Vüqar Qurbanov yaralıların son durumunu AÇIQLADI .....                        Mehriban Əliyevadan bayram təbriki .....                        Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür .....                        Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu .....                        Təyyarə qəzasında yaralanan daha 3 nəfər Azərbaycana gətirildi .....                        Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarıldı .....                        İlham Əliyevdən 31 Dekabr paylaşımı .....                        “Milan”ın yeni baş məşqçisi bəlli oldu .....                        Daha bir təyyarə qəzası - Bu dəfə Avropada .....                       
13-11-2024, 17:10
İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü


İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulandı.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edildi.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.
Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.

13-11-2024, 16:45
İsraillə münasibətlərimiz bitib - Ərdoğan


İsraillə münasibətlərimiz bitib - Ərdoğan

Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq”, - Ərdoğan vurğulayıb.
Ərdoğan Türkiyə hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaların yalan olduğunu bildirib.
13-11-2024, 16:37
Ronaldinyo Bakıda kimsəsiz uşaqlarla bir arada


Ronaldinyo Bakıda kimsəsiz uşaqlarla bir arada

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun Bakıda kimsəsiz uşaqlarla görüşü olub.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb.
Qeyd edək ki, Ronaldinyo noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
13-11-2024, 16:33
İlham Əliyev Ruanda Prezidenti ilə görüşdü


İlham Əliyev Ruanda Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
13-11-2024, 15:41
Prezident Pakistan Baş naziri ilə görüşdü


Prezident Pakistan Baş naziri ilə görüşdü

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlətimizin başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğuladı ki, qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış etdiyini dedi.
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirdi və özünün Pakistana səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı dövlətimizin başçısının Pakistana səfəri zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında sərmayələr, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd edildi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində əlaqələrimizin əhəmiyyəti vurğulandı.

13-11-2024, 15:32
İtaliya Baş nazirinin Bakıdan verdiyi mesajlar


İtaliya Baş nazirinin Bakıdan verdiyi mesajlar

Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnunam.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) çıxışında deyib.
COP29-a görə Azərbaycana təşəkkürünü bildirən Ciorcia Meloni Sammitin qlobal temperatur artımını 1,5°C daxilində məhdudlaşdırmaq səylərinə daha da təkan vermək məqsədilə keçirildiyini xatırladıb: “Dubayda qarşımıza iddialı məqsədlər qoyduq: 2030-cu ilə qədər qlobal miqyasda bərpaolunan enerji istehsalını üç dəfə və enerji səmərəliyinin artım sürəti iki dəfə artırmaq. Bu məqsədlərə çatmaq istixana qazları emissiyalarından başlayaraq hər kəsin əməkdaşlığını və adekvat maliyyə dəstəyini tələb edir. COP29 zamanı yeni iqlim maliyyəsi hədəfini qəbul etməyə çalışacağıq. Dəyərli kompromis əldə etmək üçün məsuliyyətlərin bölüşdürülməsi, inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr və iqtisadiyyatlar arasında fikir ayrılıqlarının aradan qaldırılması tələb olunur”.
Baş nazir ölkəsinin öz üzərinə düşəni davam etmək niyyətində olduğunu diqqətə çatdırıb. “İqlim Fondumuzu artıq 4 milyard avrodan çox hissəsi Afrikaya ayırırıq, “Yaşıl İqlim” Fondu və İtki və Zərərlərə Cavab Fondu kimi təşəbbüsləri dəstəkləməyə, eyni zamanda, çoxtərəfli inkişaf banklarının cəlb edilməsini təşviq etməyə davam edəcəyik. Lakin dekarbonizasiyanın istehsal və sosial sistemlərimizin davamlığını nəzərə alması eyni dərəcədə prioritetdir. Təbiəti insanla qorumalıyıq. Bu məsələdə çox ideoloji və praqmatik olmayan yanaşma bizi uğura aparan yoldan çıxarmaq riski daşıyır. Texnoloji neytrallıq düzgün yanaşmadır, çünki hazırda qalıq yanacaq təchizatına vahid alternativ yoxdur. Realist qlobal dünyagörüşünə malik olmalıyıq. 2030-cu ilədək dünya əhalisi 8,5 milyarda çatacaq və növbəti onillikdə qlobal ÜDM iki dəfə artacaq. Bu, süni intellektin inkişafına artan tələbatı nəzərə alaraq enerji istehlakını artıracaq”, - deyə o əlavə edib.
Ciorcia Meloni bildirib ki, keçid prosesini gücləndirmək üçün balanslaşdırılmış enerji qarışığına ehtiyac var: “Bütün mövcud texnologiyalardan istifadə etməliyik. Təkcə bərpaolunan mənbələr deyil, həm də qaz, bioyanacaq, hidrogen, CO2-nin tutulması və gələcəkdə təmiz, təhlükəsiz və hüdudsuz enerji istehsal edə bilən nüvə sintezi. İtaliya nüvə birləşməsində ön sıralardadır. G7-yə sədrliyimiz çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkilatçılığı ilə Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasını təşkil etdik.
Gəlin qlobal Şimal və qlobal Cənub arasında əməkdaşlıq imkanlarını artırmaq üçün yeni enerji diplomatiyası üzərində çalışaq. Bizim talelərimiz bir-birinə bağlıdır və enerji əlaqələrindən böyük imkanlar əldə edə bilərik. Bu səbəbdən iqlim-enerji əlaqəsi bizim Afrika üçün “Mattei Planı”mızın, İtaliyanın həyata keçirdiyi həmyaşıdlar arası əməkdaşlıq strategiyasının sütunlarından biridir”.
“Hər bir COP kimi, bunun uğurlu və ya uğursuz olacağını müəyyən etmək bizdən asılıdır. Biz bilirik ki, göstərdiyimiz səylərin nəticələrindən şəxsən faydalanmaya bilərik. Amma vacib olan bu deyil. Mən anayam və bir ana olaraq heç nə mənə qızıma və onun nəslinə daha yaxşı yerdə yaşamağa imkan verəcək siyasətlərlə çalışmaqdan daha çox məmnunluq vermir”, - deyə Baş nazir əlavə edib.
13-11-2024, 15:28
Əkrəm İmamoğlu Bakıda


Əkrəm İmamoğlu Bakıda

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Bakıya gəlib.
Bu barədə o, özünün "X" səhifəsində paylaşım edib.
"Biz BMT-nin İqlim Dəyişikliyi Konfransı üçün Bakıdayıq. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məqbərəsini və Türk Şəhidlər məzarlığını ziyarət etdik. Sonra biz ekoloji və sosial məsələlərə həsr olunmuş konfransda Braziliya, Yaponiya və Albaniyanın yerli idarəçiləri ilə görüşdük", -deyə İmamoğlu yazıb.
13-11-2024, 15:14
İlham Əliyev Konqo Prezidenti ilə danışıqlar apardı


[b]İlham Əliyev Konqo Prezidenti ilə danışıqlar apardı[/b]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olundu. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Dövlətimizin başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulandı. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirildi. Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunuldu. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edildi.
13-11-2024, 15:10
Sabahdan Bakıda avtobusların fəaliyyəti bərpa edilir


Sabahdan Bakıda avtobusların fəaliyyəti bərpa edilir

Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.
Məlumata görə, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.
Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
13-11-2024, 14:53
İlham Əliyev Toqo Prezidenti ilə görüşdü - FOTO


İlham Əliyev Toqo Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Prezidenti For Essozimna Qna ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!