"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
11-11-2024, 12:26
Sabahın havası


Sabahın havası

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində yarımadanın bəzi yerlərində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
11-11-2024, 12:22

''Azərbaycan Kəlağayısı Günü'' keçiriləcək

''Azərbaycan Kəlağayısı Günü'' keçiriləcək

Noyabrın 26-da, 15:00, 2024- cü ildə AMEA Folklor İnsitutu və Mirvarid Dilbazi Poeziya Məclisi ''Azərbaycan Kəlağayısı Günü '' nü Qurban Abbasov adına Mədəniyyət Sarayında geniş konsert proqramı ilə qeyd edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnsitutunun dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, Qurban Abbasov adına Mədəniyyət Saraynda ''Kəlağayı Günü'' qeyd ediləcək.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu il həmin tarixi hadisənin 10 illik yubileyidir. Bu münasibət ilə Mirvarid Dilbazi Poeziya Məlisinin təşbbüsü və təşkilatçılığı ilə 2024- cü ilin əvvəlindən Naxçıvan MR-da , bölgələrimizdə, elm və təhsil ocaqlarında ''Sazlı, sözlü kəlağayı günləri'' layihəsi çərçivsində festivallar, tədbirlər, sərgilər keçirildi.
Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiəsində təşkilatın ''Azərbaycan kəlağa yılarının təbliği'' layihəsi də qalib elan olundu və 3 ay əzində uğurla icra olundu. Qazax, Gəncə, Şamaxı, Şəki, Bakı şəhərlərində layihə çərçivəində tədbirlər keçirildi.
26 noyabr ''Kəlağayı Günü'' dür, kəlağayı bayramıdı. Bu bayrama hər kəs dəvətlidi. Giriş sərbəstdi.
11-11-2024, 12:16
Serdar Ortaç və Mehmet Ali Ərbil saxlanıldı


Serdar Ortaç və Mehmet Ali Ərbil saxlanıldı

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər arasında məşhur müğənni Sərdar Ortaç və şoumen Məhmət Əli Ərbil də var.
11-11-2024, 12:01
COP29 hər kəs üçün bir fürsətdir - Muxtar Babayev


COP29 hər kəs üçün bir fürsətdir - Muxtar Babayev

"COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti əldən vermək olmaz. Problemlər təcili həll edilməli, çox iş görülməlidır. On iki gün ərzində danışıqlar çətin olacaq, lakin fikir ayrılıqları aradan qaldırılmalıdır".
Bu fikirləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılış mərasimində səsləndirib.
O deyib ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil, o, artıq mövcuddur: "COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir".
11-11-2024, 11:55
Keniyanın Baş naziri Azərbaycana gəldi


Keniyanın Baş naziri Azərbaycana gəldi

Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
11-11-2024, 11:38
Muxtar Babayev COP29-un Prezidenti seçildi - Sədrlik Azərbaycana verildi


Muxtar Babayev COP29-un Prezidenti seçildi - Sədrlik Azərbaycana verildi

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.
Bu sözləri COP29-un açılış mərasimi zamanı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber bu statusda sonuncu çıxışında bildirib.
O, son çıxışı olduğunu qeyd edib və Azərbaycana uğurlar arzulayıb.
Həmçinin, sədrlik Azərbaycana verilib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
11-11-2024, 11:21
COP29 başladı - CANLI


COP29 başladı - CANLI

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının açılış mərasimi başlayıb.
Tədbirdə COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber bu statusda son çıxışını edir.

11-11-2024, 10:55
İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb


İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.
Dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.
Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi.
Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.
Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.
Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırladı.
Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət etdi.
Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğuladı. O, ölklələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.
Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.
Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olundu.
11-11-2024, 10:43
Millətlər Birliyi təşkilatının baş katibi Azərbaycanda


Millətlər Birliyi təşkilatının baş katibi Azərbaycanda

Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlend BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.


11-11-2024, 10:19
Lixtenşteynin Baş naziri Bakıya gəldi


Lixtenşteynin Baş naziri Bakıya gəldi

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!