"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
12-11-2024, 11:06
İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı - FOTO


İlham Əliyev Ərdoğan və xanımını belə qarşıladı - FOTO

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Liderlər Sammitində iştirak edir.
Ərdoğan və xanımını ölkə başçısı İlham Əliyevlə BMT Baş katibi Antonio Quterreş qarşılayıblar.
Qarşılama zamanı xatirə fotosu çəkilib.


12-11-2024, 10:51
Mehriban Əliyevadan Konstitusiya Günü Paylaşımı


Mehriban Əliyevadan Konstitusiya Günü Paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 12 Noyabr - Konstitusiya Günü münasibətilə foto paylaşıb.



11-11-2024, 20:41
Məhkəmə Serdar Ortaç barədə qərar verdi


Məhkəmə Serdar Ortaç barədə qərar verdi

Bu gün səhər saatlarında saxlanılan türk müğənni Serdar Ortaç sərbəst buraxılıb.
İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etməkdə ittiham olunur.
O, prokurorluğun qərarı ilə məhkəməyə göndərilib, məhkəmədə müğənni barədə ev dustaqlığı qərarı verilib.
Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib.
"Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.
11-11-2024, 20:41
Məhkəmə Serdar Ortaç barədə qərar verdi


Məhkəmə Serdar Ortaç barədə qərar verdi

Bu gün səhər saatlarında saxlanılan türk müğənni Serdar Ortaç sərbəst buraxılıb.
İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etməkdə ittiham olunur.
O, prokurorluğun qərarı ilə məhkəməyə göndərilib, məhkəmədə müğənni barədə ev dustaqlığı qərarı verilib.
Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib.
"Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.
11-11-2024, 20:20
Varşavada minlərlə insan küçəyə axışdı


Varşavada minlərlə insan küçəyə axışdı

Polşanın paytaxtı Varşavada Müstəqillik Günü münasibətilə genişmiqyaslı yürüş keçirilib.
Yürüşdə minlərlə millətçi iştirak edib.
Yürüşlə əlaqədar olaraq şəhər mərkəzinə polis cəlb edilib və yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, Polşa 11 noyabr 1918-ci ildə müstəqilliyini bərpa edib.
11-11-2024, 20:17
Serbiyada Azərbaycanla birgə elektrik stansiyası tikiləcək


Serbiyada Azərbaycanla birgə elektrik stansiyası tikiləcək

Serbiya Azərbaycanla birgə Niş şəhəri yaxınlığında uzunmüddətli perspektivdə ölkənin elektrik enerjisi təchizatını sabitləşdirəcək qaz elektrik stansiyası tikmək niyyətindədir.
Bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin mediasına açıqlamasında bildirib.
Aleksandar Vuçiç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələr apardığını deyib.
“Niş şəhəri yaxınlığında qaz elektrik stansiyası tikməyə çalışacağıq. Çünki Serbiyanın cənubunda elektrik enerjisi ilə bağlı problemlər yaşayırıq. Biz bunu Azərbaycanla birlikdə həyata keçirəcəyik və bu yolla növbəti 12 ildə Serbiya üçün stabil təchizat təmin edəcəyik. Qaz elektrik stansiyasının tikintisi bizim üçün çox vacibdir. Biz bunu təbii qazla zəngin olan Azərbaycanla müzakirə etdik”, - deyə Serbiya Prezidenti qeyd edib.
O bildirib ki, Serbiya və Azərbaycan arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə 30 dəfə artıb.
11-11-2024, 19:56
Ermənistan Prezidentinin vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi


Ermənistan Prezidentinin vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, prezidentin səhhəti bir gün əvvəl pisləşib və o, tibb mərkəzinə aparılıb.
Nəşrin məlumatına görə, Xaçaturyanın ürəyində problemlər var.
11-11-2024, 19:29
Sabiq nazirin oğluna yeni vəzifə verildi


Sabiq nazirin oğluna yeni vəzifə verildi

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov şirkət rəhbəri təyin edilib.
Eldar Abbasov "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, RCT şirkəti Azərbaycanda 2019-cu ildə sənayedə dəmir yollarının, SCADA/avtomatlaşdırma sistemlərinin, orta və yüksək gərginlikli yarımstansiyaların ən yaxşı katener/elektrikləşdirilməsini təmin etmək missiyası ilə yaradılıb.
Xatırladaq ki, Eldar Abbasov 2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.
11-11-2024, 19:07
Dünya liderləri COP29-a görə Bakıya gəlirlər


Dünya liderləri COP29-a görə Bakıya gəlirlər

Braziliya Federativ Respublikasının vitse-prezidenti Qeraldo Alkmin noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
11-11-2024, 19:02
Leyla və Arzu Əliyevalar sərgidə - FOTO


Leyla və Arzu Əliyevalar sərgidə - FOTO

Bakıda keçirilən COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında keçirilən sərgi və müzakirələr davam edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar.
Qeyd edək ki, COP29 zamanı FINS Initiative adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.
11 gün ərzində COP29-un Yaşıl Zonasında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayiş olacaq.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!