlara əsaslanacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, “Yaşıl artım portalı” qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və ondan faydalanmağa kömək edəcək.
İqtisadiyyat naziri iqlim məsələlərinin iqtisadi planlaşdırmada əhəmiyyətindən danışaraq qeyd edib ki, iqtisadi planlaşdırma siyasətlərinin və təchizat zəncirinin inteqrasiyasına ehtiyac var və bu məsələ COP prezidentliyinin büdcələri və əhatə dairəsi ilə irəli sürülən təşəbbüslərdə öz əksini tapıb.
SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov şirkətin “xalis sıfır” hədəfi götürdüyünü vurğulayıb. Bu məqsədlə karbonsuzlaşma, enerji keçidi və aşağı karbon həllərinin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib. Yeni portalın SOCAR-ın enerji transformasiyasına da töhfə verəcəyi qeyd olunub.
Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanın tədbir iştirakçılarına videomüraciəti dinlənilib. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə karbon emissiyalarının azaldılmasının, bərpaolunan enerjinin təşviqinin mühüm rolu vurğulanıb. “Yaşıl artım portalı”nın yaşıl texnologiya üzrə təchizat zəncirləri və texnoloji həllərin sistemləşdirilməsi vasitəsilə yaşıl keçidin iqtisadi faydalarını maksimum dərəcədə artırmağı hədəflədiyi qeyd olunub.
“Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Timoti Çeston “Yaşıl artım portalı” barədə iştirakçılara məlumat verib. Onlayn portalın Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 1,7 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiyası nəzərdə tutulub. Burada beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər və müqayisəli məlumat bazaları öz əksini tapacaq.
Layihənin 2025-ci ildə tam olaraq fəaliyyətə başlaması planlaşdırılır. Portaldan istifadə ödənişsiz olacaq.
Dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
15-11-2024, 12:50
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası


[b]Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası[/b]

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüzdən bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaq.
14-11-2024, 20:33
Bağlı qapılar arxasında 1 saat danışdılar


Bağlı qapılar arxasında 1 saat danışdılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP( sədri Dövlət Baxçalını qəbul edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Prezident sarayında baş tutan görüş mətbuata qapalı keçirilib.
Danışıqlar təxminən 1 saat davam edib.
14-11-2024, 20:16
Paşinyanın yeni imici


Paşinyanın yeni imici

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni imicidə görünüb.
O, saqqalını və bığını qırxıb.
Paşinyan özünün rəsmi feysbuk hesabında bununla bağlı video paylaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!