Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
14-11-2024, 19:54
Turşudan zəhərlənən qadın xəstəxanada öldü


Turşudan zəhərlənən qadın xəstəxanada öldü

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
14-11-2024, 19:31
Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı


Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Söhbət zamanı nazirlər ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
14-11-2024, 18:54
Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi


Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi

Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İnkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var", - paylaşımda qeyd edilib.
Onun sözlərinə görə, Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir.
"Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər dövlətləri COP29-da iştirak etmək fikrindən daşındırmağa çalışdınız. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur", - H.Hacıyev yazıb.
"Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək", - paylaşımda vurğulanıb.
14-11-2024, 18:35
Cəbrayılda ağır qəza: Qohumlar öldülər


Cəbrayılda ağır qəza: Qohumlar öldülər

Cəbrayıl rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Hyundai" markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri - minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.
Məlumata görə, ölən şəxslər qohumdurlar.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
14-11-2024, 18:22
"Roma"nın yeni baş məşqçisi


"Roma"nın yeni baş məşqçisi

İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi bəlli olub.
Paytaxt təmsilçisini Klaudio Ranyeri çalışdıracaq. İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.
Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.
Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da işləyib.
14-11-2024, 17:50
XİN-dən Paşinyana tutarlı cavab


XİN-dən Paşinyana tutarlı cavab

Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də yazıb.
O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır:

"1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş etdirilən rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri) tarixi faktları təhrif etməmək üçün xatırlatmaq lazımdır. Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər, Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, Baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə Sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".
14-11-2024, 17:21
Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib


Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib

Rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığı gücləndirmək üçün 14 noyabrda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyası keçirilib.
Sessiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Rəqəmsal Texnologiyalar Agentliyi tərəfindən təşkil olunub.
“Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü sənayenin yaşıl keçidə necə rəhbərlik edə biləcəyinə və iqlimə davamlılığı gücləndirə biləcəyinə dair güclü bir nümunə yaradır” deyən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Doreen Bogdan-Martin həmçinin əlavə edib: “Rəqəmsallaşma Günündən sonra ortaya çıxacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bizə irəliyə doğru yol göstərir. Bizə isə hazırda lazım olan məqsədlə və bərabər məsuliyyətlə idarə olunan iqlimə uyğun rəqəmsallaşmadır”.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanın potensialından tam yararlanmaq üçün dayanıqlı infrastruktura və ətraf mühitə təsirə üstünlük verən balanslaşdırılmış yanaşmaya ehtiyac olduğunu vurğulayıb: “Yalnız rəqəmsallaşma vasitəsilə davamlı gələcəyi təmin etmək üçün lazım olan sürət, dəqiqlik və çevikliyə nail ola bilərik”.
Müzakirələrdə texnologiya sektorunda emissiyaların azaldılmasının zəruriliyi və ekoloji həllərdə texnologiyanın rolu vurğulanıb.
Sessiya rəqəmsallaşma və iqlim fəaliyyətinə dair tematik müzakirələrlə davam edib, uğurlu əməkdaşlığı nümayiş etdirib. Belə ki, il ərzində çoxtərəfli Yaşıl Rəqəmsal Fəaliyyətin əsas nəticələri və tərəqqi yeniləmələri diqqətə çatdırılıb.
Çıxış edənlər bu sessiyanın ekoloji problemlərin həllində və hamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynaya biləcəyi mühüm rolu vurğulayan dinamik proqramın başlanğıcı olduğunu bildiriblər. Beləliklə, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət treki fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlim fəaliyyətində innovativ ideyaları oyatmaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıq standartlarının əhəmiyyəti, “Xalis Sıfır” İKT sektoruna aparan yol, iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçün süni intellektdən istifadə edilməsinə yönələcək.
Məlumat üçün bildirək ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan 14 qlobal təşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm də innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcək COP-larda prioritet olaraq qalmasını təmin edərək davamlı sürət yaratmağa çağırışdır.
COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa COP29 çərçivəsində ilk Rəqəmsallaşma Günündə – noyabrın 16-da keçiriləcək.
Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak edəcəklər.
Dəyirmi masada bir sıra kritik mövzular, o cümlədən rəqəmsal innovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlim monitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsal inklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitə təsirlərinin azaldılması müzakirə ediləcək.
Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin qəbul edilməsi gözlənilir.
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialını tanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə də əhəmiyyətli bir addımdır.



14-11-2024, 17:17
Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzində - FOTO


Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzində - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç noyabrın 14-də Heydər Əliyev Mərkəzində olub.
Ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Monteneqronun Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər - rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Yakov Milatoviçə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Monteneqro Prezidenti Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıb.







14-11-2024, 17:06
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb


Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb.
Görüşdə Azərbaycan və Birlik arasında əlaqələr, tərəfimizdən COP29 və bir COP29-a sədrliyi irəli sürdüyü qlobal layihələr üzrə fikir icra edilib.
Spiker Sahibə Qafarova Patrisiya Skotlendlə bundan əvvəlki görüşləri açıq şəkildə xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayında reallaşan ilk səfərin Azərbaycan və Birlik ölkələri arasında institutsional iş qurmağa imkan verdiyini söyləyib. Qeyd olunub ki, bu kiçik işin praktiki xüsusiyyətlərinə Birlik çərçivəsində inkişaf etməkdə olan ada dövlətlərinə siyasi və maliyyə vəsaitlərinin göstərilməsi daxildir.
Söhbət zamanı Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, əlavə təmir Qoşulmama Hərəkatına 4 illik liderliyi irəli sürdüyü layihələr haqqında məlumat verilib.
Görüşdə vurğulanan ki, ən mühüm istiqamətlərdən biri iqlim dəyişikliyi məsələsidir. Bildirilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə görə olan dəyişikliklər və onların dəyişikliklərinin ən pis təsirləri və hətta ekzistensial təhlükə ilə mübarizə aparır. Xatırlanıb ki, COP29 İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsi qoyuldu. Prezident İlham Əliyev sammitdə iştirak edib və nitq söyləyərək, iqlim dəyişikliyini kiçik adalardakı inkişaf etdirməkdə olan dövlətlərə təsir göstərən hazırkı çağırışları, həmçinin Azərbaycanın bu dövlətlərə verdiyi hərəkətlərin praktiki addımlarını qeyd edib. Bu sammit bu dövlətlərin səslərini daha da ucaldılmasına və eşidilməsinə şərait yaradır.
Söhbət noyabrın 1617-də Milli Məclisdə İttifaq ilə birlikdə COP29 iclasında Parlament Görüşü haqqında məlumat verib. Qeyd olunub ki, iclasda müvafiq parlamentlərdən və beynxlaq təşkilatlardan 330-dək iştirak edəcək.
Milllər Birliyinin Baş katibi Patrisiya Skotlend COP29 sədrinin təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik fəaliyyətlərində uğurlar arzu edib. O, Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yüksək qiymətləndirilib.
Görüşdə maraq doğuran başqa məsələ ilə bağlı də fikir idarə edib.
14-11-2024, 16:05
Ağadadaş Ağayev hakim qarşısında - FOTO


Ağadadaş Ağayev hakim qarşısında - FOTO

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Xalq artistinin tərcümeyi halı hakim tərəfindən səsləndirilib. O, hüquqlarını müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.
Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.
Ağadadaş Ağayev jurnalistlərin suallarına cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq "hər şey ola bilər" - deyib.
Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.
"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməldir", - vəkil bildirib.
Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.
Müşavirədən sonra hakim vəsatətini təmin etməyib.
Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.
Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-ə təyin edilib.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!